Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir.
1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.
Həmçinin bax İran-İraq müharibəsi
Xarici keçidlər Halabja gas attack and the Al-Anfal campaign, Human Rights Watch report, 11 March 1991 The 1988 Chemical Weapons Attack on Halabja, Iraq by Christine M. Gosden, Professor of Medical Genetics, University of Liverpool, 2001 Rumsfeld should know: Who minded Iraqi mustard gas in 1983?, International Herald Tribune, 29 November 2002 Gas attack town cries out for vengeance , The Telegraph, 20/02/2003
Kateqoriya:İraq tarixi Kateqoriya:Soyqırımı Kateqoriya:16 martdakı hadisələr Kateqoriya:17 martdakı hadisələr Kateqoriya:1988-ci ildəki hadisələr