Əbu Hətim Məhəmməd ibn İdris ibn Munzir ər-Razi (; ) — hədis hafizi və tənqidçisi.

Bioqrafiyası O, Reydə anadan olub. Nisbələri "Təmimi", "Qətafani" və "Hənzəli"dir.

Hədis həyatına hicir 209-cu (824) ilədə Reydə başlayıb. Kufə, Bəsrə, Məkkə, Mədinə, Bağdad, Bəhreyn, Misir, Rəmlə, Qüds, Təbəriyyə, Tarsus, Dəməşq, Hüms və başqa yerlərə elmi səyahətlər edib. Əsmai, Əbu Nuaym Fəzl ibn Dükeyn, Əffan ibn Müslüm, Adəm ibn Əbu İyas, Əhməd ibn Hənbəl və Buxari kimi alimlərdən bəhrələnib. Hicir 242-245-ci (856-859) illəri arasında ikinci dəfə elmi səyahətə yollanıb.

İbn Əbu Hətim, Yunus ibn Əbdüləla əs-Sədəfi, Əbdə ibn Süleyman, Rəbi ibn Süleyman əl-Muradi, Əbu Züra ər-Razi, Əbu Züra əd-Dəməşqi, Əbu Davud və Nəsai kim tanınmış alimlər ondan hədis rəvayət ediblər.

Əbu Hətim ər-Razi hicri 277-ci (890) ildə Reydə vefat edib.

Obrazlı ifadə ilə onun ən böyük əsəri, İbn Əbu Hətim adı ilə tanınan oğlu Əbdürrəhmandır. Əbdürrəhman, özü­nün hədis raviləri haqqındakı fikirlərini "əl-Cərh vət-tədil" adlı əsərdə bir yerə cəmləmişdir. Əbu Hətim ər-Razinin qələmə aldığı əsərlərdən heç biri tam şəkildə dövrümüzə qədər gəlib çatmamışdır. "Kitabüz-Zöhd" ilə "Təfsirül-Quranil-əzim" bu əsərlərdən bəzilərdir.

İstinadlar Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Sünni imamları

Kateqoriya:Hənbəlilər