Əl-Cərh vət-tədil () — İbn Əbu Hətimin hədis ravilərinin tənqidi haqqındakı əsəri.
Əsər "Əl-Cərh vət-tədil" əsəri cərh və tədil mövzusunda qələmə alınmış ilk əsərlərdən biridir. Əsər X cildən ibarətdir. Əsərin müqəddiməsi 375 səhifədən ibarət olub, "Təqdimətül-mərifə li-Kitabil-Cərh vət-tədil" adlanır.
Əsər 16040 ravinin cərh və tədilini ehtiva edir. Əsərdə müəyyən xətalar və tərcümeyi-hal təkrarları da vardır. Müəllif ravilər haqqında qiymətləndirmələrində daha çox atası Əbu Hətim ər-Razi və tənqidçi Əbu Züra ər-Raziyə əsaslanmışdır. Əsərdə həmçinin Şöbə ibn Həccac, Süfyan əs-Səvri, Əbdürrəhman ibn Mehdi, Süfyan ibn Uyeynə, Yəhya ibn Səid əl-Qəttan, Yəhya ibn Məin, Əli ibn Mədini və Əhməd ibn Hənbəl kimi tənqidçilərin də fikirlərinə yer verilmişdir.
"Əl-Cərh vət-tədil" daha sonra yazılan cərh və tədil kitablarına mənbə təşkil etmişdir. Belə ki, Mizzi, "Təhzibül-Kəmal" əsərindəki cərh və tədil ilə bağlı məlumatları bu əsərdən götürdüyünü söyləmişdir.
"Əl-Cərh vət-tədil"in, Murad Molla kitabxanası (№ 572, 1450), Köprülü kitabxanası (№ 278) və Darül-kütubil-Misriyyədə (№ 891–892) nüsxə mövcuddur. Bu nüsxələr Əbdürrəhman ibn Yəhya əl-Müəllimi əl-Yəmani tərəfindən təhqiq edilərək IX cild halında nəşr edilmişdir (Heydərabad: 1941-1953).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar