Əl-Fəraizür-Rəhbiyyə () və ya ər-Rəhbiyyə () — İslamdakı miras hüququ (fəraiz) ilə bağlı ədəbi risalə.
Müəllif Risalənin müəllifi Şafei fəqihi və şair olan İbn əl-Mütəqqinədir.
Əsər "Ər-Rəhbiyyə"nin əsl adı "Qunyətül-bəhis (Buğyətül-bəhis) ən cüməlil-məvaris"dir. Əsərin bir digər adları da "əl-Urcuzətür-Rəhbiyyə" ilə "əl-Mənzumətür-Rəhbiyyə"dir. Əsər daha çox "əl-Urcuzətür-Rəhbiyyə" adı ilə məşhurdur və 180 beytdən ibarətdir.
Əsər böyük rəğbət görmüş və son dövrlərdə İslam elm mühitlərində adətən əzbərlənməsi üçün "məcmuətu mütun" adı ilə bir yerə cəmlənən əsas dərs vəsaitləri (Əlfiyyə, Sülləm və s.) arasına daxil edilmişdir.
Əsərə sünni alimlər (əsasən Şafei, Hənəfi, Maliki və Hənbəli olmaqla) tərəfindən çox saylı haşiyə və şərhlər qələmə alınmışdır. Onlardan bəziləri bunlardır:
Sibtul-Mardini, "Şərhur-Rəhbiyyə" (Bulaq: hicri 1284; Qahirə: hicri 1315; Beyrut: 1989; Dəməşq: 1988). Abdullah ibn Məhəmməd əş-Şinşəvri, "əl-Fəvaidüş-Şinşəvriyyə fi Şərhil-Mənzumətir-Rəhbiyyə". Bu şərh əsərin ən məşhur şərhidir. İbn Qəlbun əl-Misrəti, "Tühfətül-ixvanil-bəhiyyə aləl-Müqəddimətir-Rəhbiyyə" (Tripoli: hicri 1399).
Əsər ilk dəfə şərqşünas Sir Uilyam Cons tərəfindən ingiliscə tərcüməsi ilə birlikdə nəşr olunmuşdur. Bundan sonra 1876-ci ildən etibarən əsərin müxtəlif nəşrləri həyata keçirilmişdir (Qahirə: hicri 1273, 1276, 1280, 1295, 1303, 1323; İstanbul: hicri 1302).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar