Berton Rixter (; ) — amerikalı fizik. O, 1974-cü ildə "J/ψ mezonu"nu (cey-psi) kəşf edən Stenford Xətti Sürətləndirici Mərkəzinin (SLAC) komandasına rəhbərlik etmişdir. Eyni vaxtda Brukhaven Milli Laboratoriyasında (BNL) Semuel Tinqin rəhbərliyi altında çalışan digər komanda tərəfindən də reallaşdırılan bu kəşfə görə, hər iki alim 1976-cı ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür. Bu nailiyyət zərrəciklər fizikasında "Noyabr inqilabı"nın tərkib hissəsi idi. Rixter 1984-cü ildən 1999-cu ilə qədər SLAC-ın direktoru vəzifəsində çalışmışdır.
Həyatı və fəaliyyəti Nyu-York şəhərində anadan olan Rixter Bruklində yəhudi ailəsində doğulmuş və Kuinsin Far-Rokavey məhəlləsində böyümüşdür.Shalev, Baruch A. (2002). 100 Years of Nobel Prizes. The Americas Group. p. 61. Onun valideynləri tekstil işçisi olan Abraham Rixter və Fanni (Pollak) Rixter idi. O, digər Nobel mükafatçıları — Barux Semyuel Blamberq və Riçard Feynmanı da yetişdirmiş Far-Rokavey orta məktəbinin məzunu olmuşdur. Pensilvaniyadakı Mersersburq Akademiyasında təhsil aldıqdan sonra Massaçusets Texnologiya İnstitutuna daxil olmuş, burada 1952-ci ildə bakalavr, 1956-cı ildə isə fəlsəfə doktoru (PhD) dərəcəsini almışdır. Daha sonra Stenford Universitetinin müəllim heyətinə qoşulmuş və 1967-ci ildə professor elmi adını almışdır. Rixter 1984–1999-cu illərdə Stenford Xətti Sürətləndirici Mərkəzinə (SLAC) rəhbərlik etmişdir. O, həmçinin Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi və Stenford Universitetinin fizika elmləri üzrə fəxri (emeritus) Pol Piqot professoru idi.
İstinadlar
Xarici keçidlər
The Nobel Prize in Physics 1976 Richter Burton, Nobel Luminaries Project, The Museum of the Jewish People at Beit Hatfutsot SLAC Flickr album Historical photos of Burton Richter NIF Secretary of Energy Board Honoring Burton Richter at APS April 2019 Persis Drell, Vera Luth, and Maury Tigner, "Burton Richter", Biographical Memoirs of the National Academy of Sciences (2022) Oral History Interview with Burton Richter by Elizabeth Paris, 1996 July 15, American Institute of Physics, Niels Bohr Library & Archives
Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri Kateqoriya:Ürək çatışmazlığından ölənlər Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar