Azərbaycan həftəsonu məktəbləri — Azərbaycan dövləti tərəfindən Azərbaycan diasporundakı uşaqlar üçün təşkil edilən həftəsonu məktəbləri və "Qarabağ" məktəbləri.
Tarixi və məqsədi Azərbaycan həftəsonu məktəblərinin məqsədi Azərbaycan diasporunun üzvü olan uşaqlara Azərbaycan dilini və Azərbaycan kimliyini öyrətməkdir. Belə həftəsonu məktəbləri və "Qarabağ" məktəbləri Azərbaycan evlərinin nəznində fəaliyyət göstərir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V Qurultayında qeyd etmişdir:
"Qarabağ" məktəbləri isə Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan həftəsonu məktəbləri ya Azərbaycan dövləti tərəfindən, ya da xaricdə yaşayan azərbaycanlılar tərəfindən maliyyələşdirilir. Diasporla İş üzrə Dövlət Komitəsi məktəbləri kitab və Azərbaycan rəmzləri ilə təmin edir, müxtəlif tədbirlərin keçirilməsinə köməklik edir. Bu məktəblər üçün komitə tərəfindən xüsusi kitablar hazırlanır, məktəblərdə Azərbaycan dili, ədəbiyyatı və tarixi, həmçinin musiqi, rəqs və şahmat dərsləri keçirilir. Belə məktəblərin əsas məqsədi üçüncü və dördüncü nəsil diaspor uşaqlarına Azərbaycan dilini öyrətməkdir.
2026-cı ilin məlumatına görə, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Belə məktəblər təmannasız təhsil verir.
Qitələrə görə bölgüsü QitəHəftəsonu məktəbinin yerləşdiyi ölkə və ya şəhərAvropaBöyük Britaniyada 2 ədəd (London "Qarabağ" məktəbi daxil olmaqla) Ölkələr: Polşa, Finlandiya, İsveçrə, Litva, Estoniya, Ukrayna, Danimarka, Niderland, Macarıstan, Norveç, İsveç, Kanada, MoldovaŞəhərlər: Barselona, Praqa, NantAvropa və AsiyaRusiya Federasiyasının 53 regionu, TürkiyəAsiyaTürkiyə, Qazaxıstan, ÖzbəkistanŞimali AmerikaKanadada 2 ədəd, ABŞ-də 1 ədəd
İstinadlar
Həmçinin bax Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası Azərbaycanın dövlət-icma və icmalararası münasibətləri
Kateqoriya:Azərbaycan diasporu Kateqoriya:Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası