Lester Helbert Cermer (; ) — Amerikalı fizik. O, Klinton Davisson ilə birlikdə elektron mikroskopun inkişafında mühüm rol oynayan Devisson-Cermer təcrübəsilə maddənin dalğa-zərrəcik dualizmini sübut etmişdir. Bu tədqiqatlar Lui de Broylun nəzəri fəaliyyətini dəstəkləyirdi. Cermer həmçinin termionika, metalların eroziyası və kontakt fizikası sahələrini öyrənmişdir. 1931-ci ildə o, Elliott Kresson medalı ilə təltif edilmişdir.

Birinci Dünya müharibəsinin keçmiş qırıcı təyyarə pilotu olan Cermer, sonradan Nyu-Cersidəki "Bell Labs"-da çalışmışdır.

1945-ci ildə (49 yaşında) Cermer ikinci karyera kimi qayaya dırmanma (alpinizm) fəaliyyətinə başlamışdır. O, ABŞ-nin şimal-şərqində, xüsusilə Nyu-Yorkun Şavanqank Ric (Shawangunk Ridge) bölgəsində geniş dırmanışlar həyata keçirmişdir. Həmin dövrdə bölgədə Appalaç Dağ Klubu (AMC) dominant olsa və qayaya dırmanmanı ciddi şəkildə tənzimləsə də, Lester heç vaxt bu klubla əlaqəli olmamış və klubun Təhlükəsizlik Komitəsinin rəhbəri, tanınmış alpinist Hans Kraus ilə münaqişə yaşamışdır. Bir dəfə ona "insanları çox sevir və həddindən artıq həvəslidir" rəyi ilə dırmanma sertifikatı verilməsindən imtina edilmişdir. Lester xeyirxahlığı və mehribanlığı ilə tanınırdı; onu bir zamanlar "təkadamlıq dırmanma məktəbi" adlandırırdılar.

1971-ci ildə, 75 illik yubileyinə bir həftə qalmış, Lester Cermer Şavanqank Ricdə qayaya dırmanma zamanı ("Double Chin", 5.6 marşrutu) kəskin ürək tutmasından vəfat etmişdir. Həmin ana qədər Lester qayaya dırmanmada 26 illik mükəmməl təhlükəsizlik rekorduna sahib idi; o, hətta bir dəfə də olsun dırmanma zamanı yıxılmamışdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:10 oktyabrda doğulanlar Kateqoriya:1896-cı ildə doğulanlar Kateqoriya:Çikaqoda doğulanlar Kateqoriya:3 oktyabrda vəfat edənlər Kateqoriya:1971-ci ildə vəfat edənlər Kateqoriya:Nyu-York ştatında vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:Kolumbiya Universitetinin məzunları