Beynəlxalq Avarçəkmə Federasiyası qısaca FISA - avarçəkmə idman növünü beynəlxalq səviyyədə idarə edən rəsmi idman federasiyasıdır. Bu təşkilat dünya üzrə avarçəkmə yarışlarını, qaydaları və beynəlxalq çempionatları tənzimləyir. 1892-ci ildə təsis edilmiş təşkilatın qərargahı İsveçrənin Lozanna şəhərində yerləşir.
Tarixi 25 iyun 1892-ci ildə Turində Belçika, Fransa, İsveçrə və İtaliyadan olan avarçəkmə nümayəndələrinin iştirakı ilə qurulan və əvvəlcə Fédération Internationale des Sociétés d'Aviron (Beynəlxalq Avarçəkmə Cəmiyyətləri Federasiyası) adlandırılan təşkilat FISA qısaltmasından istifadə etmişdir. 1893-cü ildə İtaliyanın Orta gölündə ilk reqatası olan ilk Avropa Avarçəkmə Çempionatını təşkil etmişdir. 10 iştirakçının və 3 yarışın iştirak etdiyi tədbirdə peşəkar idmançılar iştirak etməmişdir. FISA avarçəkməni Olimpiya Oyunlarına daxil edən ilk beynəlxalq idman təşkilatı olmuşdur. Avarçəkmə 1896-cı ildə Afinada keçirilən ilk müasir Olimpiya Oyunlarına daxil edilsə də, güclü küləklər səbəbindən yarışlar keçirilə bilməmişdir. 1922-ci ildə təşkilatın qərargahı İsveçrənin Lozanna şəhərinə köçdü. Bu günə qədər Beynəlxalq Avarçəkmə Federasiyası ilə əlaqəli 153 milli avarçəkmə federasiyası mövcuddur.
Yarışlar
Yay Olimpiya Oyunlarında avarçəkmə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında avarçəkmə Yay Paralimpiya Oyunlarında avarçəkmə Avarçəkmə üzrə Dünya Kuboku Dünya Avarçəkmə Çempionatı 23 yaşadək avarçəkmə üzrə dünya çempionatı Dünya Gənclər Avarçəkmə Çempionatı Dünya Veteranlar Avarçəkmə Çempionatı Dünya Sahil Avarçəkmə Çempionatı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beynəlxalq idman təşkilatları