Stefani Nauhaymer (; ) — Avstriyalı müəllim və feminist. Həyatı Stefani Nauhaymer 18 iyun 1868-ci ildə Lins şəhərində anadan olub. O, Vyanadakı Müəllimlər Hazırlığı İnstitutunu (Lehrerbildungsanstalt) bitirib və 1889-cu ildə ibtidai məktəblər (Volksschulen) üçün müəllimlik imtahanından keçib.
Bir müəllim kimi o, qadın müəllimlərin bərabərliyi uğrunda çalışıb, Leopoldina Qlokel və Aqusta Fikkert ilə birlikdə məktəbləri idarə edən "1867-ci il İmperiya İbtidai Məktəb Qanunu"nun (Reichsvolksschulgesetz) yenidən işlənilməsində iştirak edib. O, həmçinin sonradan Vyana qadın müəllimlərinin mərkəzi birliyinə çevrilən "Müəllimlər və Tərbiyəçilər Birliyi"nin (Vereins der Lehrerinnen und Erzieherinnen) həmtəsisçilərindən biri olub. Bundan əlavə, 1911-ci il seçkilərində o, rayon şurasına seçilən ilk qadınlardan idi.
Birinci Dünya müharibəsindən sonra, 1919-cu ildən 1927-ci ilə qədər Vyananın 12-ci rayonu olan Maydlinqin (Meidling) rayon inzibatçısı vəzifəsində çalışıb. 1920-ci ildə müəllimlik fəaliyyətindən təqaüdə çıxdıqdan sonra o, qadın hərəkatına və qadın bərabərliyi uğrunda mübarizəyə daha çox vaxt ayıra bilib.
O, 29 aprel 1946-cı ildə Vyanada vəfat edib.
1952-ci ildə Vyananın Maydlinq rayonundakı "Nauheimergasse" küçəsinə onun adı verilib. 2023-cü ildə isə Linz şəhərindəki "Nauheimerstraße" küçəsi onun şərəfinə adlandırılıb. İstinadlar
Ədəbiyyat Felix Czeike: Historisches Lexikon Wien vol. 4. Kremayr & Scheriau, Vienna 1995 "Nauheimer Stefanie". In: Österreichisches Biographisches Lexikon 1815–1950 (ÖBL). Vol. 7, Austrian Academy of Sciences, Vienna 1978, ISBN 3-7001-0187-2, p. 43.
Xarici keçidlər
Ariadne Frauenprojekt
Kateqoriya:Avstriya-Macarıstan şəxsləri
