Peyğəmbər Habakkuk () və ya Zukkone () — Donatello tərəfindən yaradılmış heykəldir. Bu heykəl əvvəllər Cotto kampanilasının () üçüncü mərtəbəsinin nişlərində yerləşirdi və 1423–1435-ci illərə aid edilir.
Əsər ağ mərmərdən, təbii ölçüdə hazırlanmışdır (195 × 54 × 38 sm). Hazırda heykəl Florensiyada yerləşən Opera-del-Duomo Muzeyində qorunub saxlanılır.
Tarixi
Bu heykəl İtaliyanın Florensiya şəhərində yerləşən Santa-Mariya-del-Fiore kafedralının zəng qülləsinin dekorasiyası üçün sifariş edilmiş və 1423–1425-ci illər arasında tamamlanmışdır. Əksər tədqiqatçılar onun Əhdi-Ətiqdə qeyd olunan peyğəmbər Habakkuku təsvir etdiyini hesab edir. Lakin Corco Vazari bu fiqurun əslində Covanni di Barduçço Çieriçini adlı şəxsin portreti olduğunu, sadəcə Bibliya geyimində təsvir edildiyini bildirir. Peyğəmbər Habakkuk fiquru o qədər az idealizə olunmuşdur ki, onun qeyri-mütənasib üz cizgiləri və demək olar ki, tam qısaldılmış saçları florensiyalıların ona “Zukkone” (, italyan dilindən "kəl baş" kimi tərcümə olunur) ləqəbini verməsinə səbəb olmuşdur. Zəng qülləsinin şimal tərəfi üçün nəzərdə heykəllər 1420–1435-ci illər arasında hazırlanmış son dörd fiqur idi və ilkin olaraq kafedralın divarına yaxın yerləşdiyi üçün daha az görünəcəkləri fikirləşilirdi.
Lakin, işlər tamamlandıqdan sonra Duomo Operai (kafedral tikintisinə cavabdeh idarə) bu əsərlərdən o qədər məmnun qaldı ki, onları kafedralın fasadına paralel yerləşən və ən mühüm sayılan qərb tərəfinə köçürdü. Bunun üçün həmin yerdə əvvəllər yerləşdirilmiş Andrea Pizano və onun emalatxanasına aid daha qədim heykəllər başqa yerə keçirildi. Donatello isə, bu əsərə görə aldığı 22 florin avans vasitəsilə özünün yığılıb qalmış vergilərini ödəyə bilmişdi.
Zəng qülləsinin şimal fasadı üçün nəzərdə tutulmuş digər üç heykəl isə bunlardır: təxminən 1425-ci ilə aid və əvvəlcə Vəftizçi İohann kimi müəyyənləşdirilmiş bir Peyğəmbər fiquru (Nanni di Bartolo tərəfindən hazırlanmışdır; postament üzərindəki Donatelloya aid imza isə sonradan əlavə edilmiş hesab olunurIl museo dell'Opera del Duomo a Firenze, cit., pag. 105.); həmçinin Donatellonun əsəri olan Peyğəmbər İyeremiya (1427–1435) və Nanni di Bartolonun yaratdığı Peyğəmbər Ovadiya fiquru (təxminən 1422).
Vazari “Vite” əsərində qeyd edir ki, “Zukkone” heykəlində Mediçi ailəsinin rəqiblərindən biri olan Covanni Çieriçini təsvir edilmişdir. Çieriçini heç nədən varlanmış və 1416-cı ildə Florensiyada vəfat etmiş bir şəxs idi. Vazari heykəllə bağlı müxtəlif rəvayətlər də nəql edir. Onun sözlərinə görə, Donatello bəzən ən əziz şeyə and içildiyi kimi bu heykəl üzərinə and içərdiSpooner, Shearjashub (1880). Anecdotes of painters, engravers, sculptors and architects, and curiosities of art, Volumes 1-3. A.W. Lovering, həmçinin tez-tez onu “danışmağa” çağırardı. Rəvayətə görə, Donatello heykəli yonarkən mərmərə tərəf qışqıraraq “danış, lənətə gəlsin, danış!” sözlərini demişdir. Bu motiv böyük heykəltəraşlıq əsərləri ilə bağlı yayılmış bir əfsanədir və belə əsərlərin qeyri-adi realizmi səbəbindən sanki yalnız söz çatışmadığı üçün canlı görünməsi fikrini ifadə edir.
Nişlərdə yerləşən heykəllər 1937-ci ildə muzeyə köçürülmüş və onların yerinə açıq havada kopyaları qoyulmuşdur. Atmosfer təsirlərindən qaralmış bu heykəllər hazırda da təmizləmə və bərpa işlərinin predmetidir. “Zukkone” isə artıq bərpa edilmiş heykəllər sırasındadır.
Təsvir və stil
Heykəlin mövzusu tam dəqiqliklə müəyyən edilməmişdir. Bunun səbəblərindən biri naməlum bir dövrdə İyeremiya heykəli ilə mümkün yer dəyişdirməsi ehtimalıdır. Bununla belə, əsrlər ərzində bu iki heykəlin adları onlarla ayrılmaz şəkildə əlaqələndirilmişdir və bu səbəbdən məsələ artıq ikinci dərəcəli hesab olunur. Bundan əlavə, Habakkukun ikonografiyası adətən yaşlı bir kişi kimi təqdim olunur, halbuki İyeremiya daha çox orta yaşlı fiqur kimi təsvir edilir. Əsərin postamentində “Opus Donatelli” (“Donatellonun əsəri”) imzası yerləşir.
Habakkuk heykəli ehtimal olunur ki, kampanilanın bütün fiqurları arasında ən uğurlu əsərlərdən biridir və Donatellonun, eləcə də ümumilikdə İntibah heykəltəraşlığının şah əsərləri sırasında sayılır. Donatellonun daha əvvəlki əsərləri ilə (məsələn, qüllənin şərq tərəfində yerləşən üç heykəl) müqayisədə burada güclü naturalizm və ifadəliliyin əhəmiyyətli dərəcədə artması müşahidə olunur.
Peyğəmbər keçəl başla təsvir edilmişdir (xalq arasında verilmiş ad da məhz bundan irəli gəlir) və onun fiquru asketik arıqlığı ilə seçilir. Sol çiynindən aşağı sallanan uzun tunika dərin şaquli qırışlar yaradır. Bu qırışlar klassik ənənəyə zidd olaraq bədənə yapışmır və həm fiqurun möhtəşəmliyini, həm də onun daxili iztirabını vurğulayır.
Yarıaçıq ağız, dərin və batıq gözlər, həmçinin keçəllik obrazın fizionomiyasını dəqiq şəkildə müəyyənləşdirir və son dərəcə realistLindsay, David - Earl of Crawford (1911) Donatello. Echo Library (reprint 2008), təsvir sayəsində hər hansı qrotesk çalarları aradan qaldırır. Fiqurun baxışı gərgin və aşağıya - yəni əsərin nəzərdə tutulan tamaşaçılarına tərəf yönəlmişdir. Bu seçim təsadüfi deyildi, çünki heykəlin yerləşdiyi niş xeyli hündürlükdə idi və tamaşaçılar onu aşağıdan izləməli idilər.
İstinadlar
Ədəbiyyat
AA.VV., Il museo dell'Opera del Duomo a Firenze, Mandragora, Firenze 2000. ISBN 88-85957-58-7 Rolf C. Wirtz, Donatello, Könemann, Colonia 1998. ISBN 3-8290-4546-8
Kateqoriya:Mərmər heykəllər Kateqoriya:Donatellonun heykəlləri Kateqoriya:Opera-del-Duomoda saxlanan heykəllər Kateqoriya:Yəhudi Bibliyası peyğəmbərlərinin heykəlləri Kateqoriya:İntibah heykəlləri Kateqoriya:Avvakum kitabı Kateqoriya:İtaliyadakı kişi heykəlləri Kateqoriya:Florensiyadakı heykəllər Kateqoriya:İtaliyadakı mərmər heykəllər