VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu — Bakı prosesinin Azərbaycanda keçirilən VII forumu.

Hazırlıqlar və siyasi dəstək 2024-cü ildə imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də Çin elan etmişdir ki, Azərbaycanın "Bakı prosesi" təşəbbüsünü və onun çərçivəsində toplanan Ümumdünya Forumları ilə bağlı səylərini dəstəkləyir. 2025-ci ildə imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da Çin bu dəstəyini təkrarlamışdır.

2025-ci ildə imzalanan, Türk Dövlətləri Təşkilatının Budapeşt bəyannaməsində qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi "Bakı Prosesi"nin uğuru yüksək qiymətləndirilmiş və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilmişdir. Təşkilat üzvləri 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə etmişdir. Üzvlər forumda Türk Dövlətlərinin fəal iştirakını təşviq etmiş, forum çərçivəsində Türk Dünyasının mədəni dəyərlərini və ortaq vizyonunu vurğulamaq üçün əlavə tədbir təşkil etməyi təklif edilmişdir.

11 mart 2026-cı ildə Azərbaycan Mədəniyyət naziri Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad ilə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığı müzakirə etmişdir.

Keçirilməsi

27 oktyabr 300px|thumb|right|VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2026-cı ilin 27–29 oktyabr tarixlərində, Bakı Prosesinin 15 illiyi münasibətilə keçirilmişdir. Forumun mövzusu "Ortaq gələcək naminə dialoq"dur. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın çoxmədəniyyətli tarixi, Azərbaycan–Ermənistan sülh müqaviləsi, dünyada gedən münaqişələr və s. haqqında danışmışdır. Əliyev Türkiyə ictimaiyyətinin bəzi şəxsləri tərəfindən Azərbaycana ünvanlanan hicab etirazı ilə bağlı, Türkiyənin adını çəkmədən danışmış, müstəqil bir ölkəyə digər ölkə tərəfindən həyat tərzinin diktə edilməsinin yolverilməz olduğunu qeyd etmişdir.

BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxışında Azərbaycana təşəkkür etmiş, Bakı Prosesinin və Qubadakı Beynəlxalq Gənclər Forumunun əhəmiyyətini bildirmişdir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycanın Suriyada məktəblər tikməsini, Heydər Əliyev Fondunun Burkina-Fasoda və Nigerdə qızların təhsilinə dəstəyini qeyd etmiş, təşkilatın Qarabağ və Şərqi Zəngəzur səfərlərində buralarda münaqişə dövrü ilə bağlı olaraq dağıntıların qeydə alındığını demişdir.

Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi və Şuşa şəhəri Dövlət Tarix-Memarlıq Qoruğunun ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə bağlı sertifikatlar forum çərçivəsində, ICESCO tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edilmişdir.

28 oktyabr Forumun ikinci günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bəyan etmişdir ki, BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) 2027-ci ildə keçiriləcək növbəti qlobal forumu Azərbaycanda baş verəcək. 28 oktyabr tarixində tədbirin bağlanış mərasimi keçirilmiş, konsert təşkil edilmişdir.

İştirakçılar

İstinadlar

Kateqoriya:2026-cı ildə Azərbaycan