250px|thumb|right|Kruiz gəmisində xilasetmə halqası 250px|thumb|right|Su üzərində xilasetmə halqası Xilasetmə halqası — suda boğulan insanlara kömək etmək üçün vasitə. Bu, tor və ya nal şəklində sərt, üzən materialdan hazırlanmış, parlaq narıncı və ya qırmızı kimi parlaq, görünən rəngə boyanmış, ehtimal ki, bir neçə ağ zolaqlı üzən vasitədir. Ona xilasetmə ipi də bərkidilir. Tarixi Leonardo da Vinçi təhlükəsizlik halqası (çarxı), eləcə də su üzərində gəzmək üçün üzən ayaqqabılar və balans çubuqları üçün bir konsepsiya hazırlamışdı.

Müxtəlif mənbələrə görə, Malta cəngavərləri gəmilərində tıxac xilasetmə halqalarından ilk istifadə edənlər olublar.

İspaniya admiralı Viktoriyanın 1-ci Markizi Xuan Xose Navarronun "Architectura naval antigua y moderna" (1752) kitabında iki lövhədə "dairəvi xilasetmə halqaları" və digər lövhədə "salvenos" adlanan "tıxacdan hazırlanmış xilasetmə halqası" təsvir edilmişdir. Bu, Malta cəngavərləri tərəfindən gəmilərində sistematik şəkildə istifadə edilən növlər olub. Xilasetmə halqası bir tərəfdən ipə, digər tərəfdən isə gəminin gövdəsinə bərkidilirdi ki, dənizə düşən hər hansı bir şəxs üçün istifadə olunsun. Navarro İspaniya Hərbi Dəniz Qüvvələrinin admiralı idi və İspaniya donanmasının bütün gəmilərində xilasetmə halqasının sistematik şəkildə tətbiq olunmasında onun rolu böyükdür.

1803-cü ildə "Philosophical Magazine" jurnalında ixtiraçısı, Bred-stridddən olan Kniq Spenserin adından götürülmüş "Marine Spencer" adlı halqa təsvir edilmişdi. O, "kətanla örtülmüş və suya davamlı olması üçün yağlı boya ilə boyanmış" lentə bərkidilmiş "800 köhnə şüşə tıxacından" hazırlanmışdı. Bu ixtira Spenserə Kral Humanitar Cəmiyyətinin fəxri gümüş medalını qazandırdı.

Təsviri Standart xilasetmə halqasının xarici diametri (D) 680–760 mm, daxili diametri (a) 440 mm, halqa eni 100–160 mm və halqa qalınlığı 80–100 mm-dir. Xilasetmə halqasının çəkisi 4,5 ilə 7,0 kq arasında dəyişə bilər və üzmə qabiliyyəti təxminən 14 kq olmalıdır.

Xilasetmə halqası tamamilə tıxacdan, və ya PVC örtüklü köpükdən və ya poliuretan köpükdən hazırlana bilər.

Çay Reyestri qaydalarına (Hissə 3 "Gəmilərin Xilasetmə Cihazları ilə Təchizatı") əsasən,здесь здесь . uzunluğu 30 m-dən az olan gəmilərdə iki xilasetmə halqasının, uzunluğu 30 m-dən çox olan gəmilərdə isə dörd xilasetmə halqasının olması məcburidir. Digər adları Xilasetmə halqasının digər adları aşağıdakılardır: xilasedici xilasedici üzük xilasedici dairə xilasedici kəmər xilasedici halqa ponçik təhlükəsizlik çarxı Perri halqası Kisbi halqası Sınaqları Xilasetmə halqalarının möhkəmliyi 3 m hündürlükdən yerə kənara və ya 10 m hündürlükdən suya düz atılmaqla yoxlanılır.Спасательное дело Bu halda dairə mexaniki zədəyə məruz qalmamalıdır.

Xilasetmə halqasının üzmə qabiliyyəti, üzərinə 14,5 kq ağırlıq (diametri 680 mm olan kiçik bir dairə üçün - 8 kq) 24 saat ərzində təmiz suda, daha sonra isə 1 kq ağırlığı isə 15 dəqiqə asmaqla yoxlanılır. İstifadəsi Suda batan şəxs xilasetmə halqasını qoltuq altına qoyur. Bu vəziyyət onun uzun müddət suda qalmasına imkan verir.

Bir neçə nəfər də xilasetmə halqasından istifadə edə bilər. Bu halda onlar xilasetmə halqasının xaricinə bərkidilmiş xilasetmə ipindən yapışmalıdırlar.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükəsizlik mühəndisliyi Kateqoriya:Təhlükələr Kateqoriya:Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması