Stepan Stepanoviç Kuroğlu (; ) — Tarix elmləri doktoru və etnoloqraf, yazıçı
Həyatı
Stepan Stepanoviç Kuroglu Qaqauz xalqının adət-ənənələsi və mədəniyyəti ilə bağlı fundamental elmi işləri ilə deyil, həm də xüsusi və istedadlı qaqauz yazıçısı kimi yadda qalıb. Stepan Kuroglo — yazıcı, bilim adamı, patriot/Степан Курогло – писатель, ученый, патриот. https://www.gagauzia.md/ru/administracziya-regiona/ispolnitelnyij-komitet/stepan-kuroglo-—-yazici,-bilim-adami,-patriot/stepan-kuroglo-–-pisatel,-uchenyij,-patriot.html . 9 yanvar 1940 -cı ildə Odessa vilayətinin Bolqrad rayonunun Dimitrovka kəndində anadan olub. Kişinyov Universitetini bitirib, tarix müəllimi, daha sonra doğma kəndində məktəb direktoru işləyib. Qaqauz etnoqrafiyası sahəsində aparıcı mütəxəssisdir. O, "19-cu əsrin əvvəlləri - 20-ci əsrin əvvəllərində Qaqauzların ailə ritualları" monoqrafiyası da daxil olmaqla, təxminən yüz elmi əsər nəşr etdirib. S. Kuroglu M.Maruneviç, M. F. Filimonova və İ.Dron ilə birlikdə bir neçə mühüm əsərin həmmüəllifidir. Ədəbiyyat Kuroglunun çoxşaxəli yaradıcılığının bir aspektidir. Onun ilk ədəbi səyləri 1969-cu ildə müəllifin "Bir kuzhak güneş" ("Günəş dəstəsi") şeir toplusunda dərc olunub. Bundan sonra qaqauz dilində "İollar" ("Yollar") adlı qısa hekayələr kitabı nəşr olunub. 1980-ci illərin ortalarından etibarən S.Kuroglu Moldovanın ictimai-siyasi işlərində fəal iştirak edib. O, 1990-cı ildən 1994-cü ilə qədər Moldova Parlamentinə seçilib. O, müxtəlif milli mədəni qanunvericilik aktlarının hazırlanmasında iştirak edib.Simon Stamatov.GAGAUZ AYDINNARI. https://www.facebook.com/groups/GAGAUZ.AYDINNARI/posts/7202106479850364/
Stepan Kuroğlu lirik, bəzən fəlsəfi və pastoral mövzuları özündə birləşdirən, milli mədəniyyətə və yerli adət-ənənələrə önəm verən şair və hekayəçi kimi tanınır.PROF. DR. MUSTAFA İSEN & DOÇ. DR. TUBA IŞINSU İSEN DURMUŞ.Stepan Kuroğlu. https://teis.yesevi.edu.tr/madde-detay/stepan-kuroglu 2002-ci ildə S.S. Kuroğlu "Nasledie Qaqauzov" ("Qaqauzların irsi") tarix-mədəniyyət elmi qrupunu təsis edib. Stepan Kuroğlu 2011-ci ilin 23 iyununda vəfat edib.KUROGLU Stepan.https://www.glk.md/ge/catalog/yaz-c-lar-/kuroglo-stepan/
Fəaliyyəti
1974-cü ildə Kişinyovda aspiranturanı bitirib, doqquz il sonra- 1983-cü ildə tarix elmləri doktoru elmi dərəcəsini alıb. Alim kimi yüzdən çox elmi məqalənin, doqquz elmi kitabın və monoqrafiyanın müəllifidir.
1975-ci ildə Moldova Yazıçılar Birliyinin və SSRİ Yazıçılar Birliyinin üzvü olub. On üç ədəbi kitabın və esselər toplusunun müəllifidir.
1979-cu ildən 1983-cü ilə qədər Moldova Yazıçılar Birliyinin Qaqauz ədəbiyyatı bölməsində məsləhətçi işləyib.
1987-ci ildən etibarən, təxminən on il ərzində Moldova Elmlər Akademiyasının Qaqauzşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
1990-cı ildən 1994-cü ilə qədər Moldova Parlamentində deputat olub.
Qaqauz Respublikasının, həm də Qaqauz Muxtariyyətinin yaradılması üçün çalışıb. Qaqauziyanın fəxri vətəndaşıdır. Moldova medalı və ordeni ilə təltif edilib.
Bu gün Yoldaşlardakı 2-ci Gimnaziya Stepan Kuroğlunun adını daşıyır."Ana sözü" qəzeti. Stepan KUROGLUnun duuma günündän 75 yıldönümü. https://anasozu.com/stepan-kuroglunun-duuma-gunundan-75-yildonumu/ İstinadlar
Əsərləri Bir Kucak Güneş (1969) Kızgın Çiyler (1974) Kauş Avaları (1977) Üüsek Kuşlar (1982) Gece Yarısı Çanları, Maanelar (1988) Laalelar (1999) şeir kitapları. Çık Çık Güneş (1981) İlkyaz Türküsü (1989) iki şeir antologiyası Yollar (1970) adlı hekayə kitabı vardır..
Mənbə İ.İ.Baboglu, N.İ.Baboglu, K.K.Vasilioglu. Gagauz dili hem literatura. 8 klas. Stiința, 2003. Ministerul Educatiel Al Republıcıı, Moldova. s.230-232 İsen, Mustafa ve Tûbâ Işınsu İsen (2002). Balkanlarda Türk Çocuk Hikayeleri Antolojisi. Ankara: Grafiker Yay. 381. İsen, Mustafa, R. İsen, A. E. Kireççi (2008). Balkanlar'da Türk Çocuk Şiiri. İstanbul: Varlık Yay. 337. Özkan, Nevzat (2017). Gagavuz Edebiyatı. İstanbul: Bilge Kültür Sanat Yay. Türkiye Dışındaki Türk Edebiyatları Antolojisi (1999). C. 12. Ankara. http://www.biyografya.com/biyografi/13443 [Erişim Tarihi: 27.04.2018].
Kateqoriya:Yazıçılar
Kateqoriya:Qaqauzlar Kateqoriya:Qaqauziya siyasətçiləri Kateqoriya:Qaqauz şairləri Kateqoriya:Qaqauz dilində qəzetlər