II Lüdovik (; ) — Böyük Baden hersoqu.
1824-cü ildə Karlsruedə dünyaya gəldi. Atası Şahzadə Leopold ilk Böyük Baden hersoqu Karl Fridrixin ikinci evliliyindən doğulan oğlu, anası isə İsveç kralı IV Qustav Adolfun qızı Şahzadə Sofiyadır. Doğulduğu əsnada sonsuz olan ögey əmisi I Lüdovikin səltənəti davam edirdi və atası taxtın varisi elan olunmuşdu. Hələ 7 yaşında ikən atası taxta çıxdı.
Taxtın gələcək varisləri kimi o və qardaşı Şahzadə Fridrix müasir təhsil aldılar və tez-tez şimali İtaliya və Hollandiyaya səyahətlər etdilər. 1842-ci ildə qardaşıyla birlikdə Vyanaya göndərildilər. Burada bir il qalan qardaşlar mühüm dövlət xadimləriylə rəsmi görüşlərə qatıldılar. Ancaq Vyanada qaldığı vaxt ərzində Lüdovikin əqli zəifliyi üzə çıxdı. 1852-ci ilin martında onun müalicəsi mümkün olmayan bir əqli xəstə olduğu təsidqləndi. Buna baxmayaraq, atasının ölümünün ardından taxta çıxarıldı. Dövlət idarəsində söz sahibi olmadı və əvəzinə sevimli qardaşı Şahzadə Fridrix naib olaraq dövləti idarə etdi.
Mənbə
Ədəbiyyat
Frei, Alfred; Kurt Hochstuhl; G. Braun (1996). Wegbereiter der Demokratie (in German). G. Braun Buchverlag. ISBN 3-7650-8168-X Huberty, Michel; Giraud, Alain; Magdelaine, F.; B. (1991). L'Allemagne Dynastique, Tome VI. France: Laballery. pp. 108, 113–114, 120–121, 141–142. ISBN 2-901138-06-3
İstinadlar
Kateqoriya:Almanlar