Xanıməlibəyovlar – Azərbaycan xalqının tanınmış soylarından biri.Протоколы заседаний комиссий об определении сословных прав беков Шушинского уезда. +XanıməlibəyovlarTitulBəyƏcdadıXanımalı bəy TəkləQohum soylarMənşəyiQarabağ, BeyləqanTəbəəliyiQarabağ xanlığı, Rusiya imperiyasıTorpaqlarıXalac
Soyun yaranması Bu soy Dəmirçihəsənli mahalının Xalac kəndinə bağlıdır. Nəslin dəvamçıları əsasən indiki Beyləqan rayonunun Dünyamalılar (Xalac) kəndində yaşayır.
Qadim-qayım Qarabağda dövran keçirən ellərdən biri də Dəmirçihəsənlidir. Dəmirçihəsənli elinin əksər oymaqları Qarabağa XVIII yüzilin ikinci yarısında Gürcüstan ağzından galib. Gürcüstan ağzında yaşayarkan bir neçə oymaq, oba va camaatdan təşkil olmuşdu. 1728-ci ilə bağlı OsmanIı qaynağında bu el nahiyə kimi göstərilib va nahiyəyə bağlı şenliklərin adları, əhalisi verilib. Bəzi müəlliflər hesab edirlər ki, sonradan tərəkəmə deyilən bu camaat öncə qıpçaq imiş. «XII-XIII yüzillarə gəldiyimizdə Borçalı va Qazaxlı uruqları artıq tərəkəmə olaraq adlandınılırdı. XVII asrda Borçalıya yolçuluq etmiş məşhur türk səyyahı Övliya Çələbinin qeydlərindən: «Dəmirçi-Həsən qəsəbəsinə gəldik. Burası əskidən türkman səhri imiş. Hələ də qış aylarında Türkman qəbilələrinə yurd olur». 1770–1774-cü illərdə Şimal-Şərqi və Cənubi Qafqaza səyahət etmiş akademik Hildenştadt buradakı türkmənlərin digər adının “tərəkəmə” olduğunu vurğulayırdı. O yazırdı ki, həmin dövrdə Borçalı, Qazax və Pəmbək mahallarının əhalisinin böyük əksəriyyəti “tərəkəmə tatarları”ndanibarət idi. Bu “tərəkəmə tatarları”nın asanlıqla Osmanlının təsiri altına düşdüklərini, Nadir şah Əfşarın Qaxetdə Yor çayı ətrafında yaşayan 10 000 tərəkəmə ailəsinin yurdlarını dağıdıb onları başqa yerlərə səpələdiyini və bu ailələrdən 500-nü Dəmirçihəsənliyə yerləşdirərək onlar üçün yeni kəndlər saldığını qeyd edirdi. Pənahəli xan Sarıcalı-Cavanşir Gürcüstan ağzından Dəmirçihəsənli, Cinli ellerini, Borçalı, Baydar va Qazax nahiyalerindan bir çox oymaqları köçürüb Qarabağda yerlaşdirdi. Xonaşendən tutmuş şərqdən Kür qırağına, cənub-şərqdən Araz çayına çatan ərazilərdə yerləşirdi. Bu ərazi az sonra Dəmirçihəsənli mahalı adlandı.
Tarixi Təklə-Xalaç obasından xeyli ünlü adam çıxıb. Hacı Kərim bəy Eyvaz bəy oğlu, Hüseyn bəy Xanıməli bəy oğlu və başqaları Qarabağda tanınmış adamlar idilər.
1823-cü ildə Təklə-Xalaç obası dövlətə vergi ödəyən 24 tüstüdən ibarət idi. Vergiödəməyənlər: Əlinağı yüzbaşı 1 tüstü, onun qardaşı Xanıməli bəy 1 tüstü, onun rəncbəri 2 tüstü, Əlinağı bəyin rəncbərləri 2 tüstü, molla 1 tüstü, çavuş 1 tüstü, kasıblar.
1844-cü ildə dövlət tərəfindən Şuşa qəzasının Kəbirli sahəsinin Təklə-Xalaç obasının əhalisi kameral siyahıya alınıb.
Soyun tanınmış nümayəndələri Hacı Kərim bəy Xalaç – Təklə-Xalaç obasının yüzbaşısı, Qarabağ ərazisində kəhrizlər salmış (xüsusi ilə də Xonaşendə).
Əlnağı bəy Xalaç –
Yolçu bəy Hüseyn bəy oğlu Xanıməlibəyov – Tiflis Ruhani (Şiə) İdarəsində tərcüməçi, ədliyyə pristavı vəzifəsində çalışmışdı, kollej qeydiyyatçısı mülki çini almış, İİİ Aleksandr gümüş medalı ilə təltif olunmuş mülkədar idi.
Mənbələr
İstinadlar