Dina Blond (; ) — Litvalı tərcüməçi və feminist. O, Polşadakı Yəhudi Fəhlə Bundunun (Bund) görkəmli üzvü və məhsuldar idiş tərcüməçisi olub. O, dünya ədəbiyyatının 30-dan çox nümunəsini alman, ingilis və rus dillərindən idiş dilinə tərcümə edərək geniş mədəni töhfə verib.

Həyatı Dina Blond (anadan olanda adı Şeyne-Feyql Şapiro) Rusiya imperiyasının, daha sonra isə İkinci Polşa Respublikasının tərkibində olan Vilnüsdə yəhudi ailəsində anadan olub. 1920-ci illərin ortalarında Bundun qadın təşkilatı olan "Yidisher Arbeter Froy"un (YAF) sədri vəzifəsini tutub. O, eyni zamanda partiyanın rəsmi qəzeti olan "Folkstsaytung"un qadınlar üçün ayrılmış səhifəsinin redaktoru kimi fəaliyyət göstərib. O, Eyni zamanda mühüm mətnləri idiş dilinə tərcümə edərək sosialist inanclarını yaymağa çalışıb. Tutduğu vəzifələrdə Bundun qadınları hərəkatın mərkəzində görməyən mövqeyinə dəfələrlə etiraz edib.The Jewish Women's Archive Encyclopedia,

Ənənəvi sosialist prinsiplərinə xas olan gender bərabərliyi ideyasına baxmayaraq, Yəhudi Fəhlə Bundunun daxilində də qadınlara tez-tez köməkçi və ya gələcək proletariat qəhrəmanlarının anaları kimi aşağı dərəcəli rollar verən baxışlar üstünlük təşkil edib. Yəhudi Fəhlə Bundunun rəhbərliyi altında YAF qadın fəaliyyətinin bu cür məhdudlaşdırılmasına qarşı, o cümlədən doğumun tənzimlənməsi uğrunda aktiv kampaniyalar apararaq mübarizə aparıb. Partiya səviyyəsində Bund ilə Polşa Sosialist Partiyası (PPS) arasındakı münasibətlər "qardaşlıqdan" uzaq olsa da, qadın aktivistlər səviyyəsində yəhudi və polşalı qadınlar arasında nisbətən sıx əməkdaşlıq mövcud olub. 1930-cu illərin sonunda Blond partiyadaxili "qadın məsələsi" ətrafında gedən qızğın müzakirələrdə ən mühüm qadın səsi kimi çıxış edərək, kişi yoldaşlarının qadınların partiyadan uzaq qalmasını onların burjuaziya mədəniyyətinə meyilliliyi ilə əlaqələndirməsinə qarşı çıxıb, Birinci Dünya müharibəsindən əvvəlki gizli fəaliyyət dövründəki "şəhidlik" ruhunun qadınlara aşılanan fədakarlıq xüsusiyyətlərinə daha uyğun olduğunu, lakin 1920-30-cu illərin açıq və kütləvi siyasi meydanlarında iştirak etmək üçün qadınların nəsillərdən keçən davranış qəliblərini qırmalı olduqlarını analiz edib. 1939-cu ildə alman ordusundan qaçaraq digər Bundçularla birlikdə Vilnüsə qayıdıb.YIVO Archives

1941-ci ildə Avropadan Nyu-Yorka qaçmağa nail olaraq ömrünün sonuna qədər sadiq bir Bund üzvü kimi qalıb. Müharibələrarası Polşada yəhudi fəhlə partiyasının ən görkəmli nümayəndələrindən biri hesab olunan Blondun həyatı gəncliyindən 1985-ci ildə Nyu-Yorkda vəfat edənə qədər Bundla sıx bağlı olub, eyni zamanda o, dövrünün ən tanınmış idiş tərcüməçilərindən biri kimi şöhrət qazanıb. İstinadlar