Fanula Papazoğlu (; ; ) — Yuqoslaviya alimi, epiqrafı və akademiki. O, Balkanların qədim tarixi üzrə mütəxəssis idi. Papazoğlu 1970-ci ildə Qədim Epiqrafiya və Numizmatika Mərkəzini təsis etmişdir.

Həyatı Papazoğlu Antanta dövlətlərinin ərazisi olan Bitolada (müasir Şimali Makedoniya) aromun əsilli yunan ailəsində anadan olub.Robin J. Fox, Robin Lane Fox eds., Brill's Companion to Ancient Macedon: Studies in the Archaeology and History of Macedon, 650 BC - 300 AD, Edition illustrated, BRILL, 2011, , p. 39.Μιλτιάδη Χατζόπουλου, Φανούλα Παπάζογλου - Η μεγάλη ελληνίστρια και ιστορικός της αρχαίας Μακεδονίας.Richard Clogg, Minorities in Greece: Aspects of a Plural Society. C. Hurst & Co. Publishers. 2002, , p. 153. 1936-cı ildə Bitolada orta məktəbi bitirdikdən sonra Belqrad Universitetinin Fəlsəfə fakültəsinə daxil olan Papazoğlu burada klassik filologiya, qədim tarix və arxeologiya üzrə təhsil alıb. O, Yuqoslaviyanın işğalı zamanı tələbə təşkilatının üzvü kimi Yuqoslaviya Partizanlarını dəstəkləmiş və bu fəaliyyətinə görə bir il - 1942-ci ildən 1943-cü ilə qədər Banitsa həbs düşərgəsində qalmışdı.

O, 1946-cı ildə Fəlsəfə fakültəsini bitirmiş və 1947-ci ildən həmin fakültənin Qədim tarix kafedrasında çalışmışdı. Onun 1955-ci ildə doktorluq dissertasiyası "Roma dövründə Makedoniya şəhərləri" mövzusunda idi. Papazoğlu 1965-ci ildə professor elmi adına layiq görülmüşdü.

21 mart 1974-cü ildə Serbiya Elm və İncəsənət Akademiyasına müxbir üzv seçilən Papazoğlu 15 dekabr 1983-cü ildə həmin akademiyanın tamhüquqlu üzvü oldu.

Belqrad Universitetində oxuyarkən Papazoğlu rus əsilli görkəmli Yuqoslaviya bizansşünası Georgi Ostroqorski ilə tanış olub evləndi. Bu evlilikdən Tatyana adlı bir qızı və Aleksandr adlı bir oğlu dünyaya gəldi. Papazoğlu 1979-cu ildə təqaüdə çıxdı. O, 2001-ci ildə Belqradda vəfat etdi.

Fəaliyyəti Papazoğlu öz dövrünün digər arxeoloqları ilə eyni ənənəni davam etdirərək mədəni, tarixi və təkamülçü arxeologiya barədə əsərlər yazırdı. Onun əsərləri Mərkəzi Balkan tayfaları (autariatlar, skordisklər, dardanlar, triballar, myozlar) mövzusuna yönəlmişdi. O, bu tayfaları digər arxeoloji mədəniyyətlərdən fərqli olan və antik dövrdə sabit sərhədlərə malik spesifik arxeoloji mədəniyyətlərlə əlaqəli kompakt kollektiv qruplar kimi müəyyən etmişdir.

Onun əsərləri öz dövründə təqdirəlayiq hesab edilsə də, müasir arxeologiyada tənqid olunurdu. Mərkəzi Balkan tayfalarının mövcudluğu və təşkilatlanması ilə bağlı nəticələr çox zaman kimlik formalaşması kimi müasir konsepsiyalara uyğun nəzəri çərçivəni nəzərdə tutur. Bu çərçivə Mərkəzi Balkan tayfaları haqqında əvvəlcədən çıxarılmış nəticələrə uyğun olaraq hazırlanmış yazılı və maddi mənbələrdən asılı olmayaraq istifadə edilmişdir. Çox vaxt bu nəzəri modellər maddi tapıntıların təsnifatına xidmət edirdi.

Müəllif Vladimir Mixailoviç 2014-cü ildə qeyd edirdi ki, triballar Papazoğlunun müəyyən bir ərazi kimi müəyyən etdiyi, əslində isə mövcud məlumatlara əsasən müəyyən edilə bilməyən Roma imperiyasının Eskus şəhəri yaxınlığında yaşamış Roma dövrünə qədərki bir xalqın adıdır. Öz növbəsində Yuqoslaviyanın o zamankı arxeoloqları Papazoğlu tərəfindən Triballian kimi müəyyən edilmiş ərazidəki bütün tapıntıları triballar qəbiləsinə aid artefaktlar kimi təsnif etməyə başladılar. Eyni şəkildə Papazoğlu yazılı mənbələrdə heç vaxt bu adda müəyyən olunmayan Dardaniya Krallığının olduğunu iddia etmiş və onun sərhədlərini müəyyən etmişdi. Əslində isə Romadan əvvəlki dövrdə Dardaniyanın yalnız cənub "sərhədləri" müəyyən edilmişdi, şimaldakı sərhədi haqqında isə başqa məlumat yox idi. Papazoğlu qurduğu Dardaniya cəmiyyətini daha "mədəni" və "mütəşəkkil" illiriyalılarla müqayisə edirdi. Müəlliflərdən Vinnifrit onun müqayisəsini "illiriyalıları təkcə dardaniyalılardan deyil, həm də albanlardan ayırmaq üçün can atdığının" göstəricisi kimi tənqid edirdi.

İstinadlar

Mənbələr

Kateqoriya:Nasist həbs düşərgələri məhbusları Kateqoriya:XX əsrin arxeoloqları