Valter Şottki (; ) — termion emissiyası nəzəriyyəsinin erkən inkişafında mühüm rol oynamış, 1915-ci ildə ekranlaşdırılmış torlu (screen-grid) vakuum borusunu ixtira etmiş, 1924-cü ildə isə doktor Ervin Qerlax ilə birlikdə lentli mikrofon və lentli səsucaldanın həmmüəllifi olmuş alman fiziki və elektrik mühəndisi. O, sonradan yarımkeçirici cihazlar, texniki fizika və texnologiya sahələrinə bir çox mühüm töhfələr vermişdir.

Şottki effekti (vakuum borusu texnologiyası üçün mühüm olan termion emissiya növü), Şottki diod (Bu diodda yaranan yoxsul qat Şottki baryeri adlanır), Şottki boşluqları və ya Şottki defektləri (kristal qəfəslərində rast gəlinən nöqtəvi qüsurlar), Şottki anomaliyası (istilik tutumunun pik dəyəri), Mott–Şottki tənliyi (həmçinin Lenqmür–Şottki fəza yükü qanunu kimi də tanınır) onun adı ilə bağlıdır.

O, elektrik küyü mexanizmləri (fraksiya küyü və ya shot noise), fəza yükü (xüsusilə elektron lampalarında) və yarımkeçiricilərdəki baryer qatı üzərində tədqiqatlar aparmışdır. Bu araşdırmalar mis-oksid düzləndiricilərinin və tranzistorların inkişafı üçün mühüm əhəmiyyət kəsb etmişdir.

İstinadlar

Xarici keçidlər

Walter Schottky Biography of Walter H. Schottky Walter Schottky Institut Reinhard W. Serchinger: Walter Schottky – Atomtheoretiker und Elektrotechniker. Sein Leben und Werk bis ins Jahr 1941. Diepholz; Stuttgart; Berlin: GNT-Verlag, 2008. Schottky's math genealogy

Kateqoriya:23 iyulda doğulanlar Kateqoriya:1886-cı ildə doğulanlar Kateqoriya:Sürixdə doğulanlar Kateqoriya:4 martda vəfat edənlər Kateqoriya:1976-cı ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Rostok Universitetinin müəllimləri Kateqoriya:Vürtsburq Universitetinin müəllimləri Kateqoriya:İxtiraçılar