Şakir Dadaş oğlu Qəribov () — əsasən müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi.
Klub karyerası 15 yanvar 1956-cı ildə Sabirabadda, Avtobaza adlanan yaşayış sahəsində, çayçı ailəsində anadan olub. Futbol oynamağa doğma rayonunda başlayıb.
1973-cü ildə, yarışda olarkən onu Kirovabadın "Tərəqqi" komandasının baş məşqşçisi Vaqif Abbasov bəyənərək komandasına dəvət edib, lakin üzərindən on gün keçməmiş Bakının "Neftçi" klubundan teleqram alıb. Paytaxta yola düşən futbolçu, 1973-cü ilin dekabrından 1974-cü ilin martına qədər burada baxışda olub. Əsas heyətə düşənə kimi, 1974-75-ci illərdə "Tərəqqi", 1975-76-cı illərdə isə hərbi xidmətlə əlaqədar "OİK"də çıxış edib. 1977-ci ildə hərbi xidməti başa vurmamış "Neftçi"yə geri qaytarılıb. İlk ili əvəzedici komandada keçirən müdafiəçi, 1978-ci ildə əsas komandaya çağırılıb və qısa müddətdə əsas heyət üzvlərindən birinə çevrilib.
"Neftçi"nin əsas heyətində ilk rəsmi oyununu 7 iyun 1978-ci ildə, SSRİ Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Şaxtyor Donetsk"ə qarşı keçirib. 1978-1984 və 1986-1988-ci illər aralığında "ağ-qaralar"ın şərəfini qoruyan Qəribov, ümumilikdə, 219 oyunda meydana çıxıb, 8 qola imza atıb.
1989-90-cı illərdə oynayan məşqçi kimi "İnşaatçı Sabirabad" komandasında çıxış edib.
Məşqçilik karyerası 1989-1990-cı illərdə oynayan məşqçi kimi "İnşaatçı Sabirabad" klubunda fəaliyət göstərib. İlk mövsümdə komanda onun rəhbərliyi altında Azərbaycan SSR çempionu olub.
1995-99-cu illərdə Azərbaycan Nəqliyyat Nazirliyinin "Avtomobilçi" futzal komandasında baş məşqçi çalışıb. Bu müddət ərzində 2 dəfə Azərbaycan çempionatının, 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Paralel olaraq Azərbaycan milli futzal komandasında məşqçi kimi fəaliyyət göstərib.
Müxtəlif illərdə Azərbaycan milli futbol komandasında İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə birgə işləyib, həmçinin Azərbaycanın olimpiya yığmasına və aşağı yaş qruplarından ibarət komandalarına rəhbərlik edib. 2000-2001, 2009-2010-cu illərdə "Neftçi"nin, 2011-2013-cü illərdə isə "AZAL"ın məşqçisi olub.
Şəxsi həyatı Qəribovlar ailəsində 8 uşaq böyüyüb — 6 qardaş, 2 bacı. Şakir, ailənin 7-ci uşağı olub. Atası Dadaş Qəribov Böyük Vətən müharibəsi iştirakşısıdır.
1982-ci ildə ailə həyatı qurub. Bir qızı var.
Qeydlər
İstinadlar
Xarici keçidlər Şakir Qəribov Transfermarkt.world saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri