Vitali Qriqoryeviç Radetski (; ) — Ukrayna hərbi, dövlət və siyasi xadimi. Ukrayna Müdafiə naziri (1993–1994-cü illərdə) olmuş, Ukrayna ordu generalı (1993-cü il) rütbəsinə layiq görülmüşdür.

Erkən həyatı Vitali Radetski Ukrayna SSR-nin Çerkassı vilayətinin Xristinovka rayonunun Xristinovka kəndində anadan olmuşdur. Milliyyətcə ukraindir. O, 18 nömrəli dəmir yolu məktəbini və Odessa Mexanika-Texnologiya Texnikumunu bitirmişdir. 1963-cü ildən etibarən Odessa un üyütmə kombinatında usta vəzifəsində çalışmışdır.

SSRİ dövründə Vitali Radetski 1968-ci ildə M. V. Frunze adına Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdir. Təhsil aldığı illərdə ağır çəkidə boks üzrə məktəb çempionu olmuşdur.

O, hərbi karyerasına Baltikyanı hərbi dairəsində motonatıcı taqım komandiri (1968–1969-cu illərdə) kimi başlamış, daha sonra Uzaq Şərq hərbi dairəsində motonatıcı bölük komandiri (1969–1970-ci illərdə), qərargah rəisi — motonatıcı tabor komandirinin müavini (1970–1971-ci illərdə) və motonatıcı tabor komandiri (1971–1975-ci illərdə) vəzifələrində xidmət etmişdir.

1975-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir.

Radetski Almaniyadakı Sovet qoşunları qrupunda motonatıcı alay komandirinin müavini (1975–1976-cı illərdə) və alay komandiri (1976–1977-ci illərdə) vəzifələrini icra etmişdir. Daha sonra Karpatyanı hərbi dairəsində motonatıcı diviziya komandirinin müavini (1980–1984-cü illərdə) və diviziya komandiri (1984–1987-ci illərdə) olmuşdur.

1989-cu ildə K. E. Voroşilov adına SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir.

O, 1989-cu ilin may ayından 1991-ci ilin may ayına qədər Karpatyanı hərbi dairəsində 13-cü ümumqoşun ordusu komandirinin birinci müavini vəzifəsində çalışmış, 1991-ci ilin may ayından etibarən isə Odessa hərbi dairəsinin 6-cı qvardiya tank ordusunun komandanı təyin edilmişdir.

Ukraynadakı SSRİ-nin süqutundan sonra Ukrayna Silahlı Qüvvələrində xidmətə keçən və Ukraynaya sadiqlik andı içən ilk hərbçilərdən biri olmuşdur. 1992-ci ilin yanvar ayında Odessa hərbi dairəsinin qoşun komandanı təyin edilmişdir.Указ президента Украины от 27 января 1992 года № 53/92 «Про Командуючого військами Одеського військового округу» (укр.) 4 oktyabr 1993-cü ildən 10 oktyabr 1994-cü ilədək Ukraynanın müdafiə naziri vəzifəsində çalışmışdır. 30 noyabr 1993-cü ildə ona Ukrayna ordu generalı hərbi rütbəsi verilmişdir. O, bu ali rütbəyə layiq görülən ilk şəxs kimi tarixə düşmüşdür.Указ президента Украины от 30 ноября 1993 года № 567/93 «Про присвоєння В. Радецькому військового звання» (укр.)

Vitali Radetski Ukrayna Prezidenti Leonid Kravçuku fəal şəkildə dəstəkləmişdir. 1994-cü ildə Ukraynada keçirilən prezident seçkiləri kampaniyası dövründə Radetski hərbi qulluqçulara təzyiq göstərməklə L. M. Kravçuka dəstək verməkdə dəfələrlə ittiham olunmuşdur. Seçkilərdə L. Kuçmanın qələbə qazanmasından sonra o, dərhal tutduğu vəzifədən azad edilmiş və uzun müddət Ukrayna müdafiə nazirinin sərəncamında qalmışdır.

1995-ci ilin avqust ayında Ukrayna Müdafiə Nazirliyinin baş inspektoru, 2005-ci ilin may ayında isə Ukrayna Milli Müdafiə Akademiyasının rəisi təyin edilmişdir. 2009-cu ilin yanvar ayında yaş həddi ilə əlaqədar hərbi xidmətdən istefaya göndərilmişdir.Указ президента Украины от 12 января 2009 года № 9/2009 «Про звільнення В. Радецького з військової служби» (укр.)

Radetski 1998-ci il seçkilərində NEP demokratik partiyalar blokunun namizədi kimi iştirak etmişdir.Архивная копия

Elmi fəaliyyəti Təxminən 30 tədqiqat məqaləsinin müəllifidir. Tarix üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir. 2006-cı ildə Lvov Politexnik Milli Universitetində "XX əsrin ikinci yarısının müharibələrində hərbi sənətin inkişafı" mövzusunda dissertasiya müdafiə etmişdir. "Ukrayna Milli Müdafiə Akademiyasının Bülleteni" adlı tədqiqat məqalələri toplusunun redaksiya heyətinin üzvüdür.

Təltifləri Vitali Radetski hərbi xidmət dövründə bir çox dövlət mükafatlarına layiq görülmüşdür. O, 1 dekabr 2009-cu ildə I dərəcəli "Boqdan Xmelnitski" ordeni ilə təltif edilmişdir. Ukrayna dövlətinin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli şəxsi töhfəyə, vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsində göstərdiyi yüksək peşəkarlığa görə, habelə Ukraynanın müstəqilliyinin 15-ci ildönümü münasibətilə 21 avqust 2006-cı ildə II dərəcəli "Boqdan Xmelnitski" ordeni ilə mükafatlandırılmışdır.Указ президента Украины от 21 августа 2006 года № 708/2006 «Про відзначення державними нагородами України» (укр.) Bundan əvvəl 22 fevral 2001-ci ildə Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsindəki xidmətlərinə görə III dərəcəli "Boqdan Xmelnitski" ordeninə layiq görülmüşdür.Указ президента Украины от 22 февраля 2001 года № 110/2001 «Про відзначення державними нагородами України» (укр.)

SSRİ dövründə Radetski 1971-ci ildə "Qırmızı Ulduz" ordeni, 1986-cı ildə III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni və 1991-ci ildə II dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. O, həmçinin Gürcüstan Respublikasının III dərəcəli "Vaxtanq Qorqasalı" ordeni, SSRİ və Ukraynanın müxtəlif medalları ilə təltif olunmuşdur. Vitali Radetski Vladimir-Volınski şəhərinin fəxri vətəndaşıdır.

İstinadlar

Xarici keçidlər «Військо України». 2009. № 12(144). —С.4. (на укр.)

Kateqoriya:Tarix elmləri namizədləri Kateqoriya:SSRİ tankçıları Kateqoriya:Ukrayna müdafiə nazirləri