Əbu Mərvan Bişr ibn Mərvan ibn əl-Həkəm əl-Əməvi (; ) — Mərvan ibn Həkəmin üçüncü oğlu və Əməvi dövlət xadimi. Tarixçilər ondan Bəsrədə ölmüş ilk əmir olaraq bəhs edirlər.

Bioqrafiyası 684-cü ildə Mərci-Rəhit döyüşündə ələmdarlıq edib.

690-691-ci illərdə Kufə valisi təyin edilib. Bir müddətdən sonra Bəsrənin də valisi təyin edilib. Bəsrə və Kufə valilikləri ilə kifayətlənməyərək, bütün İraqın valisi olmaq istəyib. Bişr ibn Mərvanın istəyini qəbul edən xəlifə Əbdülməlik, Hərameyn (Məkkə və Mədinə) və Yəmən valiliklərini də ona verib. Lakin təyinat fərmanı gəlib ona çatmamış, Bişr ibn Mərvan xəstələnərək ölüb (75/694).

O, şeir yazmağı sevmiş, inanələri və maddi yardımları ilə şairlərin rəğbətini qazanmışdır. Fərəzdəq, Cərir, Əymən ibn Hüreym kimi məşhur Ərəb şairləri qəsidələrində onun haqqında xoş sözlər söyləmişlər.

Həmçinin bax

Süleyman ibn Hişam

İstinadlar Kateqoriya:VII əsr ərəbləri