Əliəkbər Siyasi () () — İran psixoloqu, müəllifi, siyasətçisi, Tehran Universitetinin təsisçisi və 1942–1954-cü illərdə rektoru, həmçinin İran hökumətində bir neçə dəfə nazir.

Həyatı Əliəkbər Siyasi 1895-ci ildə Tehranın Bazarçeyi-Mehdi Muş məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini məktəbxanada, daha sonra isə "Xirəd" və "Sultani" məktəblərində almışdır. Sonradan Siyasi Elmlər Məktəbinə ("Mədrəseyi-Siyasi") daxil olmuşdur. İmtahanlardan müvəffəqiyyətlə keçmiş, İran dövlətinin xərcləri hesabına təhsilini davam etdirmək üçün Avropaya göndərilən tələbələr qrupuna seçilmişdir. O, Müsyo Rişar xanın rəhbərlik etdiyi 23 nəfərlik tələbə qrupu ilə Parisə getmiş və bir müddət Ruan Universitetində təhsil almışdır. Həmin dövrdə Tehranda yerləşən Siyasi Elmlər Məktəbində oxuduğu illərə işarə olaraq "Siyasi" soyadını qəbul etmişdir.

Birinci Dünya müharibəsinin başlaması səbəbindən Siyasi İrana qayıtmaq məcburiyyətində qalmış, "Darülfünun" və Siyasi Elmlər Məktəbində müəllimlik etmişdir. Bu dövrdə o, "Gənc İran" ("İrani-Cəvan") cəmiyyətini təsis etmişdir. 1927-ci ildə yenidən Fransaya yollanmış və Sorbonna Universitetində psixologiya ixtisası üzrə təhsilini davam etdirmişdir. 1930-cu ildə doktorluq dərəcəsi almışdır. Onun "İranın Qərblə təması" adlı doktorluq dissertasiyası Fransa Akademiyasının mükafatına layiq görülmüşdür.

Tehran Universitetinin təsis edilməsi

Əliəkbər Siyasi 1931-ci ildə İrana qayıtmış və Maarif Nazirliyində Ali Təhsil İdarəsinin rəisi təyin edilmişdir. O, Səmsamülmülk Bayatın qızı Rövşən Mülk ilə ailə qurmuşdur. Tehran Universitetinin təsis edilməsi haqqında qanunun hazırlanmasında iştirak etmiş, universitet yaradıldıqdan sonra Ali Təhsil İdarəsindəki vəzifəsindən istefa vermiş və Ədəbiyyat fakültəsində müəllimlik fəaliyyətinə başlamışdır.

İkinci Dünya müharibəsinin başa çatması və ABŞ qoşunlarının Tehranın Əmirabad bölgəsində yerləşən təsisatları tərk etməsindən sonra Siyasi həmin binaları dövlətdən Tehran Universiteti üçün almış və beləliklə, "Universitet şəhərciyi"nin ("Kuyi-Daneşgah") əsası qoyulmuşdur. Siyasi özünün "Bir ömrün hesabatı" ("Qozareşi-yek zendegi") adlı kitabında Mahmud Hesabinin Tehran Universitetinin təsis edilməsində rolunun olması barədə məlumat verməmişdir. O, qeyd etmişdir ki, Hesabi 1940-cı illərdə universitetin rektoru postunu ələ keçirmək üçün ona qarşı müxtəlif fəaliyyətlər göstərmişdir.سیاسی، علی‌اکبر، گزارش یک زندگی، نشر اختران، تهران ۱۳۸۶

Tehran Universitetinin müstəqilliyi Doktor Siyasi 9 avqust 1942-ci il tarixində Qəvamüssəltənənin kabinetində mədəniyyət naziri kimi Milli Məclisə təqdim olunmuşdur. O vaxta qədər Tehran Universiteti Mədəniyyət Nazirliyinin tabeliyində idi və bu nazirliyin idarələrindən biri kimi fəaliyyət göstərirdi. Universitetin rəhbərliyi isə birbaşa mədəniyyət nazirinə məxsus idi. Siyasi gərgin səylər nəticəsində Tehran Universitetinin Mədəniyyət Nazirliyindən ayrılaraq müstəqil olmasını təmin etmiş və nəhayət, 4 fevral 1943-cü il tarixində universitetin təsis ildönümü münasibətilə şah Məhəmməd Rza Pəhləvi və Misir şahzadəsi Fövziyyənin iştirakı ilə keçirilən mərasimdə universitetin müstəqilliyini elan etmişdir.

Universitetin müstəqillik planına əsasən, rektorun seçilməsi Tehran Universiteti Şurasının öhdəsinə buraxılmışdır. Tehran Universitetinin ilk şurası səslərin çoxluğu ilə Siyasini rektor seçmişdir. Onun rektorluğuna qədər universitet Mədəniyyət Nazirliyinə bağlı olduğu və müstəqilliyə malik olmadığı üçün o, Tehran Universitetinin ilk müstəqil rektoru hesab olunur.

İcbari təhsil Qəvamüssəltənədən sonra 1943-cü ilin fevralında hökumət quran Əli Süheyli doktor Siyasini mədəniyyət naziri vəzifəsində saxlamışdır. O, nazirliyi dövründə "İcbari və pulsuz təhsil" layihəsini 28 iyul 1943-cü il tarixində Milli Məclisdə təsdiq etdirmişdir. Beləliklə, dövlət on il ərzində bütün ölkədə ibtidai təhsili ümumi, icbari və pulsuz etmək vəzifəsini öhdəsinə götürmüşdür.

Doktor Siyasinin təhsilin icbari olması üçün məclisə təqdim etdiyi layihə qəbul edilən variantdan daha sərt idi. O, övladlarını məktəbə qoymayan valideynlər üçün ağır pul cəriməsi ilə bərabər həbs cəzası da nəzərdə tutmuşdu, lakin məclis bu cəzanı ləğv etdikdən sonra layihəyə səs vermişdir.

İbtidai təhsilin ümumiləşdirilməsini həyata keçirmək məqsədilə doktor Siyasi, altı illik ibtidai təhsil şəhadətnaməsi olan şəxsləri işə götürməyə başlamışdır. Bu şəxslər bir-iki illik hazırlıq kursu keçdikdən sonra ibtidai məktəblərdə müəllim kimi fəaliyyət göstərməli idilər. Bu addım müəllim kadrlarını hazırlayan ilkin darülfünunların ödəyə bilmədiyi ehtiyacı qarşılamaq məqsədi daşıyırdı.Siassi

Doktor Siyasi 1944-cü ilin əvvəllərində Süheyli kabineti süqut etməmişdən qabaq nazir vəzifəsindən istefa vermişdir. Məhəmməd Səidin kabinetində xarici işlər naziri, həyat yoldaşının əmisi Səhamüssultan Bayatın kabinetində isə dövlət naziri vəzifələrini icra etmişdir. O, İran nümayəndə heyətinin tərkibində San-Fransiskoya getmiş, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hazırlanmasında və təsdiqində iştirak etmişdir.

27 dekabr 1947-ci il tarixində doktor Siyasi Hakimülmülkün kabinetində yenidən mədəniyyət naziri kimi məclisə təqdim olunmuşdur. 4 fevral 1949-cu il tarixində Tehran Universitetində şaha atəş açıldıqdan sonra, Siyasi Tudə Partiyasına bağlı olan müəllimlərin universitetdən qovulması tələbinə qarşı müqavimət göstərmişdir. 7 dekabr 1953-cü ildə Riçard Niksonun Tehrana gəlişi ilə eyni vaxtda baş verən nümayişlər zamanı Tehran Universitetinin üç tələbəsi ordu tərəfindən öldürülmüşdür. Siyasi şahın qəbuluna getmiş, bu rəftara etirazını bildirmişdir.

Konsorsium sazişi layihəsinin təsdiqi ilə əlaqədar Tehran Universitetinin on iki müəllimi və digər siyasi fəallar bu müqaviləyə və 19 avqust çevrilişinə qarşı bəyanat imzalayıb yaymışdılar. Şah Siyasidən bu müəllimlərin universitetdən qovulmasını tələb etmişdir, lakin Siyasi bu tələbin qarşısında da geri çəkilməmişdir.

Bu müqavimətlərdən sonra Milli Məclis bir qanun qəbul etmişdir ki, ona əsasən Tehran Universiteti rektorunu seçmək üçün Universitet Şurası üç nəfəri təklif etməli, Mədəniyyət Nazirliyi isə onlardan birini seçməli idi. Şuranın iclasında üç nəfər təqdim olunmuşdur. Nəticədə, Mənuçöhr İqbal 6 yanvar 1955-ci ildə Tehran Universiteti Şurasının qərarı ilə doktor Əliəkbər Siyasini əvəz etmiş, rektor postunu tutmuşdur.

Vəfatı Əliəkbər Siyasi 1990-cı ildə 95 yaşında vəfat etmiş və Qum şəhərində yerləşən "Nov" qəbiristanlığında dəfn olunmuşdur.

Əsərləri علم‌النفس یا روان‌شناسی از نظر تربیت (۱۳۱۷) گزارش یک زندگی (ج ۱، ۱۳۶۶) اصول روان‌شناسی (۱۳۱۷) دو ماه در پاریس یا از یونسکو تا برلن (۱۳۲۹) روان‌شناسی پرورشی (۱۳۲۰) روان‌شناسی جنایی (۱۳۴۲) علم و اخلاق (۱۳۳۶) علم النفس ابن سینا و تطبیق آن با روان‌شناسی جدید (۱۳۳۳) مبانی روانکاوی: مبانی فلسفه (۱۳۶۶) منطق و روان‌شناسی (۱۳۳۶) منطق و فلسفه (۱۳۳۷) هوش و خرد (۱۳۴۱)

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

سیاسی، علی‌اکبر، گزارش یک زندگی، نشر اختران، تهران ۱۳۸۶ بورقانی، احمد، نگاه پرآوازه‌ترین رئیس دانشگاه تهران به گذشته، بخارا شماره ۶۴، بهمن و اسفند ۱۳۸۶

Kateqoriya:İran diplomatları Kateqoriya:İran nazirləri