Əbül-Həsən Rəvh ibn Əbdilmömin ibn Əbdə (Qurrə) əl-Bəsri (; ) — qiraət alimi, Yaqub əl-Hədrəminin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "حه" hərfləridir.

Bioqrafiyası Həyatı haqqında məlumatlar olduqca azdır.

Qiraəti Yaqub əl-Hədrəmidən öyrənmişdir.

Ondan Əbu Yalə əl-Mövsili, Abdullah ibn Əhməd ibn Hənbəl, Əbu Züra ər-Razi və başqaları hədis nəql etmişdir. Buxari "Cəmius-səhih"ində onun bir rəvayətinə yer vermişdir. Əbu Hətim onu "saduq", Əbu Əmr əd-Dəni isə "siqa bir alim" hesab etmişdir. İbn Hibban da "əs-Siqat"ında onun tərcümeyi-halına yer vermişdir.

Rəvh hicri 233-cü (847–848) ildə vəfat etmişdir.

Həmçinin bax Ruveys

İstinadlar