Birinci Daşkənd qadın gimnaziyası — Daşkənddə qadın gimnaziyası.
Tarixi 270px|thumb|Gimnaziyanın müasir görünüşü Daşkənddə qadın proqimnaziyası 1 oktyabr 1876-cı ildə açılıb. 1877-ci ildə isə bu təhsil müəssisəsi yeddisinifli qadın gimnaziyasına çevrilib. Gimnaziya ilk vaxtlar şəxsi mənzildə yerləşsə də, 7 oktyabr 1879-cu ildən etibarən onun üçün xüsusi olaraq tikilmiş və fasadı Konstantinovski skverinə (Kaufman skveri) baxan dövlət binasına (əvvəlcə iki, sonra isə üç korpusdan ibarət olan) köçürülüb. Gimnaziya korpuslarının inşası 1879–1883-cü illərdə hərbi mühəndis Yançevskinin layihəsi əsasında mühəndis E.P.Dubrovin tərəfindən həyata keçirilib. Tikintiyə kapitan Beloxa rəhbərlik edib.
Binanın tikinti xərci 230 min rubl təşkil edib. 1876-cı ilin noyabrından 1877-ci ilin martınadək qızlar üçün yataqxana xəzinədən ayrılan 1200 rublluq subsidiya hesabına R.A.Pfenix tərəfindən saxlanılır; 1877-ci ilin martından yataqxanaya xanım Zaxarjevskaya və Zavixoysko-Lyatskaya rəhbərlik edib. 1883-cü ilin avqustundan gimnaziya binasında yerləşən yataqxana, gimnaziyanın rəhbərliyinin tabeliyinə verilir. 1906-cı ildə gimnaziya binasında yer çatışmazlığı səbəbindən yataqxana başqa binaya köçürülür, lakin şagirdlərin ödənişləri kifayət etmədiyi və dövlət subsidiyasından imtina edildiyi üçün 1907-ci ildə yataqxana bağlanır. Daşkəndin mərkəzindəki tədris müəssisələrinin nəzdində Pokrov kilsəsi fəaliyyət göstərirdi və onun baş keşişi protoierey Qriqori Britski uzun müddət gimnaziyaçılara "Allahın qanunu" fənnindən də dərs verib.
Gimnaziyanın pedaqoji heyətinin sayı, sinif xanımları da daxil olmaqla, 51 nəfər təşkil edirdi. Şagirdlərin sayı 1877-ci ildə 108 nəfər idisə, 1912-ci ildə bu rəqəm 700-ə çatdı (onlardan 7%-i yəhudi, təxminən 1%-i müsəlman və 0,5%-i erməni idi), siniflərin sayı isə 16 idi.
Gimnaziya xəzinə vəsaitləri (4753 rubl), zemstvo məbləğləri (23350 rubl) və gimnaziyanın xüsusi vəsaitləri (33014 rubl) hesabına saxlanılırdı. Fundamental kitabxanada 10 min cild kitab var idi. Fizika və təbiətşünaslıq kabinetləri qənaətbəxş olmasa da, var idi.
Direktorları Morel Pyotr Karloviç (1886—1891) Oşanin Vasiliy Fyodoroviç (1891—1906) Mixail Fyodoroviç Dyakonov (1906 — ?)
Məzunları Gimnaziya məzunları arasında ilk qazax qadın həkim Gülsüm Əsfəndiyarova, SSRİ-nin əməkdar müəllimi və Moskva şəhərindəki 684 nömrəli məktəbin direktoru Mila Malkova, kinoaktrisa Yelena Kuzmina və başqaları olub.
İstinadlar