Hizbullah (, , ) — İran İslam inqilabı dövründə Ayətullah Ruhullah Xomeyniyə və onun tərəfdarlarına hakimiyyəti möhkəmləndirməkdə kömək etmək məqsədilə yaradılmış İran hərəkatı. Təşkilat ilkin mərhələdə Xomeynini tənqid edən qəzet redaksiyalarına və nümayişlərə hücumlar təşkil etməklə fəaliyyətə başlamışdır. Media və yazılı mənbələrdə, bir qayda olaraq, "Hizbullah"ın özündən yox, onun üzvlərindən, yəni "hizbullahçılar"dan bəhs edilir. Bunun əsas səbəbi "Hizbullah"ın daxili iyerarxiyaya malik mütəşəkkil və müstəqil bir təşkilatdan ziyadə, adətən məscidlər ətrafında cəmləşmiş pərakəndə qrupların hərəkatı olmasıdır.Schirazi, Constitution of Iran, (1987) p.153

Hizbullahçıların fəaliyyətində fiziki zorakılıq və mülkiyyətin məhv edilməsi kimi qanunazidd əməllər müşahidə olunmuş, onların polis müdaxiləsi və ya hüquqi təqib qorxusu olmadan hərəkət etdikləri qeyd olunur. Bu qrupların inqilabın ilk illərində rejimin "əks-inqilabçı" hesab etdiyi qüvvələrə qarşı küçə mübarizəsində və mühüm siyasi məqamlarda həlledici rol oynadıqları bildirilir.

Rejimə qarşı siyasi təhdidlər zəiflədikdən sonra "Hizbullah"ın fəaliyyət dairəsi genişlənərək "mənəvi" və ya "mədəni" səbəblərlə arzuolunmaz hesab edilən müxtəlif sahələri əhatə etməyə başlamışdır. Bu sıraya hicab qaydalarına riayət olunmaması, qadın və kişilərin bir yerdə toplanması və alkoqol qəbulu kimi hallara qarşı müdaxilələr daxildir.

Tarixi Alim Müjan Möminin fikrinə görə, ruhanilər ilə qoçular arasındakı əlaqə mərkəzi hakimiyyətin zəif olduğu Qacarlar dövründə geniş yayılmışdı. Həmin dövrdə hər hansı bir şəhərin görkəmli üləma üzvlərinin öz ətraflarına "luti" kimi tanınan şəhər xuliqanlarından ibarət bir dəstə toplaması qarşılıqlı maraqlar naminə adi hala çevrilmişdi. Üləmanın əlində etiraz etmək istədikləri məsələlərə qarşı küçələrə çıxaracaq hazır bir qüvvə olurdu. Lutilər öz növbəsində, hökumət onlara qarşı tədbir gördükdə sığınacaq tapa biləcəkləri bir himayədar qazanırdılar.Momen, Moojan, An Introduction to Shi'i Islam, Yale University Press, 1985, p.199 Mömen qeyd etmişdir ki, İslam İnqilabından sonra ortaya çıxan hizbullahçılar,Momen, Moojan, An Introduction to Shi'i Islam, Yale University Press, 1985, p.293 əslində, həmişə üləma ilə sıx əlaqədə olan və ruhanilər tərəfindən ehtiyac duyulduqda iğtişaş yaratmaq üçün küçələrə çıxarılan bu xuliqanların yeni adıdır.

"Hizbullah", yəni "Allahın partiyası" adı ümumi bir xarakter daşıyır və hərəkat üzvlərinin şüarına çevrilmiş "Tək partiya — Allahın partiyası; tək rəhbər — Ruhullah" ifadəsindən qaynaqlanmışdır.Bakhash, Reign of the Ayatollahs, (1984), p.67 "Allahın partiyası" ifadəsi "Qurani-Kərim"in aşağıdakı ayəsinə istinad edir:

"Ruhullah" İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin adıdır. İnqilabın ilk günlərində Xomeynipərəst qüvvələr — İslam Respublikası Partiyasının üzvləri "Hizbullah" ilə hər hansı bir əlaqələrinin olduğunu inkar etmiş və bu hücumların hökumətin nəzarəti xaricində olan xalqın kortəbii iradəsi olduğunu iddia etmişdilər. Hizbullahçılar haqqında verilən təsvirlərdə onlar belə xarakterizə olunurdu:Moin, Khomeini (2000), p.211A definition of the Hezbollahi, given in a pamphlet published by the Ministry of Islamic Guidance, quoted in Iran: Group known as Anssar-e Hizbollah (Ansar/Anzar e Hezbollah) UNHCR 2007

Əslində, İslam Respublikası Partiyasına mənsub qüvvələr "Hizbullah"a nəzarət edirdi və onlara Xomeyninin gənc himayədarı Höccətül-İslam Hadi Qaffari rəhbərlik edirdi.

"Hizbullah" İran universitetlərində dünyəvilərə və modernistlərə qarşı həyata keçirilən İslam Mədəniyyət İnqilabında mühüm vasitəyə çevrilmişdir. 18 aprel 1980-ci il tarixli cümə namazından sonra Xomeyni universitetləri sərt şəkildə tənqid edərək bildirmişdir: "Biz iqtisadi sanksiyalardan və ya hərbi müdaxilədən qorxmuruq. Bizim qorxduğumuz Qərb universitetləri və gənclərimizin Şərqin və ya Qərbin maraqları naminə tərbiyə olunmasıdır." Onun bu çıxışı həmin axşam Tehran Müəllimlər Kollecinə hücum üçün bir işarə olmuşdur. Məlumata görə, bir tələbə linç edilmiş, bir Britaniya müxbirinin dediyinə görə isə kampus "döyüş zonası"na çevrilmişdir. Növbəti gün hizbullahçılar Şiraz Universitetində solçu tələbə ofislərini dağıtmış, nəticədə 300-ə yaxın tələbə xəstəxanaya yerləşdirilmişdir. Bənzər hücumlar Məşhəd və İsfahan universitetlərində də baş vermişdir. Aprelin 21-də və 22-də Əhvaz və Rəşt universitetlərində davam edən bu qarşıdurmalarda 20-dən çox insan həyatını itirmişdir. Universitetlər bu hadisələrdən qısa müddət sonra "islamlaşdırılmaq" məqsədilə bağlanmış və iki il ərzində fəaliyyət göstərməmişdir.The Reign of the Ayatollahs by Shaul Bakhash, p.122

Xarici görünüş Hizbullahçılar xüsusi forma geyinmirlər, lakin dəbə, xüsusilə Qərb dəbinə etinasız yanaşan "görkəmləri" ilə iranlılar tərəfindən tanınırlar. Onlar sadə, dəbdə olmayan, heç vaxt şalvarın içinə salınmayan yaxalıqlı köynəklərə, sadə şalvarlara (heç vaxt cins geyinmirlər) və sadə qara ayaqqabılara və ya başmaqlara üstünlük verirlər. Qara-ağ rəngli Fələstin üslublu kəfiyyə taxmaq onlar üçün səciyyəvidir. Üzlərində, bir qayda olaraq, tam saqqal və ya üç günlük saqqal olur.Molavi, Afshin, The Soul of Iran, W.W. Norton, (2005), p.89

İstinadlar

Kateqoriya:İran İslam İnqilabı Kateqoriya:İranda siyasət