Seyid Yəhya Bakuvi (; ) — mənşəcə Azərbaycan türklərindənM. Rıhtım – Seyid Yəya Bakuvi və Xəlvtilik, Bakı, 2006, səh 17M. Ə. Ayni – Seyid Yəhya Şirvani//Maarif və Mədəniyyət məcmuəsi, N6, Bakı, 1923S. Mümtaz – Seyid Yəhya, AMEA Əİ Fondu: 24/345A. A. Seyidzade – Seyid Yaxya Bakuvi, Salman Mümtaz adına ƏİA Fondu:47, saxlama vahidi97, səh 67B. G. Martin – A short history of the Khalweti order of Derwishes? California: Nikki k. Riddie, 1975F. D. Long – Khalwetiyya, IV, 1991V. Minorskiy – The Turks İran and the Caucasus in the middle ages, London, 1978H. Altınbaş – Tasavvuf tarihi, Ankara, tarihsiz, səh 198 olan AzərbaycanınEncyclopaedia of Islam, leiden, new edition, 1978Y/ Akp;nar – Azeri edebiyyatı araştırmaları, İstanbul, Dergah yayınları, 1994, səh 512Y. V. Çəmənzəminli – Tarixi, coğrafi və iqtisadi Azərbaycan, Bakı, 1993, səh 55F. Köçərli – Azərbaycan ədəbiyyatı materialları, I cild, Bakı, 1925Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994N. V. Minkeviç – Mustafayeva – Qrobniçı vuspalniçe Şirvanşaxov/Dokladı AN Azerb SSR, t. III, N1, 1947A. Akpınar – Bin yılın yüz şairi, Azerbaycan şiiri antolojisi, Ankara, KB, 2000, səh 305M. Ə. Rəsulzadə – Azerbaycan şairi Nizami, İstanbul, 1991, səh 402 tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu.A. H. Hocazade – Seyid Yahya eş-Şirvani, İstanbul, 1319V. Bartold, F. Köprülü – İslam medeniyyeti tarihi, Ankara, DİB, 1984, səh 367M. Rıhtım – Seyid Yəhya Bakuvi və Xəlvətilik, Bakı, 2006 Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir.S.S. Mustakimzde – Şerhi Virdü – Settar, SK: Pertev Paşa, N611 Mütəfəkkirin Şəfa əl-Əsrar əsəri Azərbaycan dilində nəşr edilib. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Bioqrafiya Seyid Yəhya 1403-cü ildəCarl Ritter: Die Erdkunde im Verhältniß zur Natur und zur Geschichte des Menschen. Bd. 2, Berlin 1818, S. 880. Azərbaycanın Şamaxı şəhərində doğulmuşdur.E. Bertles – Sufizm i sufiyskaya literatura, izbrannıe trudı, Moskva, 1965 Onun anadan olduğu dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bu bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. Seyid Yəhyanın doğum tarixi barədə qaynaqlarda heç bir məlumat verilməmişdir. Ancaq onun XIV əsrin sonlarında doğulduğunun təxmin edilməsinə sövq edən bilgilər vardır. Bunlardan biri Nəzminin Bakıda qırx ildən çox yaşamasını nəql etməsidir. Bu mülahizə həqiqət kimi qəbul edildikdə, Seyid Yəhyanın 1466-cı ildə vəfat etdiyini nəzərə almaqla onun Bakıya 1426-cı ildən öncə gəldiyi söylənilə bilər. Pir Məhəmməd Ərzincani Bakıya gedərkən Ərzincana gəlib onunla görüşən Çələbi Xəlifəyə: "O indi çox yaşlandı, yaxında vəfat edər" dediyinə baxılırsa S.Yəhyanın uzun ömür sürdüyü anlaşılır. Bu biliklər işığında onun XIV əsrin sonlarında doğulduğu söylənilir.
Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. Şamaxıda anadan olmasına baxmayaraq, o, hakimiyyət mərkəzi olan Şirvana mənsub edilmişdir. O dövrlərdə Şirvan bölgəsində olan üləma və şeyxlərin Şirvani nisbəsi ilə yad olunması geniş yayılmışdı. Şirvani nisbəsi ilə yanaşı, ona Bakuvi nisbəsinin də verilməsi həyatının ən uzun və mühüm dövrünü Bakıda keçirməsi, oradakı irşad fəaliyyəti ilə ətraf aləmdə tanınıb məşhur olması və burada vəfat etməsi ilə əlaqədardır. Azərbaycan mənbələrində daha çox Yəhya Bakuvi kimi yad edilir. Əsərlərində doğulduğu Şamaxı şəhərinin adından götürülən əş-Şamaxi nisbəsinə az təsadüf olunur. Seyid Yəhya üçün qaynaqlarda sevgi və hörmət ifadə edən bir çox üstün sifətlər ifadə olunmuşdur:
-Nəqiblər nəqibi, nəciblərin nəcibi, şeyxlərin şeyxi, seyidlərin görkəmlisi -Şeyx, arifi-billah -Xəlvətilik təriqətinin feyz qaynağı -Qüdvətüs-sani, həqiqət məşrəbində imamür-rəbbani, qütbül-arifin, cəlalül-milləti vəl-həqqi vəd-din -Qütbü-vəqtihi və fəridi-əsrihi -Safiyyə üləmasının böyüklərindən, qüdvəyi-sani, gövs -Xəlvətilik taifəsinin piri-sanisi
Piri-sani S.Yəhya üçün ən çox istifadə olunan və adətən onunla adlanmış olan bir ifadədir. Pir təsəvvüfdə təriqətin qurucusu, təriqət sahibi anlamında işlədilir. Bu mənada xəlvətiliyin piri Ömər Xəlvətidir. Piri-san isə ikinci ər anlamındadır. Bir təriqətin quruluşundan sonra təriqətə yeni bir istiqamət verən və yeni həyat qazandıran sufiyə deyilir. Məsələn qadiriliyin piri-sanisi İsmayıl Rumi (piri Əbdülqədir Geylanidir), xəlvətiliyin piri-sanisi S.Yəhyadır.
Seyid Yəhya nəsəbi sağlam seyidlərdən sayılır. Onun atası yeddinci imam Musa Kazımın soyundandır. Şerlərində Seyid təxəllüsü istifadə etmiş, əsərlərinin sonunda adını Yəhya əl-Hüseyni yazaraq seyid olduğunu bildirmişdir. Babaları nəqiblər sülaləsindən olmuşdur. Atası Bəhaəddin Şirvanşahlar dövlətinin nəqibül-əşrafı idi.
Uşaqlıq və gənclik illəri Seyid Yəhyanın uşaqlıq illəri Şamaxıda, ailəsinin yanında keçmişdir. Uşaqlıq dövrünə aid əlimizdə ancaq mənqəbə kitablarında xatırlanan məlumatlar vardır. Bu mənqəbələrdən onun zəngin və nüfuzlu bir ailədə doğulduğu anlaşılır. Ailəsinin seyid olması da onun öz mühitində sayılan və sevilən biri olmasını təmin etmişdir. Bütün bunlarla yanaşı kiçik yaşlarından əxlaqı və tərbiyəsi ilə insanlar üzərində müsbət təsir oyatmışdır.Y. Sinaneddin – Tezkireyi Halvetiyye, SK: Osman Huludi Öztürkler, N63
S.Yəhyanın mükəmməl bir təhsil aldığı şəkksizdir. Əsərlərinin çoxunu ərəb dili və fars dilində yazmış olması öz doğma Azərbaycan türkcəsi ilə yanaşı bu iki dilə də hakim olduğunu göstərir. Əsərləri İslam dininə aid bir çox elm sahəsinə dərindən bələd olduğu təsəvvürünü yaradır. Şamaxıdan nə vaxt getməsinə dair bir məlumat olmasa da, təhsilini doğma şəhərində tamamladığı ehtimal edilir.H. J. Kissling – Halvetiyye tarikatı, İstanbul 1993–1994
Müəllimlərinin kim olduğuna dair məlumatı Şəfaül-əsrar əsərində vermişdir. Burada yad etdiyi adlardan "ustadım" dediyi Şeyx Şəmsəddin Əxıskətidən fiqh elmini, Mövlana Hafizəddin əl-Gərdəridən ərəb dili, bəlağət və xitabəti, "ustadım və sənədim" dediyi Mövlana Tacəddindən hədis və fiqh elmlərini, Qütbəddin əs-Sərabidən əqaid və kəlam elmlərini öyrənməsi məlumdur.A. Knysh – Islamic mysticism a short history, Brill – Boston, 2000
Bakı dövrü S.Yəhya Bakıda qırx ildən çox yaşamışdır.M. A. Ayni – Tasavvuf tarihi, İstanbul kitapevi, 2000, səh 344 Bakıdakı fəaliyyətinə nəzər saldıqda bu müddətin mənbələrdə doğru göstərildiyi aydınlaşır. Bunun əksinə başqa bir məlumat da yoxdur. Bu halda S.Yəhyanın Bakıya XV əsrin 20-ci illərində gəlməsi qənaəti hasil olur. Bakıya getməsinə səbəb olan hadisə Şeyx Sədrəddinin vəfatından sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtlafdır. Şeyx Sədrəddin vəfatından öncə tərəfdarlarını toplayaraq Seyid Yəhyanı yerinə təyin etmiş və ona itaət etmələrini söyləmişdir. Lakin şeyxin ölümündən sonra Pirzadə onun yerinə taxta əyləşmiş və S.Yəhya Bakıya köçmüşdür.S. Eraydın – Tasavvuf ve tarikatlar, İstanbul MÜİ Vakfı, 1987, səh 518
S.Yəhyanın Bakıya köçdüyü zaman Şirvanşah I Xəlilullah xan idi. O, Bakıya gəldikdən sonra burada Şirvanşah I Xəlilullah xanın da yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açmışdır.M. Özdamar – Yahya Efendi, İstanbul, 1997 Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilulllah xanın yardımçı olmasını Seyid Yəhya türbəsinin ətrafında Şirvanşah tərəfindən inşa edilən məscid və digər binalardan da anlamaq mümkündür. Mənbələrdə də Şirvanşah I Xəlilullahın ona böyük yardım göstərdiyi və hörmət etdiyi qeyd edilmişdir.
Şirvanşah I Xəlilullah xan ilə aralarındakı yaxşı münasibəti göstərən əlamətlərdən biri də S.Yəhyanın Kəşfül-qülub əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki, əsər bu ifadələrlə başlayır: "Bu risaləni yazmanın səbəbi ua ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, əl-Məlikül Mənnanın hökmünün davam etdiricisi, Xəlilür-rəhmanın adaşı sultan ibni sultan Əmir Xəlilullahın (Uca Allah bütün aləmə və almdəkilərə yaydığı rəhməti ilə onu ən uca məqama çıxarsın) gündən-günə artan dövlətinin itidali-vasitəsi ilə tapdığım əmniyyət və əman ilə yazdım (Əmirül-adil. Əzam, Əkrəm, Xülasətüs-səlatin fil-aləm, əl-Müəyyəd, əl-Məlikül-Məənnan, Xəlilur-rəhman, Sultan ibni sultan, Əmir Xəliullah hallədallahu təala səradika əzəmətəhu və cəlalulhu adına yazılmışdır".
Seyid Yəhya müridlərinə uzun ömür verməsi üçün Allaha dua edərkən "Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır" – demişdir. Həqiqətən də Şirvanşah I Xəlilullah xanın ölümündən doqquz ay sonra S.Yəhya da vəfat etmişdir.M. Özdamar – Yahya Efendi, İstanbul, 1997, səh 68
Mənbələrdə S.Yəhyanın təsəvvüfi həyatı ilə bağl məlumatlarla yanaşı ailə həyatı ilə də bağlı məlumatlara rast gəlinir. Onun xanımı şeyxin qızıdır. Şeyx Sədrəddin gələcəkdə xəlvətiliyin ən böyük şeyxi olacaq istedadlı müridi S.Yəhyanı qızı ilə evləndirmişdi.A. Abdülkadiroğlu – Halvetiliyin Şabaniyye kolu, Ankara, 1991
S.Yəhyanın övladlarının sayı qaynaqlarda açıq ifadəsini tapmamışdır. Ancaq mənbələrdəki bilgilərdən üç oğlunun olması dəqiq bilinir. M.Nəzmi S.Yəhyanın böyük oğlunun adının Fəthullah olduğunu və atası vəfat etdikdən sonra onun yerinə Bakıda səccadəyə oturduğunu bildirir. Fəthullah atasından sonra bir il şeyxlik etdikdən sonra vəfat etmiş və atasının yanında dəfn olunmuşdur.R. Serin – İslam tasavvufunda halvetilik ve halvetiler, İstnbul, Petek yayınları, 1984, səh 176
Ləmazatdakı süfrə mənqəbəsindən aydın olur ki, ortancıl oğlunun adı Əmir Güllə olmuşdur.
Şeyxin üçüncü oğlu ilə əlaqədar məlumat verən Həsən Krımidir. O, S.Yəhyanın kiçik oğlunun adının Nəsrullah olduğunu, Krım xanı tərəfindən Krıma dəvət olunduğunu, onun da bu dəvəti qəbul edərək Krıma getdiyini bildirir. Nəsrullah burada ona bağışlanan təkyədə şeyxlik etmişdir. O, həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləmişdir. Krım və ətrafında xəlvətilik onun vasitəsi ilə yayılmışdır. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahn nəsli davam etmişdir.
Ölümü S.Yəhya Bakıda vəfat etmişdir.Ə. Rəhimov – Bakıda Şirvanşahlar saray şəhərciyindəki türbədə dəfn olunanlar haqqında/ AMEA xəbərləri, N1, 1975, səh 49 – 57 Vəfatı haqqında müxtəlif tarixlər verilmişdir. Belə ki, Nəfəhatüs-üns, Şəqayiq və Töhfətül-mücahidin əsərlərində 868 və ya 869-cu il deyə iki tarix verilir. Xulvi və Əhməd Hilmi 869-cu il, S.Vicdani və M.Ə.Ayni isə 862-ci il tarixi göstərir. Lakin əksər mənbələr S.Yəhyanın Şirvanşah I Xəlilullahın ölümündən 9 ay sonra öldüyünü göstərir. Şirvanşahlar dövlətinin görkəmli tədqiqatçısı Sara Aşurbəyli Əbdürrəhman Cəlaluddin əs-Suyuti və Məhəmməd ibn Əhməd ibn İlyasa əsaslanaraq yazır: "Şirvanşah I Xəlilullahın ölüm tarixi Misir tarixçisi Əbdürrəhman Cəlaluddin əs-Suyutinin (1445–1505) "Nəzm əl-ükban fi iyan" əsərində belə qeyd edilmişdir: "Şirvan hökmdarı Xəlil ibn Məhəmməd əd-Dərbəndi, Şamaxı hakimi, hökmdarların möhtərəmi, mömini, ləyaqətlisi və ədalətlisi olmuşdur. O, böyük müsəlman hökmdarlarının sonuncusudur. Şirvan və Şamaxı məmləkətlərində əlli ilə yaxın hökmdarlıq etmiş və 869-cu ildə (miladi 3. sentyabr 1464 – 23. avqust 1465) ölmüşdür. Onun yüz, yaxud ona yaxın yaşı vardı. Buna baxmayaraq asanlıqla oxuyurdu və sapsağlam idi".S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006 Şirvanşahın bu ölüm tarixini digər ərəb müəllifi Məhəmməd ibn Əhməd ibn İlyas da təsdiqləyir. O, Şirvanşah I Xəlilullahın ölüm tarixini daha da dəqiqləşdirərək, onun 869-cu ilin zilhiccə ayında (25.07.1465–23.08.1465) vəfat etdiyini yazır. Numizmatik məlumatlar da bu tarixi təsdiqləyir. Onun oğlu I Fərrux Yasarın kəsdiyi ilk sikkələr 869/1465-ci ilə aiddir.
Şirvanşah I Xəlilullahın 1465-ci ildə vəfat etdiyini nəzərə alan M.Rıhtım qeyd edir ki, böyük ehtimal şeyxin vəfatı 870-ci ilin ramazan ayına (17.04.1466–17.05.1466) düşmüşdür.