Darul-Ülum Diobənd () — Hindistanın Diobend şəhərində yaradılmış sünni-İslam dəsti-xətti ilə seçilən dini təhsil müəssisələrindən biri. O, xüsusilə Hənəfi fiqhi və Maturidi əqidəsi əsasında fəaliyyət göstərən Diobəndi hərəkatının mərkəzi sayılır.

Haqqında XIX əsrin 60-cı illərində əsası qoyulan bu təhsil ocağı, ərəb-İslam dünyasında özünəməxsus bir məktəb yaratmış olan Qahirədəki Əl-Əzhər Universitetindən sonra ikinci yeri tutur.

Darul-Ülumda ərəb və fars dillərində bir çox əlyazma əsərin saxlanıldığı kitabxana da vardır. Bu əlyazmaların sayı isə 67000 cildə yaxındır.

Darul-Ülum Hindistanın müstəqillik mübarizəsində də mühüm rol oynamış, siyasi sahədə ingilislərlə heç bir şəkildə əlaqəni qəbul etməyərək passiv müqavimət mövqeyi nümayiş etdirmiş, Osmanlı dövlətinə son dərəcə sadiq olan Darul-Ülum alimləri hər fürsətdə Osmanlı xilafətinin legitimliyini müdafiə etmiş və Osmanlı dövlətini maraqlandıran beynəlxalq məsələlərdə daim bu dövlətin tərəfini saxlamışlar.

Həmçinin bax Hənəfilərin siyahısı Əhli-Rəy

İstinadlar

Kateqoriya:Diobendi Kateqoriya:İslam universitetləri