Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd.
Toponimikası Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir.
Tarixi Kənddəki bəzi məhəllə adları: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər, Muradlılar, Bəkirlər və s.
Tarixi abidələri Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur. Kəndin içərisindən isə Qaraçay adlı kiçik çay axır.
Əhalisi 2009-cu il siyahıya alınmasında əhalinin sayı 1600 nəfər təşkil edib. Kənd əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Lakin az sayda ləzgilər, avarlar və ruslar da var.
Tanınmış şəxsləri Nazim Hacıyev
İqtisadiyyatı Kənddə yay turizmi üçün əlverişli olan Küngüt istirahət mərkəzi var. Bu istirahət mərkəzi dağın üzərində, kənddən 130 metr yüksəklikdə yerləşir.
Mədəniyyəti Kənddə mədəniyyət evi fəaliyyət göstərir.
Novruz ərəfəsində 10-cu sinif şagirdləri kənd ərazisində "Qodu-qodu" gəzir. Kənd camaatı onlara sovqat verir və yığılan sovqatla şənlik təşkil olunur.
Din Kənddə Baş Küngüt kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Mənbə http://www.anspress.com/index.php?a=2&lng=az&nid=179837 http://shekitourism.az/index.php?secim=tarixi
Xarici keçidlər
Tarixin yadigarı olan dəyirman Kanal S. Xaçvari kilsəsi və Zəyzid qalası dağılır
Kateqoriya:Şəki rayonunun kəndləri Kateqoriya:Azərbaycanda monqol mənşəli yaşayış məntəqələri