Meqnad Saha (, , ; ) — istilik ionlaşması nəzəriyyəsinin işlənib hazırlanmasına kömək edən hindistanlı astrofizik və siyasətçi. Onun tərtib etdiyi Saha ionlaşma tənliyi astronomlara ulduzların spektral sinifləri ilə onların faktiki temperaturları arasında dəqiq əlaqə qurmağa imkan vermişdir.

Bioqrafiyası

Meqnad Saha 6 oktyabr 1893-cü ildə Benqal prezidentliyinin (hazırda Banqladeş) Daka bölgəsinə daxil olan Qazipurun Şeoratali kəndində, aşağı kastaya mənsub benqallı hindu ailəsində anadan olmuşdur. O, kasıb dükançı Caqannat Saha və həyat yoldaşı Bhuvaneşvari Devinin səkkiz övladından beşincisi idi. O dövrün ortodoks brahmanlarının mövhumatçı dini ideologiyaları, eləcə də uşaqlıq və karyera illərində qarşılaşdığı kasteizm (o, Dalitlər qrupuna daxil olan Namasudra kastasından idi) səbəbindən Sahada gənc yaşlarından kasta sisteminə qarşı nifrət formalaşmışdı.

İstinadlar

Xarici keçidlər

Meghnad N. Saha at the Encyclopædia Britannica

by Raja Choudhury and produced by PSBT and Indian Public Diplomacy.

Kateqoriya:6 oktyabrda doğulanlar Kateqoriya:1893-cü ildə doğulanlar Kateqoriya:Dəkkədə doğulanlar Kateqoriya:16 fevralda vəfat edənlər Kateqoriya:1956-cı ildə vəfat edənlər Kateqoriya:Yeni Dehlidə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Hindistan astronomları Kateqoriya:Kəlkətə Universitetinin məzunları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri