Ser Kolvil Norbert Yanq (; ) — Belizin ikinci general-qubernatoru vəzifəsində çalışmış belizli siyasətçidir. O, həmçinin Beliz Skaut Assosiasiyasının himayədarıdır. Kolvil Yanq 1993-cü ildə general-qubernator təyin edilmiş, həmin il noyabrın 17-də vəzifəsinin icrasına başlamış və 1994-cü ildə cəngavər ("sir") tituluna layiq görülmüşdür.

Onun 28 illik səlahiyyət müddəti Millətlər Birliyi (Commonwealth) tarihindəki general-qubernatorlar arasında ən uzunmüddətli xidmət dövrüdür.

Təhsili

Ser Kolvil Belizdəki Sent-Maykl Kollecində (hazırda Anqlikan Kafedral Kollecinin (ACC) tərkib hissəsidir; hazırda Mod Vilyams Liseyi kimi tanınan müəssisə ilə qarışdırılmamalıdır) təhsil almışdır. O, İngiltərənin York Universitetində dilçilik üzrə doktorluq dərəcəsi almazdan əvvəl, Yamaykanın Mona şəhərində yerləşən Vest-İnd Universiteti şəhərciyində ingilis dili üzrə bakalavr (BA) dərəcəsi qazanmışdır. Yanq "Fulbrayt" təqaüdçüsü olmuş, Karib Hövzəsi İngilis Dili Müəllimləri Assosiasiyasının və Karib Dilçiliyi Cəmiyyətinin üzvüdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:20 noyabrda doğulanlar Kateqoriya:1932-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Kişi bəstəkarlar Kateqoriya:"Müqəddəs Mixail və Georgi" ordeni ilə təltif edilənlər Kateqoriya:Birləşmiş Demokratlar Partiyasının (Beliz) siyasətçiləri