Brac (dev.: ब्रज) — həmçinin Brac bhaşa (dev.: ब्रज भाषा), Brac bhakxa (dev.: ब्रज भाखा), bridj bhaşa (dev.: बॄज भाषा), dehati zaban (dev.: देहाती ज़बान, ‘ölkənin dili’), antarvedi adlanan — hind-ari dillərindən biri olub, tez-tez hindi dilinin dialekti hesab edilir. Brac dilində Uttar-Pradeş ştatında (Aqra dairəsi) və Racastanın bəzi rayonlarında (Bharatpur, Savai Madhopur dairələri), Haryanada (Qurqaon dairəsi), Biharda, Dehlidə danışılır. Dilin yayılma sahəsinə tarixi Vradjabhumi və ya Vradj regionu daxildir (ərazi ki, “Bhagavata-purana”ya görə Krişna burada doğulmuş və uşaqlığını keçirmişdir).
Avadhi ilə yanaşı, Brac XIX əsrdə khari-boli meydana çıxana qədər Şimali və Mərkəzi Hindistanın iki dominant ədəbi dilindən biri olmuşdur. XV—XVIII əsrlərdə o, vaişnav lirik poeziyasının əsas dialekti olmuşdurЗограф Г. А., 1990, стр. 39. Bu dildə Surdas, Bhai Qurdas, D. Prasad və Əmir Xosrov yazmışlar. Hazırda Brac ədəbi sahədən ədəbi hindi və urdu tərəfindən sıxışdırılmışdır. Danışanların sayına dair qiymətləndirmələr xeyli dərəcədə dəyişir:
Mənbə Danışanların sayının qiymətləndirilməsi
SIL International 44 000 (1997) Hindistanın siyahıyaalınması 574 245 (2001)Census of India, 2001 Zoqraf Q. A. 15 000 000 (1990)
İstinadlar
Ədəbiyyat Зограф Г.А. Языки Южной Азии. — М.: Наука, 1990. — 212 с. Липеровский. В.П. Очерк грамматики современного браджа. — М.: Наука, 1988. — 210 с. Snell R. The Hindi classical tradition: a Braj Bhāṣā reader. — Ldn., 1991. Kateqoriya:Əlifba sırasına görə dillər və dialektlər Kateqoriya:Hind-ari dilləri Kateqoriya:Hindistan dilləri