Haydelberq Elmlər Akademiyası və ya Baden-Vürtemberq Torpağı Elmlər Akademiyası; , qısaldılması: HAW) — Almaniyanın Baden-Vürtemberq federal torpağında fəaliyyət göstərən ictimai, qeyri-kommersiya təşkilatı. Heydelberq Universiteti nəzdində mühüm elmi-tədqiqat mərkəzi olan bu orqan Almaniya Elmlər Akademiyaları İttifaqının həqiqi üzvüdür.
Tarixi
Haydelberqdə elmlər akademiyasının əsası tanınmış alman sənayeçisi Haynrix Lantsın () (1838–1905) şəxsi vəsaiti və təşəbbüsü ilə qoyulmuşdur; lakin institutun təntənəli açılışı onun vəfatından sonra — 1909-cu ildə baş tutmuşdur. H. Lantsin əsas ideyası regionda yarımçıq qalmış qədim bir elmi ənənəni yenidən canlandırmaqdan ibarət idi. Belə ki, hələ 1763-cü ildə onun doğma şəhəri olan Manhaymda kurfürst IV Karl Teodor tərəfindən Kurpfalts Elmlər Akademiyası () təsis edilmiş, lakin bu institut 1803-cü ildə işğalçı qoşunların əmri ilə bağlanmışdı. Beləliklə, Haydelberq Akademiyası tarixi Kurpfalts (Pfalts) kürfürstlüyünün elmlər akademiyasının birbaşa varisi olmalı idi. Akademiya 1920-ci ildən bəri Heydelberq qəsrinin yaxınlığında yerləşən Böyük hersoqluq sarayında fəaliyyət göstərir. İnstitut 1958-ci ildə federal torpağın rəsmi elmi mərkəzinə çevrilərək Baden-Vürtemberq Torpağı Elmlər Akademiyası adlandırılmışdır.
Strukturu
Təşkilati baxımdan Haydelberq Elmlər Akademiyası Almaniya elmi cəmiyyətləri üçün ənənəvi olan və əsasını siniflərə (bölmələrə) ayrılma sistemi təşkil edən bir struktura malikdir. Hər bir sinfin başında bir akademik-katib dayanır; onun bir müavini və ayrı-ayrı tədqiqat istiqamətləri üzrə bir neçə köməkçisi fəaliyyət göstərir. Akademiya təsis olunduğu gündən bəri bu sferada iki əsas sinif mövcuddur:
Fəlsəfə-tarix sinfi — sədri professor Bernt Şnaydmüllerdir ().Philosophisch-historische Klasse Riyaziyyat-təbiət elmləri sinfi — sədri professor Tomas V. Holştayndır ().Mathematisch-naturwissenschaftliche Klasse
Akademiyanın rəhbəri prezidentdir. 1 aprel 2015-ci il tarixindən etibarən bu vəzifəni professor Tomas Holştayn icra edir. Ondan əvvəl, 2013-cü ildən 2015-ci il martın 31-nə qədər bu vəzifəni hüquq və mühəndislik sahəsində tanınmış mütəxəssis, professor Paul Kirxhof () tutmuşdur. Akademiyanın cari idarəetmə məsələləri, habelə inzibati-təsərrüfat işləri ilə isə işlər müdiri (icraçı direktor) məşğul olur.
İstinadlar
Həmçinin bax
Almaniya Elmlər Akademiyaları İttifaqı Heydelberq Universiteti Baden-Vürtemberq
Xarici keçidlər
Heidelberg Academy of Sciences and Humanities website
Kateqoriya:Almaniya Elmlər Akademiyaları İttifaqı Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Heydelberqdə təhsil Kateqoriya:Elmi təşkilatlar Kateqoriya:Almaniya təşkilatları Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Almaniyanın ictimai hüquq korporasiyaları Kateqoriya: Almaniyanın elmlər akademiyaları Kateqoriya:Heydelberqin elmi təşkilatları Kateqoriya:Heydelberq Elmlər Akademiyası Kateqoriya:Heydelberq Elmlər Akademiyasının üzvləri