Almaden (isp. Almadén) — İspaniyada şəhər və bələdiyyədir. Kastiliya — La-Mança muxtar birliyinin tərkibinə daxil olan Syudad-Real əyalətində yerləşir. Bələdiyyə Valye-de-Alqudiya rayonunun (komarka) bir hissəsidir.
Qədim zamanlardan bəri Almaden dünyanın civə istehsalı mərkəzi olmuşdur (və belə qalmaqdadır) (Almaden yatağı). Əsrlər boyu toplanmış sənaye infrastrukturu (Sloveniyanın İdrija şəhərindəki analoji tikililərlə yanaşı) UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.
2011-ci ildə çoxgünlük Vuelta (Vuelta a España) veloyarışının 7-ci mərhələsi start götürüb.
İstinadlar
Kateqoriya:İspaniyadakı ümumdünya irsi