Pyer Fransis de Marini Berton (; ) — kanadalı tarixçi, yazıçı, jurnalist və teleaparıcı. O, əsasən Kanadaşünaslıq, Kanada tarixi və populyar mədəniyyət mövzularında 50-dən çox bestseller kitabın müəllifidir. Berton, həmçinin ana axın dinlərin tənqidi, antologiyalar, uşaq ədəbiyyatı və gənclər üçün tarixi əsərlər də qələmə almışdır. O, reportyor və hərbi müxbir kimi fəaliyyət göstərmiş, “Maclean’s” jurnalı və “The Toronto Star” qəzetində redaktor olmuş, 39 il ərzində isə “Front Page Challenge” verilişinin panelisti qismində çıxış etmişdir. Kanada Yazıçılar Fondunun (Writers' Trust of Canada) təsisçilərindən biri olan Berton çoxsaylı fəxri ad və mükafatlara layiq görülmüşdür.

Erkən illəri

Berton 12 iyul 1920-ci ildə Yukon əyalətinin Vaythors şəhərində anadan olmuşdur; atası bura 1898-ci ildə Klondayk qızıl hərisliyi dövründə köçmüşdü. 1921-ci ildə ailəsi Yukonun Doson-Siti şəhərinə köçmüşdür. Onun anası Laura Beatris Berton (qızlıq soyadı Laura Beatris Tompson) 1907-ci ildə, 29 yaşında Doson-Sitiyə müəllimlik təklifi alana qədər Torontoda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Doson-Sitiyə yerləşdikdən və uşaq bağçasında dərs deməyə başladıqdan qısa müddət sonra yaxınlıqdakı Qranvil mədən şəhərciyində Frenk Berton ilə tanış olmuşdur.

Laura Beatris Bertonun Yukondakı həyatından bəhs edən “Mən Klondaykla evləndim” (I Married the Klondike) adlı avtobioqrafiyası müəllifin ömrünün son illərində nəşr olunmuş və oğlu Pyerin sözləri ilə desək, ona “olduqca zövq aldığı müəyyən bir şöhrət” qazandırmışdır. O dövrdə Doson-Siti həddindən artıq ucqar bir yer idi. 1939-cu ilin yayında köhnə dostlarını ziyarət etmək üçün Doson-Sitiyə gedən Bertonun geri – Uaythorsa qayıtması bir həftə çəkmişdi, çünki yeganə nəqliyyat vasitəsi Yukon çayı boyu yavaş-yavaş hərəkət edən “Casca” adlı köhnə çarxlı gəmi idi. 1890-cı illərin Klondayk qızıl hərisliyi zamanı qısa müddət ərzində Kanadanın ən böyük şəhərlərindən birinə çevrilmiş Doson-Sitidə böyümək Bertonun dünyagörüşündə rəngarəng izlər buraxmışdır. Uşaqlıq illərində o, qızıl hərisliyi dövründə şimala gələn və bu proses bitdikdən sonra Doson-Sitidə qalıb yaşayan çoxsaylı ekssentrik insanlarla tanış olmuşdur.

İstinadlar

Xarici keçidlər

Pierre Berton Archive at McMaster University

Kateqoriya:12 iyulda doğulanlar Kateqoriya:1920-ci ildə doğulanlar Kateqoriya:30 noyabrda vəfat edənlər Kateqoriya:2004-cü ildə vəfat edənlər Kateqoriya:Torontoda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Kanada tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:Kanada jurnalistləri Kateqoriya:Kanada yazıçıları Kateqoriya:Elmi yazıçılar Kateqoriya:Jurnal redaktorları Kateqoriya:Britaniya Kolumbiyası Universitetinin məzunları Kateqoriya:"Kanada" ordeninin üzvləri Kateqoriya:Şəkərli diabetdən ölənlər Kateqoriya:XX əsr jurnalistləri