Boris Vladimiroviç Romanov (; ) — Rusiya çarı II Aleksandrın nəvəsi, böyük knyaz.

1877-ci ildə Çarskoye seloda dünyaya gəldi. Atası böyük knyaz Vladimir rus çarı II Aleksandrın oğlu, anası Mariya Pavlovna isə Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin qızıdır. 14 yaşınadək saray mürəbbiyələri tərəfindən təlim-tərbiyə edildi. Rus, ingilis, alman və fransız dillərini öyrəndi. Ardından hərbi sahəyə yönəldi və 1896-cı ildə süvari alayında leytenant rütbəsi aldı.

Gənclik illərindən etibarən içkiyə, qumara və qadınlara düşkün idi. Eşq yaşadığı qadınlardan biri də Rumıniya taxt-tacının varisiylə evli olan bibisi qızı Şahzadə Mariya idi və bu skandala səbəb oldu. 1901-ci ildə fransız bir xanımla eşq yaşadı və çar ailəsi tərəfindən heç vaxt rəsmi olaraq tanınmayan bir oğlu dünyaya gəldi. Anası tərəfindən qorunan Boris şayələrə son qoymaq üçün dünya turuna çıxdı. 1905-ci ildə Şahzadə Beatrisin qızı Şahzadə Yevgeniyaya evlilik təklifi etsə də, bu təklifi geri çevrildi. Dünya turunun ardından başlayan Rusiya-Yaponiya müharibəsinə qatıldı.

Çarın rəsmi təmsilçisi kimi 1911-ci ildə Britaniya kralı V Georqun və Tayland kralı Vaçıravudxun tacqoyma mərasimlərinə qatıldı. 1916-cı ilin fevralında çarın böyük qızı Knyaginya Olqa ilə evləndirilməsi müzakirə edilsə də, Çariça Aleksandra bu təklifi qətiyyətlə geri çevirdi. Bu isə anası Mariya Pavlovna ilə çariça arasındakı münasibətləri daha da pisləşdirdi.

Ordu komandanlarından Sergey Raçevskinin qızı Zinayda Raçevskaya ilə eşq yaşadı və 1916-cı ilin sonlarında qız hamilə idi. Bu sknadalı örtbas etmək üçün qızı dərhal hərbçi Pyotr Yelisevlə evləndirdilər. Toydan dərhal sonra Cenevrəyə göndərilən qız burada ölü bir uşaq dünyaya gətirməsinin ardından Sankt-Peterburqa qayıtdı və Knyaz Borislə birlikdə nigahdan kənar bir münasibət yaşamağa davam etdi. left|thumb|368x368px|Ayaqda duranlar soldan sağa: Knyaginya Tatyana, Meklenburqlu Mariya Antuanetta, Şahzadə Viktoriya Melita, Knyaginya Olqa, Knyaz Kiril, Şahzadə Yelizaveta, Şahzadə Olqa, Knyaginya Anastasiya, Knyaginya Mariya. Oturanlar soldan sağa: Meklenburqlu Mariya, Aleksandra Fyodorovna, II Nikolay, Yelena Vladimirovna, Şahzadə Marina, özü, Andrey Vladimiroviç Fevral inqilabının ardından digər Romanov knyazları kimi göz həbsinə alındı. Anasının məşhur cəvahirat kolleksiyasının ölkədən qaçırılmasında və İngiltərədəki bir bank hesabına qoyulmasında iştirak etdi. Ardından məşuqəsi ilə birlikdə şimali Qafqaza qaçdı. Bolşeviklərin bölgəni ələ almasının ardından kiçik bir qayıqla Anapaya qaçdılar və 14 ay boyunca burda qaldılar. Anasının qalma niyyətinin əksinə, İstanbula qaçdı. Fransaya getsələr də, bir neçə həftə sonra deport edildilər. İtaliyanın San-Remo qəsəbəsində məskunlaşdılar və 12 iyul 1919-cu ildə Cenevrədə evləndilər. Anasının 1920-ci ildə vəfatından sonra onun cəvahirat kolleksiyasının satışından əldə etdiyi pulla bir qəsr satın aldı və qalan ömrünü burada yaşadı. Övladı olmadı.

İkinci Dünya müharibəsi illərində Parisə qaçdı. 9 noyabr 1943-cü ildə burada vəfat etdi. Cənazəsi Parisdəki Aleksandr Nevski kafedralına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Chavchavadze, David. The Grand Dukes, Atlantic, 1989, Perry, John and Pleshakov, Constantine. The Flight of the Romanovs, Basic Books, 1999, .

Kirill, Grand Duke. My Life in Russia's Service - Then and Now. London: Seleyn & Blount. 1939. ASIN: B001AS1FMI Sullivan, Michael John. A Fatal Passion: The Story of the Uncrowned Last Empress of Russia, Random House, 1997, Mironenko, Sergei (1997). A Lifelong Passion (1st ed.). Doubleday. p. 282. ISBN 0385486731 Massie, Robert (1969). Nicholas and Alexandra. p. 433. ISBN 033002213X Coogan, Kevin (1999). Dreamer of the Day: Francis Parker Yockey and the Postwar Fascist International. Brooklyn: Autonomedia. p. 603. ISBN 978-1-57027-039-0 M. Wattel, B. Wattel. (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. p. 518. ISBN 978-2-35077-135-9 Jørgen Pedersen: Riddere af Elefantordenen 1559–2009, Odense: Syddansk Universitetsforlag, 2009. ISBN 8776744345

İstinadlar

Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri