Zağalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim Qalaça dağının ətəyində qayada sıra ilə düzülmüş 5 zağanın (süni mağaranın) olması ilə əlaqədardır. Kəndin adı "zağalı, mağaralı yer" mənasındadır.

Tarixi Kənd keçmişdə Zağa dərəsi adlanmışdır. Güney Zağalı və Dora Zağalı adlı iki hissədən ibarətdir. Yerli məlumata görə, kənd aran camaatının yaylaq yurdunda məskunlaşması nəticəsində yaranmışdır.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir. Rayonun ərazisində eyniadlı su anbarı da var.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993931872062009↗400↗204↘196

Əhalisinin əksəriyyətini Goranboy (Qaraqucaq, Zəyva kəndləri) və Yevlax (Tanrıqulular kəndi) rayonlarından köçüb gəlmiş ailələr təşkil edir.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Zağalı kənd kitabxana filialı, Zağalı kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Zağalı kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Zağalı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri