Uzaq yol () – Qırğızıstan yazıçısı Mukay Elebayevin 1936-cı il tarixində işıq üzü görmüş avtobioqrafik romanı.Мамлекеттик тил жана энциклопедия борбору.Кыргыз адабияты(энциклопедиялык окуу куралы).-Б.: 2004,ISBN 9967-14-11-9 Bu əsər qırğız xalqının 1916-cı il Ürkün hadisələri zamanı çəkdiyi iztirablı həyatını, çar Rusiyasına qarşı üsyanını və bu hadisələrdən sonra Çinə mühacirət edərkən üzləşdiyi çətinlikləri təsvir etmişdir. Sözügedən əsər qırğız ədəbiyyatında ilk roman nümunəsi hesab olunmuşdur.
Yazılması
Mukay Elebayev romanın yazılmasına 1934-cü ilin yanvar ayında başlamış və 1935-ci ilin oktyabr ayında yekunlaşdırmışdır. Kitab 1936-cı il tarixində nəşr edilmişdir. Müəllif bu əsərini "romanın birinci kitabı" kimi təqdim etmişdir. Bu, onun gələcəkdə əsərin davamını yazmaq niyyətindən xəbər vermişdir. Romanın davamı sayılan hadisələr sonradan "Çətin dövr" (1938-ci il), "Fırtınalı gündə" (1939-cu il), "Zarlıq" (1941-ci il) və "Sasıq neqar" (1937-ci il) kimi hekayə və povestlər şəklində çap olunmuşdur.
Məzmunu Əsərin baş qəhrəmanı 11 yaşlı Mukayın həyatı vasitəsilə xalqın tarixi faciəsi və müəllifin şəxsi taleyi əks olunmuşdur. Kitabda qırğızların həmin dövrdəki ağır yaşayış şəraiti, mühacirət zamanı qarşılaşdıqları məhrumiyyətlər və şəxsi faciələr realizm üslubunda təsvir edilmişdir. Əsərdə Mukay Elebayev, Burmakə, Ormanbet, Mamirmazin, Çonkol və Balaqurman kimi şəxslər öz real adları ilə iştirak etmişdir.
Sosialist realizmi prinsiplərinə əsaslanan bu roman Ürkün hadisələrindən istifadə edərək bolşevik ideologiyasının təbliğatına xidmət etmişdir. Əsərdə çar Rusiyasının amansızlığı qabardılmış, eyni zamanda qırğızların və digər əlaqədar xalqların bəzi nümayəndələrinin mənfi obrazları yaradılmışdır. Bunun əksinə olaraq, bolşeviklər azadlıq mübarizləri və məzlumların müdafiəçisi kimi təqdim olunmuş, onların yeni dünya nizamının qurulmasındakı rolu xüsusi vurğulanmışdır.
İstinadlar
Xarici keçidlər Узак жол (Викибулакта) Kateqoriya:Qırğızıstan ədəbiyyatı