Mühafizəçi () — 2015-ci ildə rejissor Elis Vinokur tərəfindən çəkilmiş Fransa və Belçika müştərək istehsalı olan neonuar triller filmi. Film evə hücum mövzusundan bəhs edir, baş rolda isə PTSP-dən əziyyət çəkən keçmiş əsgər rolunda Mattias Şonarts çıxış edir.
Film 2015 Kann Kinofestivalının "Müəyyən baxış" () bölməsində müsabiqədən kənar nümayiş etdirilmişdir.
Süjet xətti
Filmin baş qəhrəmanı Vinsent (Mattias Şonarts) Əfqanıstandan qayıtdıqdan sonra posttravmatik stress pozuntusundan (PTSP) əziyyət çəkən keçmiş hərbçidir. O, Fransız Rivyerasında yerləşən "Maryland" adlı dəbdəbəli villada yaşayan varlı bir iş adamının həyat yoldaşını mühafizə etmək üçün işə götürülür. İş adamı şəhərdə olmadığı müddətdə Vinsent villanın təhlükəsizliyinə cavabdehlik daşıyır.
Vinsent daimi narahatlıq, hallüsinasiyalar və kəskin eşitmə qabiliyyəti ilə müşayiət olunan xəstəliyinə görə villada baş verən hər bir xırda hadisəni potensial təhlükə kimi qəbul etməyə başlayır. Əvvəlcə onun şübhələri ətrafdakılar tərəfindən PTSP-nin təzahürü kimi görünsə də, çox keçmədən villaya həqiqətən də silahlı hücumun təşkil olunduğu məlum olur. Vinsent daxili qorxuları ilə mübarizə apararaq villadakıları müdafiə etməli olur.
Rollarda
Mattias Şonarts — Vinsent (keçmiş əsgər) Dayan Kryuqer — Cessi Pol Hami — Denis Zaid Erruqui-Demonsan — Əli Persi Kemp — İmad Valid Mikael Dober — Kevin Frank Torresilyas — Frank
İstehsal
1 oktyabr 2014-cü ildə Deadline portalı Mattias Şonarts və Dayan Kryuqerin rejissor Elis Vinokurun yeni filmində baş rolları paylaşacaqlarını xəbər vermişdir.
Filmin çəkilişlərinə 15 oktyabr 2014-cü ildə Fransız Rivyerasında başlanılmışdır. Filmdəki hadisələrin böyük hissəsi Antib burnunda yerləşən "Domaine la Dilecta" malikanəsində cərəyan edir. Çimərlik səhnələri Sen-Jan-Kap-Ferradakı "Passable" çimərliyində () lentə alınmışdır. Avtomobil təqibi səhnəsi 14 noyabr 2014-cü ildə Kol d'Ez () ərazisində çəkilmişdir. Filmin istehsal prosesi 11 dekabr 2014-cü ildə tamamlanmışdır.
Buraxılış
Mühafizəçi filminin premyerası 16 may 2015-ci ildə Kann kinofestivalının "Müəyyən baxış" bölməsində baş tutmuş, 30 sentyabr 2015-ci ildə isə Fransa və Belçikada geniş nümayişə çıxarılmışdır. Sundance Selects şirkəti Kann premyerasından üç gün sonra filmin yayım hüquqlarını satın almışdır. Film həmçinin 2015 Toronto Beynəlxalq Film Festivalının "Qala təqdimatları" bölməsində nümayiş etdirilmişdir.
25 iyul 2015-ci ildə filmin treyleri, 30 iyul 2015-ci ildə isə rəsmi afişası təqdim edilmişdir.
Qəbulu
Mühafizəçi tənqidçilər tərəfindən əsasən müsbət rəylər almış, xüsusilə Mattias Şonartsın ifası yüksək qiymətləndirilmişdir. Rotten Tomatoes saytında 80 rəy əsasında 73% müsbət reytinq qazanmış və orta hesabla 6.4/10 balla qiymətləndirilmişdir. Saytın tənqidçilərinin müştərək rəyində deyilir: "Yaxşı ifa olunmuş və peşəkarlıqla hazırlanmış Mühafizəçi intellektual və intim psixoloji triller üçün zəmin hazırlayan, səbirlə qurulmuş gərginliyə söykənir." Metacritic saytında film 22 tənqidçinin rəyi əsasında 100-dən 66 bal əldə edərək "əsasən müsbət rəylər" kateqoriyasına daxil olmuşdur.
Variety jurnalının tənqidçisi Qay Loc yazır:
Empire jurnalından Kim Nyuman filmə 5 ulduzdan 4-nü verərək qeyd etmişdir ki: "Rejissor və ssenarist Elis Vinokurun bu gərgin triller/xarakter təhlili sanki Şantal Akermanın rejissorluq etdiyi bir Daşıyıcı () filminə oxşayır. Mattias Şonarts isə hər kölgədə bir şərin olduğunu hiss edən, daxilən qapanmış və paranoid keçmiş əsgər rolunda mükəmməl iş çıxarır…"
Mükafatlar və nominasiyalar
Mükafat / Film FestivalıKateqoriyaNamizəd(lər)NəticəKann kinofestivalı (2015)Müəyyən baxış mükafatı Elis Vinokur AFI Fest Rejissor işinə görə Münsiflər Heyətinin Xüsusi Qeydi Elis Vinokur Lümyer mükafatı (21-ci mərasim) Ən yaxşı musiqiGesaffelstein
Musiqi
Gesaffelstein ləqəbi ilə tanınan Mayk Levi bu film üçün tammetrajlı musiqi müşayiəti bəstələmişdir. Filmin saundtreki 24 sentyabr 2015-ci ildə 1000 nüsxəlik məhdud sayda tirajla satışa çıxarılmışdır.
Gesaffelsteinin bəstələri filmdəki gərginliyi və baş qəhrəmanın daxili psixoloji sarsıntılarını vurğulamaq üçün qaranlıq elektron və texno elementlərindən ibarətdir.
Saundtrekə daxil olan mahnılar
Məhdud sayda çıxan vinil versiyasına aşağıdakı bəstələr daxildir: Maryland Theme Disorder Trauma Oceans Close Conspiracy Wall Ultra-Violence
Remeyk
15 sentyabr 2016-cı ildə Deadline portalı Sony Pictures və Escape Artists şirkətlərinin "Mühafizəçi" filminin Amerika remeykinin ssenarisini yazmaq üçün Teylor Şeridanla razılaşdıqlarını xəbər vermişdir. Remeykin prodüserliyini Todd Blek, Ceyson Blumental, Stiv Tiş və Toni Şounun edəcəyi, Devid Boberin isə studiya adından layihəyə nəzarət edəcəyi bildirilmişdi. Filmin rejissoru kimi isə Ceyms Manqoldun adı açıqlanmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2015-ci ilin Fransa filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Belçikanın dram filmləri Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:2015-ci ilin dram filmləri Kateqoriya:2015-ci ilin triller filmləri Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:Belçikanın triller filmləri Kateqoriya:2015-ci ilin fransız dilli filmləri Kateqoriya:Rejissor Elis Vinokurun filmləri Kateqoriya:Fransız Rivyerası haqqında filmlər Kateqoriya:Fransada çəkilən filmlər Kateqoriya:Triller dram filmləri