Əbu əl-Abbas Əhməd ibn Məhəmməd ibn Kəsir Fərqani () Qərbdə tanınan adı ilə Alfraqan (; ) — Bağdadda yerləşən Abbasi sarayının astronomu və IX əsrin ən görkəmli elm xadimlərindən biri. Fərqani astronomiya və astronomik cihazlar haqqında ərəb və latın dillərində geniş yayılan, bir çox alimlərin fəaliyyətinə təsir göstərən bir neçə əsər qələmə almışdır.
Onun ən məşhur əsəri olan "Kitab fi Cavami elm ən-Nücum" () Ptolemeyin "Almagest" əsərinin geniş xülasəsi olmaqla yanaşı, həm də yenidən işlənmiş və daha dəqiq eksperimental məlumatları özündə əks etdirmişdir. Xristofor Kolumb Amerikaya səyahətləri zamanı Fərqaninin hesablamalarından istifadə etmişdir, lakin o, ərəb millərini Roma milləri kimi yanlış şərh etmişdir.
Astronomiya sahəsinə verdiyi mühüm töhfələrlə yanaşı, Fərqani həm də mühəndis kimi fəaliyyət göstərmiş, Misirin Qahirə şəhərindəki çaylar üzərində inşaat layihələrinə rəhbərlik etmişdir. Ayın səthindəki kraterlərdən biri onun şərəfinə Alfraqanus adlandırılmışdır.
Həyatı Fərqani IX əsrin əvvəllərində anadan olmuşdur. Onun nisbəsi doğulduğu yerin – böyük ehtimalla Özbəkistanın Fərqanə vadisindəطبقات الاطباء، چاپ مصر ۱۲۹۹ هـ، ج ۱، ص ۲۰۷ yerləşən Kuva şəhəri olduğuna işarə edir.Гиллиспи, Чарльз Коулстон (1970). Словарь научной биографии. С. 541-545. Tarixi mənbələrdə o, həm ərəb,Science, The Cambridge History of Islam, Vol. 2, ed. P. M. Holt, Ann K. S. Lambton, Bernard Lewis, (Cambridge University Press, 1978), 760."Al-Farghani. " The Columbia Encyclopedia, 6th ed.. . Encyclopedia.com. 6 Dec. 2018 https://www.encyclopedia.com . həm də farsmənşəli alim kimi təsvir edilmişdir.A brief exposition in 30 chapters was composed in Baghdad by the Persian astronomer al-Farghani (in Latin. Alfraganus. с. л. D. 800-c. 870).Texts, Documents and Artefacts: Islamic Studies in Honour of D.S. Richards. Edited by Chase F. Robinson, Brill Academic Publishers, BG 25. Fərqani Bağdadda Abbasi xəlifəsi Məmunun (hakimiyyəti: 813–833-cü illər) himayəsi altında fəaliyyət göstərən bir qrup alimlə birlikdə meridian qövsünün uzunluğunun ölçülməsi yolu ilə Yer kürəsinin diametrinin hesablanmasında iştirak etmişdir. Daha sonra Qahirəyə köçən alim təqribən 856-cı ildə astrolyabiya haqqında risaləsini qələmə almışdır. O, Qahirədə olduğu müddətdə Abbasi xəlifəsi Mütəvəkkilin (hakimiyyəti: 847–861-ci illər) göstərişi ilə Qədim Qahirə ərazində yerləşən Roda adasında "Yeni Nilometr" adlanan böyük suölçən cihazın inşasına rəhbərlik etmiş və bu qurğu 861-ci ildə tamamlanmışdır. Bu cihaz daşqınlar zamanı Nil çayının səviyyəsini ölçməyə imkan verirdi.
Qahirədə fəaliyyət göstərdiyi dövrdə əl-Fərqaniyə Məhəmməd və Əhməd ibn Musa qardaşları tərəfindən "Cəfəri" adlı kanalın inşası tapşırılmışdır. Qardaşlar özləri də kanalın tikintisinə nəzarət etmək tapşırığını xəlifə Mütəvəkkildən almışdılar. Tarixi məlumatlara görə, Fərqani kanalın layihələndirilməsində ciddi xətaya yol vermiş, kanalın girişini həddindən artıq dərin qazmışdır. Bu, suyun səviyyəsi qeyri-adi dərəcədə yüksəlmədən suyun kanalın digər hissələrinə daxil olmasını qeyri-mümkün etmişdir. Xəlifə Mütəvəkkil bu səhv haqqında məlumat aldıqda qəzəblənmiş və Fərqanini işə götürən qardaşların təqsir dərəcəsini müəyyən etmək üçün Sənəd ibn Əlini təhqiqata göndərmişdir. Sənəd ibn Əli xəlifəyə layihədə heç bir xətanın olmadığı barədə (yanlış) məlumat verərək qardaşları cəzadan xilas etmişdir. 861-ci ildə xəlifə Mütəvəkkilin sui-qəsd nəticəsində öldürülməsi bu mübahisənin sona çatmasına və kanalın yarımçıq qalmasına səbəb olmuşdur. Fərqani 861-ci ildən bir müddət sonra Misirdə vəfat etmişdir.«Астроном Аль-Фергани» — статья на сайте Пензенской региональной общественной организации «Просвещение».
Tarixi mənbələrdə Fərqani üçün qeyd olunan Məhəmməd ibn Kəsir və Əhməd ibn Məhəmməd ibn Kəsir adlarının iki fərqli şəxsə aid olub-olmaması barədə müəyyən müzakirələr mövcud deyil, lakin əksər tarixçilər hər iki adın eyni şəxsə — Fərqaniyə aid olduğunu müdafiə edirlər.
Elmi fəaliyyəti
Fərqaninin ən böyük təsirə malik əsəri, təqribən 833–857-ci illər arasında qələmə alınmış "Kitab fi Cavami elm ən-Nücum" () və ya "Səma hərəkətləri haqqında astronomiyanın əsasları" adlı dərsliyidir. "Əsaslar" əsəri Ptolemeyin "Almagest"inin təsviri xülasəsi olmaqla yanaşı, özündə erkən islam astronomlarının kəşflərini və yenilənmiş dəyərlərini birləşdirmişdir. Kitaba daxil edilmiş düzəlişlər arasında Yer kürəsinin çevrəsinin ölçüsü, Yerin oxunun maililiyi, həmçinin Günəş və Ayın apsidlərinə dair hesablamalar yer almışdır. Fərqaninin "Almagest" xülasəsi bu rəqəmsal düzəlişləri özündə əks etdirir, lakin əsərin özündə Ptolemeyin astronomik nəzəriyyəsinin riyazi tərəfləri yox, nəzəriyyənin konseptual hissələrinin asan anlaşılan şəkildə çatdırılması ön plana çəkilmişdir.
Fərqaninin bu kitabı XII əsrdə latın dilinə tərcümə edilmişdir. İlk tərcümə 1135-ci ildə Sevilyalı İohann tərəfindən, növbətisi isə 1175-ci ildən əvvəl Kremonalı Gerard tərəfindən həyata keçirilmişdir. Bu tərcümələr Regiomontanusun dövrünə qədər Avropada çox populyar olmuşdur. Dante Aligyerinin həm "İlahi komediya" əsərində, həm də "Ziyafət" kimi digər yazılarında aydın görünən Ptolemey astronomiyasına dair biliklərinin məhz Alfraqanın əsərlərini oxumasından qaynaqlandığı məlum olmuşdur.Mary A. Orr, Dante and the Early Astronomers (London: Gall and Inglis, 1913), 233-34.
"Əsaslar" əsəri 1231–1235-ci illər ərzində Yakob Anatoli tərəfindən ivrit dilinə də tərcümə edilmişdir. Bu tərcümə Ptolemeyin 48 bürcünü müzakirə edən və ehtimal ki, Fərqani tərəfindən yazılmış, lakin kitabın digər tərcümələrində rast gəlinməyən əlavə bir bölməni də ehtiva edir. 1590-cı ildə Yakob Kristmann əsasən Anatolinin ivrit dilindəki tərcüməsinə və Sevilyalı İohannın latındilli versiyasına əsaslanaraq, "Əsaslar"ın daha bir latın dilinə tərcüməsini hazırlamışdır. XVII əsrdə holland şərqşünası Yakob Qolius Yaxın Şərqdə əldə etdiyi əlyazma əsasında ərəbcə mətni, özünün latın dilinə tərcüməsi, geniş qeydləri və düzəlişləri ilə birlikdə nəşr etdirmişdir. Bu, tarixdə qeydə alınmış sonuncu belə tərcümədir.Alfraganus: Elementa astronomica, in Arabic and Latin, year 1669, translation by Golius. Alfraganus is a medieval Latin spelling of Al-Farghani.
Fərqani astronomik cihazlar haqqında da bir neçə əsər müəllifi olmuşdur. Bunlar arasında ən məşhuru, astrolyabiyanın nəzəri quruluşunu və istifadəsini təfərrüatlandıran və dövrümüzə qədər gəlib çatmış ən qədim sənəd sayılan astrolyabiya haqqında risaləsidir. Tarixi mənbələr əl-Fərqaninin risaləsini yazdığı dövrdə astrolyabiya nəzəriyyəsinə dair digər sənədlərin (o cümlədən Məhəmməd ibn Musa Xarəzmi tərəfindən yazılmış bir əsərin) mövcud ola biləcəyinə işarə edir, lakin alim öz risaləsində belə sənədlərdən xəbərsiz olduğunu qeyd etmişdir. Bu, onun işinin tamamilə orijinal olduğunu göstərir. Fərqaninin risaləsi astrolyabiyanın qurulması üçün riyazi əsasları təqdim edir və müxtəlif uzunluq dairələrində fəaliyyət göstərən cihazların hazırlanmasına imkan verən minlərlə məlumat nöqtəsini özündə birləşdirən cədvəllər təqdim edir. Əsərdə astrolyabiyanın qurulmasının nəzəri əsasları verilmişdir, lakin burada fiziki konstruksiya üçün xüsusi metodlar yer almamışdır, çünki risalənin məqsədi cihazın hazırlanması üçün təlimat vermək yox, onun funksionallığının riyazi əsaslandırmasını təmin etmək olmuşdur. İbn Nədimin "əl-Fihrist" əsərində əl-Fərqaninin günəş saatlarının istifadəsi və funksiyası haqqında da bir kitab yazdığı qeyd olunmuşdur, lakin həmin əsərin nüsxələri günümüzə qədər gəlib çatmamışdır.
XV əsrdə Xristofor Kolumb Amerikaya səyahətləri zamanı Fərqaninin Yer kürəsinin çevrəsi ilə bağlı təxminlərini əsas götürmüşdür, lakin Kolumb Fərqaninin 7091 futluq ərəb milini 4856 futluq Roma mili ilə səhv salmışdır. Bu xəta onun Yer kürəsinin çevrəsini olduğundan kiçik hesablamasına və Asiyaya gedən qısa yolu tapdığını düşünməsi, lakin nəticədə Şimali Amerikaya üzməsinə səbəb olmuşdur.Douglas McCormick (2012), Columbus’s Geographical Miscalculations , IEEES. Frederick Starr (2013), So, Who Did Discover America? , History Today, Volume 63, Issue 12
Dövrümüzə qədər Fərqaninin 101 əsəri gəlib çatmışdır, lakin bu əsərlərin böyük qismi müasir dillərə tərcümə edilməmişdir. Əsərlərin əlyazmaları dünyanın müxtəlif şəhərlərində — Berlin, Düşənbə, London, Paris, Tehran, Daşkənd, Məşhəd, Patna, Rampur, Hələb və Qahirənin iri kitabxanalarında mühafizə olunmaqdadır.
Fərqaninin zəngin elmi irsinin dərindən öyrənilməsinə Özbəkistanda müstəqillik əldə edildikdən sonra başlanılmışdır. 1998-ci ildə Fərqaninin 1000 illik yubileyi beynəlxalq miqyasda geniş şəkildə qeyd edilmişdir. Fərqanə şəhərində Fərqaninin adını daşıyan istirahət parkı yaradılmış, qədim Kuva şəhərində isə alimin heykəli ucaldılmışdır. YUNESKO-nun 1998-ci il tədbirləri və Özbəkistan Respublikası Nazirlər Kabinetinin "Əhməd Fərqaninin təvəllüdünün 1000 illiyinin qeyd edilməsi haqqında" 27 noyabr 1997-ci il tarixli qərarına əsasən, əllamənin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar, bədii sərgilər keçirilmiş, yeni kitablar nəşr edilmiş, tamaşalar səhnələşdirilmiş və filmlər çəkilmişdir.
"Mutolaa" (Mütaliə) layihəsinin "Uyg`onish" (Oyanış) silsiləsində Biruni, Xarəzmi, İbn Sina, Buxari, Maturidi və Farabi kimi mütəfəkkirlərlə yanaşı, Əhməd Fərqaniyə həsr olunmuş kitab da yer almışdır. Kitabın müəllifi Əşrəf Əhmədovdur və əsər Seyfullo İkramov tərəfindən səsləndirilmişdir.
Əsas əsərləri Ərəb dilində qələmə alınmış astronomiyaya dair ilk əsərlər və risalələr ona məxsusdur:* Матвиевская Г. П. Учение о числе на средневековом Ближнем и Среднем Востоке. — Ташкент: Фан, 1967.Розенфельд Б. А., Добровольский И. Г., Сергеева Н. Д. Об астрономических трактатах ал-Фаргани. — Историко-астрономические исследования, 11, 1972, с. 191—210.
"Səma hərəkətləri haqqında kitab və ulduzlar haqqında elmin məcmusu" — alimin ən məşhur işidir. Bu əsər mahiyyət etibarilə məşhur İsgəndəriyyədən olan astronom Klavdi Ptolemeyin "Almagest" əsərinə yazılmış şərhlərdən ibarətdir. Öz işini dərslik kimi planlaşdıran Fərqani burada bütün əsas məsələlər üzərində ətraflı dayanmış, bir elm kimi astronomiyanın anlaşılan tərifini vermişdir. Həmçinin, orada sələfinin çoxsaylı astronomik hesablamaları diqqətlə yenidən yoxlanılmış və müvafiq dəyişikliklər edilmişdir. XII əsrdə bu əsər latın dilinə tərcümə edilmiş və Qərb astronomiyasının inkişafına böyük təsir göstərmişdir. "Ulduzlar haqqında elmin məcmusu" risaləsi — bura dəqiq koordinatları göstərilməklə şərqdən qərbə doğru 7 iqlim zonasına bölünmüş məlum coğrafi obyektlərin cədvəli daxildir. Əsər, demək olar ki, bütün Avropa dillərinə tərcümə edilmişdir. "Astronomiya elminin əsasları haqqında kitab" "Coğrafiyaya giriş" "Yerdə məlum olan ölkə və şəhərlərin adları, həmçinin onların iqlim şəraitləri" "Səma sferalarının səbəbliliyi haqqında kitab" və digərləri.
İstinadlar
Əlavə ədəbiyyat
(PDF version) Jacobus Golius (ed.), كتاب محمد بن كثير الفرغاني في الحركات السماوية وجوامع علم النجوم، بتفسير الشيخ الفاضل يعقوب غوليوس / Muhammedis Fil. Ketiri Ferganensis, qui vulgo Alfraganus dicitur, Elementa astronomica, Arabicè & Latinè. Cum notis ad res exoticas sive Orientales, quae in iis occurrunt, Amsterdam 1669; Reprint Frankfurt 1986 and 1997. El-Fergânî, The Elements of Astronomy, textual analysis, translation into Turkish, critical edition & facsimile by Yavuz Unat, edited by Şinasi Tekin & Gönül Alpay Tekin, Harvard University 1998.
Richard Lorch (ed.), Al-Farghānī on the Astrolabe. Arabic text edited with translation and commentary, Stuttgart, 2005, . Yavuz Unat, El-Fergânî, Cevami İlm en-Nucûm ve Usûl el-Harekât es-Semâviyye, Astronominin Özeti ve Göğün Hareketlerinin Esası, T.C. Kültür ve Turizm Bakanlığı, Bilimin ve Felsefenin Doğulu Öncüleri Dizisi 14, Ankara 2012. Yavuz Unat, “Fergânî’nin ‘Astronominin Özeti ve Göğün Hareketlerinin Esasları’ Adlı Astronomi Eseri”, DTCF Dergisi, Cilt 38, Sayı 1–2, Ankara 1998, s. 405–423. Paul Lunde, Al-Farghani and the “Short Degree”, 1992, Saudi Aramco World
Xarici keçidlər