Ermənistanda parlament seçkiləri — Ermənistanda 2026-cı ilin 7 iyun tarixində Milli Məclisin 9-cu çağırışının üzvlərini seçmək üçün keçirilmiş parlament seçkiləri. Bu seçki 2023-cü ildə Qarabağ ermənilərinin Ermənistana təxliyəsindən sonrakı ilk Ermənistan seçkiləri oldu.

Bu seçkilər geosiyasi nöqteyi-nəzərindən vacibdir. Çünki, seçkilərdə iştirak edən hakimiyyət Qərb yönümlüdür və Azərbaycanla münasibətləri düzəltmək istəyir, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Müxalifət isə daha çox Rusiya tərəfdarıdır, Nikol Paşinyanı Qarabağ siyasətinə görə tənqid edir.

Paşinyan parlament seçkilərində qalib gələrsə, Ermənistan Konstitusiyasını dəyişdirmək istəyir. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh bağlamaq üçün bunu şərt qoymuşdur.

Arxa plan

Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq cəhdi

2023-cü ildə Qarabağ ermənilərinin Ermənistana təxliyəsi baş vermişdir. 8 avqust 2025-ci ildə ABŞ-ın köməkliyi ilə Azərbaycan və Ermənistan arasında, Vaşinqtonda sülh memorandumu imzalanmışdır. Sənədə görə, Azərbaycan və Ermənistan Minsk qrupunun fəaliyyətini dayandırması üçün birlikdə müraciət edir, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması üçün əməkdaşlıq başladılır. Bu görüşdə həmçinin Azərbaycan-Ermənistan sülh müqaviləsi paraflanmışdır, ancaq imzalanmamışdır. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün şərt irəli sürmüşdür ki, Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad çıxarılmalıdır. Çünki Ermənistan müstəqillik aktında Ermənistan dövlətinin Dağlıq Qarabağla birləşməsi haqqında müddəa var. Paşinyan Ermənistanda Konstitusiya referendumu keçirmək üçün əvvəlcə parlament seçkilərində qalib gəlmək istəyir.

Paşinyanın daxildəki ruspərəst qüvvələrə qarşı mübarizəsi Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin Nikol Paşinyanı Dağlıq Qarabağı itirməkdə günahlandırmış və onun istefasını tələb etmişdir. Buna görə də Nikol Paşinyan Ermənistanda kilsəyə qarşı mübarizə aparmış, onları dövlət çevrilişinə cəhddə günahlandırmışdır. Paşinyan hakimiyyəti kilsə rəhbərlərinin bir neçəsini həsb etmişdir. Ermənistan müxalifəti isə Erməni Qriqoryan Kilsəsini müdafiə etmişdir. Erməni mənşəli rus biznesmeni və seçkilərin iştirakçısı olan Samvel Karapetyan da həbs edilmişdir.

İştirakçılar Nikol Paşinyanın rəhbərlik etdiyi, hakim partiya Vətəndaş İttifaqı Partiyası seçkidə iştirak edir. Bundan başqa Robert Koçaryanın rəhbərlik etdiyi, parlamentdəki ən böyük müxalifət partiyası olan Ermənistan İttifaqı, həmçinin Samvel Karapetyanın Güclü Ermənistan partiyası seçkidə iştirak edəcək.

Analiz

Seçkinin əhəmiyyəti və Rusiyanın seçkilərə təsiri 300px|thumb|right|Erməni kilsəsinin rəhbəri II Qaregin Rusiya Prezidenti Vladimir Putinlə görüşərkən. İkinci Qarabağ müharibəsindən sonra Rusiya və Ermənistan arasında münasibətlər korlanmışdır. Bunun səbəbi odur ki, Ermənistan Rusiyanın müharibədə onu dəstəkləyəcəyini düşünürdü. Ancaq bu baş verməmişdir. Ona görə də Ermənistan hakimiyyəti ölkənin Avropa Birliyinə daxil olmaq istədiyini bəyan etmiş və ABŞ ilə Cənubi Qafqazda vacib nəqliyyat dəhlizi olacaq Tramp yolu üçün razılığa gəlmişdir. Bundan başqa Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmək üçün addımlar atmışdır. Ona görə də 2026-cı il Ermənistan parlament seçkiləri xalq tərəfindən bir növ geosiyasi seçimin ediləcəyi seçkilərdir. Əgər Ermənistan xalqı Paşinyan hakimiyyətini dəstəkləsə, qərbpərəst siyasəti, müxalifəti dəstəkləsə ruspərəst siyasəti seçmiş olacaq.

Ermənistanın seçkilərdə iştirak edən müxalifəti isə Rusiya ilə əlaqəlidir. Müxalifət Azərbaycanla davam edən sülh prosesinə qarşıdır, onlar hesab edir ki, Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə nəzarəti altındadır. Müxalifət Paşinyanın Avropa Birliyinə girmək planlarını realist hesab etmir. Kremlin isə Paşinyan hakimiyyətindənsə müxalifəti özünə daha yaxın hesab edir, buna görə də hakimiyyətə qarşı hibrid müharibəyə başlamışdır. Bu hibrid müharibə daha əvvəl Ukrayna, Moldova və digər demokratik ölkələrdə Rusiya tərəfindən tətbiq edilmişdir.

Rusiya televiziyada və sosial şəbəkədə Ermənistan xalqına təsir etməyə çalışır. Əsas istifadə edilən ifadələr budur ki, Ermənistanın Rusiyanın onu müdafiə etməsinı ehtiyacı var, Paşinyan Qarabağı Azərbaycana verib. Bu mesajlarda əsas məsələ odur ki, Ermənistan Rusiyanın təsir zonasının tərkibində hesab edilir. Erməni Qriqoryan kilsəsi də Rusiya ilə birlikdə hərəkət edir, ənənəvi dəyərlər və Qərb institutlarının tənqidi məsələləri qaldırılır.

Reaksiyalar Seçkidən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Ermənistanda parlament seçkilərinin nəticəsi olaraq anti-Azərbaycan qüvvələr (Paşinyan hakimiyyətinə qarşı müxalifət olan qüvvələr) hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq.

İstinadlar

Kateqoriya:Ermənistan–Rusiya münasibətləri Kateqoriya:Ermənistanda seçkilər Kateqoriya:2026-cı ildə seçkilər Kateqoriya:2026-cı ildə Ermənistan Kateqoriya:7 iyundakı hadisələr Kateqoriya:2020-ci illərdə Azərbaycan–Ermənistan sülh prosesi Kateqoriya:2026-cı ildə beynəlxalq münasibətlər