Atomik vərdişlər — Ceyms Klirin yaxşı vərdişlərə yiyələnmək və pis vərdişləri tərk etmək haqqında yazdığı şəxsi inkişaf kitabıAtomic Habits: An Easy & Proven Way to Build Good Habits & Break Bad Ones. İstifadə tarixi: 14 aprel 2026.. Kitabın ümumi və əsas ideyası budur ki, insanın asılılıq kimi mənfi təsir göstərən vərdişi aradan qaldırmaq üçün ehtiyac duyduğu iradə gücü həmin vərdişi tədricən kiçik və minimal səy tələb edən müsbət bir vərdişlə əvəz etməklə daha asan inkişaf etdirilə bilər. Bu üsul kitabda hər gün 1% daha yaxşı olmaq şüarı ilə ifadə olunur. "Atomik vərdişlər" 60-dan çox dilə tərcümə edilib və 25 milyondan daha çox satılıbAtomic Habits: An Easy & Proven Way to Build Good Habits & Break Bad Ones. İstifadə tarixi: 14 aprel 2026..

Kitab çap olunduqdan sonra böyük uğur qazandı. 2024-cü il fevral ayına qədər təqribi 20 milyon nüsxə satıldı və Nyu-York ən yaxşı satılanlar siyahısında 260 həftə (təqribi 5 il boyunca) üst sıraları tutdu. Biznes sahəsindəki bir sıra tanınmış şəxslər də kitabı faydalı hesab etdikləri qeyd edirlər. Məsələn, "Entrepreneur" jurnalından Con Rempton kitabı bütün dövrlərin zamanın idarə edilməsi və məhsuldarlıq haqqında ən yaxşı kitablardan biri kimi səciyyələndirib. Bununla belə "Atomik vərdişlər" sərt tənqidlər ilə də üzləşib. Məsələn, "Qardiyan" qəzetindən Stiven Fillips-Horst kitabın etibarsız metodologiyaya və dairəvi məntiqə əsaslandığını iddia edərək onun elmi əsaslardan uzaq olduğunu bildirib.

Xülasə Ceyms Klir bu kitabda oxuculara onlara mənfi təsir göstərən istənilən vərdişi tərgitmək və onu müsbət vərdişlə əvəz etmək barədə məsləhətlər verir. Məsələn, tənbəllik və işi təxirə salmaq əvəzinə səmərəli iş vərdişi formalaşdırmaq və ya asılılığı davam etdirmək əvəzinə ondan imtina etmək. Kitabın əsas ideyası kiçik vərdişlərin zaman ərzində qalaqlanaraq böyük nəticələrə səbəb olmasıdır. Kitab sadəcə vərdişlərin əhəmiyyətini vurğulamır, həmçinin vərdişlərin davamlılığını təmin etmək yollarını açıqlayırReview of ‘Atomic Habits’ by James Clear. İstifadə tarixi: 14 aprel 2026.. Bunun üçün sadəcə motivasiyadan deyil, həm də elmi məlumatlardan və tədqiqat nəticələrindən istifadə olunub.Atomik vərdişlər. İstifadə tarixi: 29 may 2026.

Ceyms Klir iddia edir ki, əgər oxucu tez-tez mənfi vərdişlər nümayiş etdirirsə, bunun səbəbi oxucunun düşündüyü kimi onun həmin vərdişi davam etdirməyə təbiətən meyilli olmağı deyil. Əsl səbəbi oxucunun "sistemi"dir. Bu sistemə şəxsin vaxtilə özünü formalaşdırdığı və indi həmin vərdişdən qurtulmaq üçün lazım olan şəxsi inkişafın qarşısını ala psixoloji maneələr toplusu. Klir yazır ki, bu "sistem" həm də oxucunun müsbət vərdişləri təbii şəkildə formalaşdırmasına mane ola bilər. Lakin o, həmçinin bildirir ki, insan zaman keçdikcə bu sistemi dəyişdirə, mərhələli şəkildə dağıda və bununla da yeni, faydalı vərdişlər formalaşdıra bilər.

Klirin fikrincə bütün vərdişlər dörd əsas mərhələdən ibarətdir: siqnal, istək, reaksiya və mükafat. O, bunu otaqda görmək üçün işığa ehtiyac duyulması nümunəsi ilə izah edir: insan otaqda kifayət qədər işıq olmadığını siqnal kimi qəbul edir, daha yaxşı görmək istəyi yaranır. Buna cavab olaraq işığı yandırır və nəticədə ətrafı aydın görə bildiyi üçün mükafat əldə edir.

Kitabın əsas ideyası ondan ibarətdir ki, oxucuların müsbət vərdişləri formalaşdırmaqla bağlı iradə çatışmazlığını aradan qaldırmağın ən yaxşı yolu hər gün "1% daha yaxşı olmaqdır". Onlar az səy tələb edən müsbət vərdişlərdən, yəni "Atomik vərdişlər"dən istifadəni rutinə çevirsələr, daha böyük vərdişlər də formalaşdırmaq bacarıqlarını inkişaf etdirərlər. Əks halda həmin böyük vərdişləri müntəzəm şəkildə yerinə yetirmək üçün kifayət qədər iradəyə sahib olmaya bilərlər. Klir bunun üçün vərdişləri formalaşdırmaq üçün düzgün mühitin yaradılmasının vacib olduğunu bildirir. Oxucu davranış dəyişikliyinin ən dərin təbəqəsinə - öz kimliyini dəyişdirməyə diqqət yetirməlidir. O, bunu sadə şəkildə belə ifadə edir: "Məqsəd marafon qaçmaq deyil, qaçışçıya çevrilməkdir". Bunun üçün oxucu özünügerçəkləşdirmə prosesinə cəlb olunmalı, kim olmaq istədiyini müəyyənləşdirməli və həmin insana çevrilmək üçün tələb olunan vəzifələri yerinə yetirməklə yeni kimliyini özünə sübut etməkdir.

Digər özünəyardım kitablarına bənzər şəkildə, lakin özünəməxsus terminologiyadan istifadə edilən Kler vərdişlərin üst-üstə yığılması, yəni bir tapşırığı tamamladıqdan dərhal sonra digərinə başlamağı tövsiyə edir. Bunun üçün vərdişləri bir-biri ilə əlaqələndirmək lazımdır. Daha sonra isə bir-biri ilə əlaqələndirilmiş vərdişlər üçün özünüzə kiçik bir mükafat verməyi məsləhət görür. O qeyd edir ki, müsbət vərdişlər bəzi insanlar üçün digərlərinə nisbətən daha təbii şəkildə formalaşır. Buna nümunə olaraq oksitosin səviyyəsi daha yüksək olan insanların uyğunluq göstəricisinin daha yüksək olduğunu və buna görə də onların təşəkkür qeydləri yazmaq kimi vərdişlər formalaşdırmağa daha meyilli ola biləcəyini bildirir.

Nəşr tarixçəsi "Atomik vərdişlər" ilk dəfə 16 oktyabr 2018-ci ildə "Pinqvin" Qrupunun nəşriyyat bölməsi olan "Averi Pablişinq" tərəfindən nəşr edilmişdir.Clear, James (16 October 2018). Atomic Habits on Amazon. Penguin Kitabın nəşrindən sonra Klirin yaxşı vərdişlərin formalaşdırılmasına kömək etmək üçün nəzərdə tutulmuş gündəlik planlayıcı "Klir vərdiş jurnalı"nı satışa çıxartdı.Messy? Unproductive? Need to dismantle your privilege? There’s a guided journal for that. İstifadə tarixi: 27 iyul 2026. Kitab 2023-cü ildə Corc Qriffits tərəfindən hazırlanmış yeni üz qabığı ilə yenidən nəşr edilmiş və bu üz qabığı 2024-cü ildə yetkinlər üçün qeyri-bədii kitablar kateqoriyası üzrə "Pinqvin üz qabığı dizaynı mükafatı"na layiq görüldü.Penguin Cover Design Award 2024 winners announced. İstifadə tarixi: 27 iyul 2026. 2024-cü ildə Klir planlayıcı ilə eyni məqsədə xidmət edən "Atoms" adlı smartfon tətbiqini istifadəyə verib.James Clear On Mastering Habit Formation Through Atomic Habits And His New App. İstifadə tarixi: 27 iyul 2026.

Oxucu reaksiyası Atomik vərdişlər nəşr olunduqdan dərhal sonra uğur qazanmadı. Kitab yalnız sonrakı illərdə populyarlıq əldə etdi. 2024-cü ildə Forbes jurnalından Omaid Homayum kitabın "alov kimi yayıldığını", təqribən 20 milyon satıldığını və kitabdan sitatların "internetdə böyük əks-səda doğurduğunu" qeyd edib. "Literary Hub" jurnalından Ceyms Folta isə kitabın LinkedIn-dəki biznes düşüncə liderləri arasında artıq ədəbi irsin bir hissəsinə çevrildiyini yazıb. 14 fevral 2024-cü il tarixinə kitab ABŞ-da kitab satışları üzrə The New York Times ən çox satılanlar siyahısında 164 həftə ərzində birinci yerdə olub və Amazonda ən çox satılan kitab olub. "Sleyt" ("Slate") jurnalı Atomik vərdişləri onilliyin özünəyardım kitabı adlandırıb. 2025-ci ildə isə Böyük Britaniyada kitab satışları üzrə "Sandey Tayms" ("The Sunday Times") ən çox satılanlar siyahısından 10-cu yerdə qərarlaşıb.

"Entrepreneur" jurnalında Con Rempton "Atomik vərdişlər" kitabını idarəetmə və məhsuldarlıq mövzusunda indiyədək yazılmış 17 ən yaxşı kitabdan biri kimi göstərib. Dayana Aleksandrova "Biznes İnsider" ("Business Insider") üçün yazdığı məqalədə əmək intizamına necə nail olduqlarını soruşduğu bütün yüksək nəticə göstərən şəxslərin kitabı yekdilliklə tövsiyə etdiyini bildirib. Onun sözlərinə görə, kitabı oxumaq "həyatımı müsbət istiqamətdə dəyişdi", çünki "indiyə qədər kitabdan çıxardığım dərslər 100% uğurlu nəticələnib - xüsusilə də təxirəsalma probleminin aradan qaldırılması baxımından". "İndependent" qəzetinin əməkdaşı Nik Kottrell və aktrisa Rozamund Payk da kitabın onlara fayda verdiyini bildiriblər. "UnitedHealthcare" şirkətinin baş icraçı direktoru Brayan Tompsonun qətlində ittiham olunan Luici Mancione isə "Qudrids" platformasındakı profilində "Atomik vərdişlər"i sevimli kitablarından biri kimi qeyd edib.

Bəzi tənqidçilər "Atomik vərdişlər" kitabında irəli sürülən nəzəriyyələrə şübhə ilə yanaşmış və ya onları bəyənməmişlər. The New Yorker jurnalından Entoni Leyn yazırdı ki, oxucunun oxuma vərdişini qarşısına kiçik bir maneə çıxarsa, belə kitabların özünütəkmilləşdirmə ilə bağlı tövsiyələrinə qarşı onun vicdanı istər-istəməz üsyan edir.: "Siz "Atomik vərdişlər" kitabını oxuyurdunuz və hər şey yaxşı gedirdi, ta ki son altmış səhifənin üstünü Knob Kreekin yarısı tökülənədək. İndi onun necə bitdiyini heç vaxt bilməyəcəksiniz". Stiven Fillips-Horst "Qardiyan" ("The Guardian") qəzetində kitabın nəzəriyyələrini və iddia edilən faydalılığını kəskin şəkildə tənqid edib. Onun fikrincə, "Atomik vərdişlər" və "Bədən skor tutur" və "Vecinə almamağın incəsənəti" kimi son dövrlərdə populyarlaşan, insan davranışı haqqında "yalançı elmi möhtəşəm nəzəriyyələr" və "rahatlıq verən, lakin anlaşılması çətin" məsləhətlər təqdim edən çoxsaylı müasir terapiya kitablarından biridir. O, bu kitabların "düşüncələrimizi sorğulamayan, əksinə hisslərimizi təsdiqləyən, fəlsəfənin özümüzü yaxşı hiss etdirməyə yönəlmiş Marvel filmi variantlarını satdığını və çox vaxt öz dairəvi məntiqini şübhəli "araşdırmalar" və "ekspertlər"lə əsaslandırdığını" bildirib.

Həmçinin bax

Vərdişin gücü Uğurlu insanların 100 vərdişi Yüksək effektivli insanların 7 vərdişi Kiçik vərdişlər

İstinadlar

Kateqoriya:Vərdişlər Kateqoriya:Əlifba sırasına görə kitablar Kateqoriya:2018-ci ilin kitabları Kateqoriya:İngilis dilində kitablar Kateqoriya:Psixologiya kitabları