Mirzə Mais oğlu Mirzəyev (; 26 may 1972, Stavropol) — ehtiyatda olan Rusiya general-mayor, Rusiya Milli Qvardiyası rəisinin arxa xidmət (təminat-təchizat) üzrə müavini.

2 noyabr 2024-cü ildə rüşvət almağa görə cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

28 oktyabr 2025-ci il tarixində məhkəmə hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsinə çəkməklə, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həyatı

Mirzə Mirzəyev 1972-ci il 26 may tarixində SSRİ, RSFSR-in Stavropol şəhərində doğulub.

2006-cı ildə Sankt-Peterburqda Ordu generalı A. V. Xrulev adına Hərbi Maddi-Texniki Təminat Akademiyasını bitirib.

2015-ci ildə Stavropol diyarının Budyonnovsk şəhərinin dumasına deputat seçkilərində namizəd kimi irəli sürülmüşdür; o dövrdə şəhərin hərbi hissələrindən birində xidmət edib.

Həmin ildə 205-ci ayrıca motopiyada briqadası (Budyonnovsk) üzrə arxa təminat rəisinin müavini vəzifəsinə təyin olunub.

2016-cı ildən etibarən Milli Qvardiyaya keçərək Sibir (Çita) və Şimali Qafqaz (Vladiqafqaz) dairələrində xidmətini davam edib.

2021-ci ildən gec olmayaraq Milli Qvardiyanın Cənubi Dairəsinin arxa təminat üzrə komandir müavini vəzifəsinə təyin edilib.

06.07.2022-ci il tarixli Rusiya Prezidenti Putinin imzaladığı Fərmanla Mirzə Mirzəyevə general-mayol rütbəsi verilib.

2023–2024-cü illərdə ona qurumun Moskvadakı mərkəzi aparatında arxa cəbhə təminatı departamentinin rəis müavini vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Cinayət işi

2 noyabr 2024-cü ildə Rosqvardiya general-mayoru Mirzə Mirzəyev Rostov-na-Donu şəhərində saxlanılıb, həmin gün Moskvadakı Petrovka küçəsindəki 1 №-li müvəqqəti saxlama yerinə gətirilib; ertəsi gün isə 235-ci Qarnizonun Hərbi Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək, Cənubi Medvedkovodakı «Medved» adlanan 4 №-li Təcridxanaya yerləşdirilib.

İttiham tərəfinin versiyasına görə, M.Mirzəyev tezqurulan modul tipli binaları təchiz edən podratçıdan 480 milyon rublluq müqaviləni ləğv etməklə hədələyərək 140 milyon rubl rüşvət tələb edib. Şirkət isə həmin məbləği vasitəçi şəxs vasitəsi ilə M.Mirzəyevin xeyrinə köçürmə edib, həmin vasitəçi də saxlanılıb. Müdafiə tərəfi Mirzəyevin ev dustaqlığına buraxılmasını xahiş etsə də, məhkəmə həbs qətimkan tədbirini dəyişdirməyib.

5 may 2024-cü il tarixində Ukraynanın "Грошi" telekanalı Mirzəyevin mülkiyyəti barədə geniş araşdırma aparıb, bir çox obyektləri, avtomobilləri və digər əşyaları aşkar edilib.

28 oktyabr 2025-ci ildə o, Rostov-na-Donudakı Qarnizonun Hərbi Məhkəməsi Mirzəyevi ciddi rejimli cəzaçəkmə müəssisəsində 9 il azadlıqdan məhrum etmə hökmü çıxarıb. Əlavə cəza kimi, Məhkəmə onu rüşvətin məbləğinə bərabər (140 milyon rubldən artıq) cərimə və 5 il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum etmə ilə cəzamandılıb. Bununla yanaşı, Hərbi Məhkəmə onun hərbi rütbəsinin və dövlət mükafatlarının saxlanılmasına qərar verib.

Mükafatları

Rusiyanən Cəsarət ordeni (sentyabr 2024); Rusiyanın "Vətən xidmətlərinə görə II dərəcəli" orden medalı; "Döyüşdə sücaətə görə" medalı; "Hərbi xidmətdə fərqlənməyə görə" medalı I, II və III dərəcə (Rusiya Milli Qvardiyası və Müdafiə Nazirliyi tərəfindən)

İstinadlar

Həmçinin bax

Rusiya Milli Qvardiyası

Mənbə məqalə — RuWiki (rus dilində) Fontanka.ru — Həbs xəbəri (rus dilində) Kateqoriya:Rusiya generalları Kateqoriya:General-mayorlar Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Azərbaycanlı generallar