Birkirkara (, qısaldılmış forması: ) — Malta adasında yerləşən və təxminən 25.000 nəfər əhalisi olan şəhər. Birkirkara əhalisinin sayına görə ölkənin ən böyük şəhəridir.
Şəhərin gerbində qırmızı xaç və onun üzərində tac təsvir olunmuşdur. Şəhərin şüarı isə latın dilində "In hoc signo vinces" () ifadəsidir.
İnzibati bölgü və din
Şəhər 4 müstəqil kilsə dairəsindən (məhəllədən) ibarətdir: Müqəddəs Yelena () Müqəddəs İosif () Karman Məryəm Anası () Müqəddəs Mariya ()
Birkirkarada ölkənin ən nüfuzlu təhsil müəssisələrindən biri olan Müqəddəs Aloiziy kolleci yerləşir.
Görməli yerləri
Birkirkara Maltanın mühüm kommersiya mərkəzinə çevrilməsinə baxmayaraq, öz qədim memarlıq üslubunu və yaşayış sektorunun koloritini hifz edib saxlamışdır. Şəhərin əsas görməli yerlərindən biri 1931-ci ildə fəaliyyətini dayandırmış köhnə dəmir yolu vağzalıdır. Hazırda bu vağzal bərpa edilərək ictimai park kimi istifadə olunur.
thumb|right|220px|Birkirkaradakı köhnə vağzal binası
İdman
Şəhəri ölkə çempionatında 1950-ci ildə təsis edilmiş "Birkirkara" futbol klubu təmsil edir. Klub Maltanın ən müvəffəqiyyətli komandalarından biridir.
Tanınmış şəxsləri
Şəhər Maltanın bir neçə dövlət və ictimai xadimlərinin doğum yeridir: Entoni Mamo — Maltanın ilk prezidenti. Edvard Fenek Adami — Maltanın keçmiş prezidenti və baş naziri. Alfred Sant — Maltanın keçmiş baş naziri, müxalifət lideri. Blanş Quber (1901–1940) — Malta tarixində ilk qadın həkim. Enriko Mitsi — dövlət xadimi. Cin Zaleski — maltalı rəssam.
İstinadlar
Xarici keçidlər
Birkirkara Football Club Birkirkara St. Joseph Sports Club Birkirkara Local Council
Kateqoriya:Malta şəhərləri Kateqoriya:Maltanın yerli şuraları