Atlı Atatürk abidəsi () — Türkiyənin paytaxtı Ankarada, Ankara Etnoqrafiya Muzeyinin önündə yerləşən, Atatürkü at belində, marşal formasında və plaşda təsvir edən bürünc abidə.
Respublika dövrü Ankarasında ucaldılan ilk Atatürk abidəsidir. İtalyan heykəltaraş Pietro Kanonikanın əsəri olan heykəl, 29 oktyabr 1927-ci ildə postamentə yerləşdirilmiş, həmin ilin 4 noyabrında isə abidənin açılışı olmuşdur. Abidə, Respublika dövründə digər heykəllərin ərsəyə gəlməsinə səbəb vermişdir. Tarixi Maarif Vəkalətinin elan etdiyi müsabiqə nəticəsində Kanonikanın layihəsi birinci oldu və abidə ucaldıldı. Xüsusi tökmə üsulu ilə İtaliyada hazırlanan heykəlin postamentini bəzəyən relyefləri Venesiyada hazırlandı. Qabartmalar 4 noyabr 1927-ci ildəki rəsmi açılış mərasiminə çatdırıla bilməsə də, sonrakı tarixdə yerinə quraşdırıldı.
Atlı heykəl 29 oktyabr 1927-ci ildə postament üzərinə yerləşdirildi. 4 noyabr 1927-ci ildə keçirilən açılış mərasimi, Baş nazir İsmət Paşa, Məclis sədri Kazım Paşa və bələdiyyə sədri Asaf bəyin iştirakı ilə gerçəkləşdirildi. Bələdiyyə sədri Asaf bəyin çıxışından sonra İsmət Paşa lenti kəsərək abidənin açdı. Elə həmin gün Zəfər meydanında yerləşən və yenə Pietro Kanonikanın əsəri olan Marşal Atatürk abidəsinin də açılışı oldu.
Abidə Abidədə Mustafa Kamal Atatürk, sol ayağı ilə irəli addım atan, ağır templə irəliləyən at üzərində, marşal formasında və plaşda təsvir edilmişdir. Atın cilovunu tutan vəziyyətdəki Mustafa Kamal fiquru Qərbə doğru baxır.
Eyni heykəl qəlibi, 1933-cü ildə İraqda Kral Feysəl, 1934-cü ildə isə Simon Bolivar üçün Kanonika tərəfindən ucaldılmışdır.
Heykəl, qırmızı mərmərlə əhatə olunmuş, mərkəzində Türkiyə İstiqlaliyyət müharibəsinin izlərini daşıyan relyeflərin yer aldığı dördpilləli heykəl postamenti üzərindədir.
Heykəlin postamentinin hər iki tərəfində bir ədəd kiçik barelyef vardır. Relyeflərin birində yeni paytaxtın xarabalıqlar içində olduğu və üzərinə günəşin doğduğu təsvir edilib. Digər relyefdə isə meydan döyüşü sonrası döyüş meydanı təsvir edilib.
Postamentin digər tərəflərində isə kiçik, dairəvi və alçaq relyeflər vardır. Bu relyeflərdə döyüş səhnələri və devrilərək, ölkəni tərk etmiş padşahlar təsvir edilib.
Qalereya
İstinadlar
Mənbə Tekiner, Aylin, Atatürk Heykelleri (s.79 )
Kateqoriya:Ankara abidələri Kateqoriya:Altındağ tikililəri Kateqoriya:Mustafa Kamal Atatürk abidə və memorialları