Əhməd Motevaselyan (; ) — 1982-ci ildə Livanda itkin düşən dörd iranlıdan biri, İran hərbi zabiti və attaşesi. İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunda komandir vəzifəsində çalışmış və 27-ci Məhəmməd Rəsulullah Diviziyasını yaratmışdır. O, İkinci Xürrəmşəhr döyüşündə rol oynamış və daha sonra siyasi və hərbi liderlərdən ibarət yüksək vəzifəli diplomatik qrupun tərkibində Suriyaya yollanmışdır. 5 iyul 1982-ci ildə Beyruta istiqamətlənən diplomatları daşıyan nəqliyyat vasitəsi yoxlama məntəqəsindən keçərkən falanjistlər tərəfindən saxlanıldı. Avtomobil və dörd sərnişin tamamilə izdən düşdülər.

İran İsraili onları qaçırmaqda, İsrail həbsxanalarında saxlamaqda və taleyini ört-basdır etməkdə ittiham etmişdir. İsrail rəsmləri diplomatların taleyindən xəbərsiz olduğunu açıqlamışdır. İran Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) onların harada olduğunu araşdırmağa çağırmışdır. Hadisədən onillər keçməsinə baxmayaraq itkin düşmüş diplomatların taleyi sirr olaraq qalır və Motevaselyan və digər iranlıların axtarışı davam edir. Buna baxmayaraq, qaçırıldıqdan qısa müddət sonra onların falanj tərəfindən edam edildiyi güman edilir.

İlk illəri Əhməd Motevaselyan 1954-cü ildə Tehranın cənubunda dindar bir ailədə anadan olub. İbtidai məktəb illərini Tehranın Mustafavi məktəbində keçirmişdir. Təhsil aldığı illərdə Motevaselyan atasına şirniyyat dükanında kömək edirdi. Yeniyetməlik illərində dini mərasimlərdə iştirak etmiş, İran şahı Məhəmməd Rza Pəhləvinin o vaxtkı hakimiyyətdə olan rejiminə qarşı dissident fəaliyyətlərinə başlamışdır. İbtidai təhsilini başa vurduqdan sonra sənaye məktəbinə daxil olmuş və 1973-cü ildə diplom almışdır.

İslam inqilabından öncə Məzun olduqdan sonra Motevaselyan hərbi xidmətini Şirazda keçirmiş, xüsusi tank təlim kursunda iştirak etmiş və daha sonra Sərpol Zəhab göndərilmişdir. Xidməti dövründə şaha qarşı siyasi fəaliyyətini davam etdirdi. Hərbi xidmətdən sonra özəl bir şirkətdə işə düzəldi və bir neçə aydan sonra Xürrəmabada göndərildi. 1976-cı ildə şahın hakimiyyəti dövründə gizli polis olan SAVAK onu siyasi fəaliyyətinə görə həbs etdi. O, Xürrəmabadda Fələk-ül-Əflak qəsrində beş ay tək kamerada saxlanıldı. Motevaselyan 1979-cu il inqilabında öz məhəlləsində və Tehranın cənubunda fəal iştirak etmişdir. İnqilabın qələbəsindən sonra o, evinin yaxınlığındakı rayonda İslam Respublikası Komitəsini yaratdı və daha sonra İslam İnqilabı Keşikçiləri Korpusuna qoşuldu.

İslam inqlabından sonra İnqilabın uğurundan sonra Motevaselyan müxtəlif inqilabi siyasi və hərbi kampaniyalarda iştirak etdi:

Kürdüstan ostanında müxalifətə qarşı əməliyyatlar 1979-cu ildə Bükan, Banə və Saqqızda inqilab əleyhdarlarına qarşı döyüşlər Qərbi İrandakı Sənəndəcin inqilab əleyhdarlarından azad edilməsi 1980-ci ildə Pavə-Kirmanşah yolunun azad edilməsi 1980-ci ilin may ayında Mərivan şəhərinin azad edilməsi Dezli yüksəkliklərinin azad edilməsi 27-ci Məhəmməd Rəsulullah diviziyasının yaradılması 30 aprel 1982-ci ildə Beyt əl-Müqəddəs əməliyyatı

Livandakı missiyası Xürrəmşəhr döyüşündən (İranda Xürrəmşəhrin azad edilməsi kimi tanınır) sonra Motevaselyan İsrailin Livana hücum etdiyini bilirdi. 1982-ci ilin iyun ayında o, komando bölməsinin rəhbəri kimi Livan-Suriya sərhədinə getdi və bölmə Suriya hakimiyyəti tərəfindən İrana geri göndərilsə də, Motevaselyan İran səfirliyini İsrail və falanj partiyasından qorumaq üçün ölkədə qaldı. 5 iyul 1982-ci ildə diplomatları daşıyan nəqliyyat vasitəsi Beyruta yollanmaq üçün yoxlama məntəqəsindən keçərkən falanj partiyası nümayəndələri tərəfindən saxlanıldı və sərnişinlər diplomatik toxunulmazlıq və rəsmi dövlət nəqliyyat vasitəsindən istifadə etdiklərini bildirmələrinə baxmayaraq onlar yoxa çıxdılar. İran diplomatları sonuncu dəfə Eliye Hobeykanın nəzarətində olan Bərbara nəzarət-buraxılış məntəqəsində görmüşdülər. Daha sonra onlar falanj partiyası tərəfindən qaçırıldılar. İtkin düşənlər siyahısında bu şəxslər yer almışdılar: iyun ayında göndərilən xüsusi təyinatlı qüvvələrin hərbi attaşesi və komandiri Əhməd Motevaselyan, İranın Beyrutdakı səfirliyinin müvəqqəti işlər vəkili Səyid Möhsün Musəvi, səfirliyin texniki işçisi Tağı Rastegar Moğədəm və İslam Respublikası Mətbuat Agentliyinin jurnalisti Kazem Axavan.

Səkkiz il sonra Caacaa söyləmişdir ki, onlar qrupun kəşfiyyat rəisi Eliye Hobeykanın əmri ilə öldürülmüşdülər." İsrailin məlumatına görə, həmin kişi qrupu Livan qüvvələri tərəfindən öldürülmüşdü. İsrail rəsmilərin 2010-cu ildə verdiyi açıqlamada diplomatların heç vaxt İsrailə təhvil verilmədiyini bildirmişdir. İran İsraili onları oğurlamaqda, həbsxanalarda saxlamaqda və taleylərini ört-basdır etməkdə ittiham etmişdir. İran həmçinin onların harada olduqlarını aydınlaşdırmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət etmişdir. İsrail diplomatların taleyindən xəbərdar olduğunu və onların Livandakı bir militant qrup tərəfindən qaçırılıb edam edildiyini iddia etmişdir.

Araşdırmalar İranın Fars Xəbər Agentliyinə əsasən, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Nyu-York şəhərində keçirilən görüşdə BMT-nin baş katibi Pan Gi Muna bunları demişdi: "Qaçırılan dörd İran diplomatlarına gəldikdə, bizdə onların sağ olduğunu və sionist rejimi tərəfindən saxlandıqlarını göstərən sənədlər var". O, həmçinin əlavə etdi ki, "BMT Baş katibindən onların azad edilməsi üçün ciddi tədbirlər görəcəyini gözləyirdik."

23 may 2016-cı ildə İranın müdafiə naziri Hüseyn Dehqan Livanda yoxa çıxan Əhməd Motevaselyan və digər iranlı şəxslərin sağ olduğunu və İsrail həbsxanalarında saxlanıldığını bildirdi.

Sui-qəsdindən əvvəl İİKK-nın hərbiləşdirilmiş qanadı olan Qüds Qüvvələrinin keçmiş baş komandanı Qasım Süleymani 25 il araşdırma apardıqdan sonra tarixçi Davud Həmibadinin nəzəriyyəsini təsdiqlədi.The Secret of Ahmad”: 25 years of research on Ahmad Motevasselian O, Motevaselyan da daxil olmaqla, dörd İran diplomatının hamısının qaçırıldığı gün öldürüldüyünü və İsrail həbsxanalarında heç vaxt olmadıqlarına inanırdı. O, həmçinin bir müddət əvvəl Livan qüvvələri ilə əsir mübadiləsi apardığını və itmiş şəxslərin sümüklərinin və qalıqlarının ona verilərək Tehrana qaytarıldığını bildirsə də, qalıqların DNT testləri Motevaselyanın DNT-si ilə uyğun gəlmədiyini göstərdi.شواهدی که احتمال شهادت حاج احمد متوسلیان را بیشتر می‌کند Evidence that Raise the Odds of Motevaselian's Martyrdom Süleymaninin təsdiqi İranda geniş şəkildə qəbul edilmişdir.

İstinadlar

Kateqoriya:Livanda itkin düşmüş şəxslər hadisələri Kateqoriya:Ölü elan olunmuş şəxslər Kateqoriya:Hərbi attaşe Kateqoriya:1980-ci illərdə itkin düşənlər