Aişə Yakubovna Ataxanova (; ) — Qazaxıstanlı və SSRİ bioloqu, radiasiya nəticəsində yaranan genetik pozuntular üzrə mütəxəssis. Radioaktiv tullantıların kommersiya məqsədilə Qazaxıstana gətirilməsinin qarşısının alınması üzrə kampaniyasına görə 2005-ci ildə ətraf mühitin mühafizəsi sahəsində "Qoldman" mükafatı laureatı olub. Karaqanda Ekologiya Mərkəzinin (Ekomərkəz kimi tanınan) təsisçisi və keçmiş rəhbəridir.
Həyatı Aişə Ataxanova 18 iyul 1957-ci ildə Qazaxıstan SSR-in Karaqanda şəhərində anadan olub. Atası mədənçi olub və İkinci Dünya müharibəsində iştirak edib.Pearce, Fred (7 May 2005). «Interview: After the bomb». New Scientist. Retrieved 2019-02-12. Yaş keçdikcə təbiətə, heyvanlara daha böyük maraq göstərib ki, bu da onun biologiya elmini öyrənməsinə və ətraf mühit fəalı kimi yetişməsinə səbəb olub.
Radiasiyanın təsiri onun ailəsindən də yan keçməyib, belə ki, həm valideynləri, həm də bacısı xərçəng xəstəliyindən vəfat ediblər. Onun yeganə qardaşına da xərçəng diaqnozu qoyulub.
Karaqanda Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra Ataxanova ekoloji və bioloji tədqiqatlar aparmağa başlayıb. Qazaxıstandakı nüvə tullantılarının fəsadları mövzusuna olan marağının ardınca, o, nüvə şüalanmasının suda-quruda yaşayanlara, əsasən də qurbağalara genetik təsiri üzrə ixtisaslaşıb. O, həmçinin sovet nüvə silahlarının sınaq meydançası olan Semipalatinsk Sınaq Mərkəzində (poliqonda) tədqiqatlar aparıb. Bu tədqiqat sayəsində o, birbaşa radiasiyaya məruz qalmış insanlara və heyvanlara radiasiyanın təsirini öyrənə bilib.
1992-ci ildə Karaqanda Ekologiya Mərkəzini (Eko Mərkəz) təsis edib ki, bu da ona radiasiyaya məruz qalmış insanlarla birbaşa işləmək imkanı verib. Fəaliyyətinin məqsədi insanları radiasiya təsirinin onların həyat şəraitinə necə təsir edə biləcəyi barədə məlumatlandırmaq olub. Eko Mərkəzin köməyi ilə Ataxanova radioaktiv tullantıların kommersiya məqsədilə Qazaxıstana gətirilməsinin və utilizasiyasının qarşısını almaq üçün uğurlu kampaniyaya rəhbərlik edib.«Semipalatinsk Test Site», Wikipedia, 2018-10-20, retrieved 2019-02-12
Ataxanova ətraf mühitin mühafizəsi və demokratiyanın inkişafı ilə məşğul olan Karaqanda Ekologiya Mərkəzinin və ya EkoMərkəzin təsisçisidir. O, həmçinin qadınların imkanlarını genişləndirməyə, onları Yer kürəsini qorumaq üçün zəruri olan bacarıq və alətlərlə təmin etməyə çalışan Qadınların Yer Alyansının (WEA) həmtəsisçilərindən biridir.Goldman Environmental Prize (Asia 2005): Kaisha Atakhanova Archived 2007-10-20 at the Wayback Machine (Retrieved on November 8, 2007)
Mükafatları 2005 — Ətraf mühitin mühafizəsi sahəsində "Qoldman" mükafatı.
İstinadlar
Xarici keçidlər Statement on Goldman Environmental Prize on YouTube
Kateqoriya:XX əsr bioloqları