Şahzadə İlena (; ) — Rumıniya kralı I Ferdinandın qızı, şahzadə.
Həyatı 1909-cu ildə Buxarestdəki Kotroçen sarayında dünyaya gəldi. Atası Rumıniya kralı I Karolun qardaşı oğlu varisi vəliəhd Ferdinand Hohensollern, anası isə Saksen-Koburq-Qota hersoqu Şahzadə Alfredin qızı Edinburqlu Mariyadır. Cütlüyün beşinci övladı idi.
1919-cu ildə Paris sülh konfransı münasibətilə anası Kraliça Mariya, bacıları Yelizaveta və Mariya ilə birlikdə Fransaya səyahət etdi. Anası bu səyahət ərzində böyük qızları üçün uyğun bəy namizədi tapmağı planlaşdırırdı. 1920-ci ilin əvvəlində vətənə qayıtdılar və geridönüş yolunda İsveçrədə sürgündə olan Yunan monarx ailəsi üzvləriylə tanış oldular. Bu tanışlıq böyük bacısı Yelizavetanın Yunanıstanın vəliəhdi Georqla, qardaşı Karolun isə kralın qızı Şahzadə Helenlə nişanlanmasıyla nəticələndi. Hər iki cütlük də ertəsi il evləndilər. 1922-ci ildə Kraliça Mariya digər qızı Mariyanın Yuqoslaviya kralı I Aleksandrla evlənməsini təşkil etdi. Bu tarixdən etibarən anasının tək məqsədi ən kiçik qızı İlena üçün siyasi bir evlilik təşkil etmək idi. İtaliya taxtının varisi Şahzadə Umberto və Bolqarıstan çarı III Borislə nişanlandığı deyilsə də, kral sarayı tərəfindən bu xəbərlər təkzib edildi. 1930-cu ildə alman əsilzadəsi Aleksandr Hoxberqlə nişanlansa da, bəy namizədinin homoseksuallığı səbəbilə nişan pozuldu.
26 iyul 1931-ci ildə Böyük Toskana hersoqu II Leopoldun nəticəsi, Avstriya hersoqu Antonla evləndirildi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu. Toy mərasiminin ardından qardaşı II Karol cütlüyün Rumıniyada yaşamağına icazə vermədi. 1944-cü ilədək sürgündə yaşadılar və ardından vətənə qayıtdılar. Ancaq burada kommunistlər tərəfindən əri həbs olundu.
Rumıniya kralı I Mixayın taxtdan çəkilməsinin ardından Şahzadə İlena və ailəsi yeni kommunist rejim tərəfindən sürgün edildi. Sürgündə Vyana, İsveçrə, Argentina və ABŞ-da yaşadılar. 29 may 1954-cü ildə boşandı və çox keçmədən 19 iyunda Stefan Nikolas İssareskuyla evləndi. İkinci evliliyindən övladı olmadı və 1965-ci ildə boşanma ilə tamamlandı.
1967-ci ildə rahibəliyi seçdi. Saçlarını kəsdirdi və Rahibə Aleksandra adını aldı. ABŞ-a qayıtdı və burada ilk ingilisdilli pravoslav kilsələrin təsis edilməsiylə məşğul oldu. 1990-cı ildə qızı Aleksandra ilə birlikdə Rumıniyaya səyahət etdi. 5 yanvar 1991-ci ildə yıxıldı və bud sümüyün qırdı. Aparıldığı xəstəxanada ard-arda 2 dəfə ürək tutması yaşadı. Müalicəsi davam edərkən 21 yanvar 1991-ci ildə Ohayo şatatında vəfat etdi.
Şəcərəsi
Stefan (5 avqust 1932 - 12 noyabr 1998), Mariya Cerin Soperlə evləndi. Cütlüyün 5 övladı doğuldu. 1990-cı ildə von Habsburq soyadını qəbul etdilər. Kristofor (26 yanvar 1957) İlena (4 yanvar 1958) Pyotr (19 fevral 1959) Konstansa (2 oktyabr 1960) Anton (7 noyabr 1964) Mariya İlena (18 dekabr 1933 - 11 yanvar 1959), qraf Yaroslav Kottolunski ilə evləndi. Cütlüyün bu nigahdan 1 qızı dünyaya gəldi. Ancaq əriylə birlikdə avia-qəzada vəfat etdi. Mariya İlena Kottolunski (25 avqust 1958 - 13 oktyabr 2007), 1997-ci ildə Jonker Noel van İnnislə evləndi. Aleksandra (21 may 1935 - 13 oktyabr 1997), 1962-ci ildə Bolqar çarı I Ferdinandın nəvəsi Yevgen Eberhardla evləndi. Övladı olmadı və 1972-ci ildə boşandı. İkinci evliliyi 1973-cü ildə baron Viktorla evləndi. Ölü doğulan bir oğlu dünyaya gəldi. Ölü doğulan bir oğlan uşağı (17 mart 1975) Dominik (4 iyul 1937), 1960-cı ildə Enqel von Vosla evləndi. 2 oğlu dünyaya gəldi və 1999-cu ildə boşandı. Həmin il Emanuel Mlunarski ilə evləndi. Övladı olmadı. Sandor von Habsburq (13 fevral 1965), 2000-ci ildə Prişka Vilseklə evləndi. 1 oğlu doğuldu və 2009-cu ildə boşandı. 2010-cu ildə Herta Offellə evləndi. Konstantin von Habsburq (11 iyul 2000) Qreqor von Habsburq (20 noyabr 1968), 2011-ci ildə Ceklin Friskoyla evləndi. Mariya Maqdalena (2 oktyabr 1939 - 18 avqust 2021), 1959-cu ildə baron Hans Ulrixlə evləndi. Cütlüyün 3 nigahı doğuldu. İohann Fridrix Anton (29 iyul 1960), 2001-ci ildə Brunilda Kastejon-Şnayderlə evləndi. 1 oğlu doğuldu. Laurens (21 iyun 2001) Qeorq Ferdinand (16 fevral 1962), 1993-cü ildə qrafinya Elena ilə evləndi. 3 oğlu doğuldu. Aleksandr (28 noyabr 1994) Tassilo (4 may 1997) Klemans (26 aprel 2003) Aleksandra Mariya (22 yanvar 1963), 1985-ci ildə Kristian Ferçlə evləndi. 4 övladı doğuldu. Ferdinand Qeorq Borto Ferç (17 oktyabr 1986) Leopold Anton David Ferç (18 avqust 1988) Benedikt Pyotr Nikolay Ferç (22 mart 1993) Yelizaveta Patrisiya Katerina Ferç (23 fevral 1995) Yelizaveta (15 yanvar 1942 - 2 yanvar 2019), 1964-cü ildə Fridrix İosif Sandhoferlə evləndi. 4 övladı doğuldu. Anton Dominik Sandhofer (26 oktyabr 1966), 1983-cü ildə Katarina Marta Voykovskaya ilə evləndi. 1 oğlu doğuldu. Dominik Aleksandr Sandhofer (7 yanvar 1994) Marqarita Yelizaveta Sandhofer (10 sentyabr 1968), 1992-ci ildə Ernst Helmut Klausla evləndi. 2 oğlu doğuldu. Maurito Mariya Luks (29 aprel 1999) Dorian Mariya Luks (12 may 2001) Andreya Aleksandra Sandhofer (13 dekabr 1969), 1996-cı ildə Corg Mixail Zarbl ilə evləndi. 2 oğlu doğuldu. Ferdinand Hans Fridrix Zarbl (8 dekabr 1996) Benedikt Bonifatis Mariya Zarbl (19 fevral 1999) Yelizaveta Viktoriya Maqdalena Sandhofer (16 noyabr 1971), evlənmədi və övladı olmadı.
Mənbə
Ədəbiyyat
Pakula, Hannah (1985). The last romantic: a biography of Queen Marie of Roumania. London: Weidenfeld & Nicolson. ISBN 0-297-78598-2 Marie, Queen (1934). The story of my life [by] Marie, queen of Romania. State Library of Pennsylvania. C. Scribner's sons. p. 521 Middleton, Christopher (11 May 2014). "Buy a stake in Dracula's castle". Daily Telegraph.
İstinadlar