Baronet (; /ˈbærənɪt/ və ya /ˈbærəˌnɛt/; qısaldılmış forması Bart və ya Bt) və ya qadın ekvivalenti olan baronetessa (; /ˈbærənɪtɪs/, /ˈbærənɪtɛs/ və ya /ˌbærəˈnɛ) tɛs/; qısaldılmış forması Btss) — Britaniya kral ailəsi tərəfindən verilən irsi zadəganlıq rütbəsi olan baronetliyin sahibi.

Baronet titulu haqqında XIV əsrin əvvəllərindəki mənbələrdə bəhs edilir; lakin müasir mənada bu rütbə 1611-ci ildə İngiltərə Kralı I Yaqub tərəfindən xəzinəyə vəsait yığmaq vasitəsi kimi təsis edilmişdir.

Baronetlik, Anql-irland "Qara cəngavərlər", "Ağ cəngavərlər" və "Yaşıl cəngavərlər" (bunlardan yalnız Yaşıl cəngavərlər nəsli hələ də mövcuddur) istisna olmaqla, perlik (pérlik) dərəcəsinə aid olmayan yeganə Britaniya irsi zadəganlıq rütbəsidir. Bir baronetə müraciət zamanı (eynilə cəngavərlərdə olduğu kimi) "Ser" (Sir), qadın baronetə isə "Dem" (Dame) müraciət formasından istifadə olunur. Lakin protokol qaydalarına (seniorluq ardıcıllığına) görə baronetlər, Bant ordeni (KG / LG), Qanqal ordeni (KT / LT), Müqəddəs Patrik ordeni (KP / LP) və Hamam ordeninin Böyük Xaç Cəngavərləri (GCB) istisna olmaqla, bütün digər cəngavərlik dərəcələrindən üstün sayılırlar. Uilyam Toms baronetlərin ənənəvi olaraq daha aşağı zadəgan təbəqəsinə aid edildiyini aşağıdakı sitatla ifadə etmişdir:

"Bu rütbənin dəqiq təbiəti hələ tam müəyyən edilməmişdir; bəziləri onu aşağı zadəganlığın () başı hesab edir, digərləri isə baronetləri ali zadəganlığın () ən alt pilləsi kimi sıralayırlar. Çünki onların rütbəsi, ali zadəganlarda olduğu kimi, həm irsidir, həm də patentlə (kral fərmanı ilə) yaradılmışdır."William J. Thoms (1844). The Book of the Court (2nd edition). London: Henry G. Bohn, York Street, Covent Garden, p. 132

İstinadlar

Ədəbiyyat siyahısı

Debrett's website Burke's website

Xarici keçidlər

Letters patent

Kateqoriya:Birləşmiş Krallığın cəngavərlik ordenləri Kateqoriya:Zadəgan titulları Kateqoriya:Baronetlər