Qvadibaldo Montefeltro (; ) — Urbino hersoqu, kondotyer.
1472-ci ildə Umbriya əyalətindəki Petroya qəsrində dünyaya gəldi. Atası Urbino hersoqu III Federiko Montefeltro, anası isə onun ikinci xanımı Battista Sforzadır. Hələ 10 yaşında ikən atasının vəfatı ilə taxta çıxarıldı. Azyaşlı olması səbəbilə ailə daxilindən seçilən naiblər mülkləri idarə etdi. Roma papası VI Aleksandrın əmrində fransızlara qarşı vuruşdu. 1496-cı ildə əsir düşsə də, bir il sonra azadlığa buraxıldı.
1489-cu ildə Mantuya markizi I Frederik Qonzaqanın qızı Yelizaveta ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı.
1502-ci ildə Çezare Borjianın hücumu səbəbilə Urbinodan qaçdı və yalnız Roma papası VI Aleksandrın ölümündən sonra şəhərə qayıda bildi. Üstəlik yeni seçilən papa II Yulinin qardaşı ilə evli olan bacısı Covanna Montefeltronun oğlu Françesko Mariya della Roveri varisi elan etdi. 1508-ci ildə podaqra səbəbilə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Pietro Bembo, Vita dello illustrissimo s. Guidobaldo duca d'Vrbino. E della illustriss. sig. Helisabetta Gonzaga sua consorte, Firenze, Lorenzo Torrentino 1555 P. Giovio. Istorie dei suoi tempi, Venezia 1570 F. Ugolini. Guidobaldo da Montefeltro in «Imparziale fiorentino», 1857 Bernardino Baldi, Della vita e de' fatti di Guidobaldo I da Montefeltro, Duca d'Urbino libri dodici, Milano, Silvestri 1821 G. Franceschini. I Montefeltro, Milano 1970 C. H. Clough, A. Conti, Guidobaldo da Montefeltro, duca di Urbino: fu mai gonfaloniere di Sancta Romana Ecclesia? in «Studi Montefeltrani», n. 27, San Leo 2006
İstinadlar