Avstriyalı Mariya Kristina (; ) — Avstriya hersoqu II Karlın qızı, Transilvaniya knyaginyası.
1574-cü ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Mariya Kristina olmaqla, digər bacı-qardaşları 1 yaşından etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi.
7 fevral 1595-ci ildə Transilvaniya knyazı Sigizmund Batori adına bir evlilik təklifi qəbul edildi. Bir aylıq müzakirələrin ardından təklif qəbul edildi və Mariya Kristina 15 iyunda anası və 6 min süvariylə birlikdə Alba Yuliyaya doğru yola düşdü. Rəsmi toy mərasimi 6 avqust 1595-ci ildə burada baş tutdu. Ancaq buna baxmayaraq evlilik fəlakətlə nəticələndi. Sigizmund Batori toy gecəsi gəlindən imtina etdi və onu Maramureşdə bir qəsrə həbs etdi.
Yerli əsilzadələrin ərini taxtdan endirməsinin ardından, bir neçə aylıq əsilzadələrin verdiyi dəstəklə knyaginya ünvanı aldı. Ancaq ərinin yenidən hakimiyyətə gəlməsiylə bu ünvanı əlindən alındı. Əriylə sülh bağlansa da, yenidən Maramureşdəki qəsrə həbs edildi. Nəhayət, onun ikinci dəfə devrilməsinin ardından Avstriyaya qaçdı. 17 avqust 1599-cu ildə Roma papası VIII Klemens evliliyi rəsmi şəkildə ləğv etdi. 1607-ci ildə Tiroldakı bir monastıra qapandı və 1621-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Georg Heilingsetzer: Maria Christierna. In: Brigitte Hamann (Hrsg.): Die Habsburger. Ein biographisches Lexikon. 2., korrigierte Auflage. Ueberreuter, Wien 1988, ISBN 3-492-03163-3, S. 312. Karl Reissenberger: Prinzessin Christierna von Innerösterreich (1574–1621). In: Mittheilungen des Historischen Vereins für Steiermark. Band 30, 1882, , S. 27–72. Jakob Stepischneg: Georg III. Stobaeus von Palmburg, Fürstbischof von Lavant. Nach seinem Leben und Wirken geschildert. In: Archiv für Kunde österreichischer Geschichts-Quellen. Band 15, 1856, S. 71–132, hier S. 113 ff. Joseph Kemény: Bittgesuch der Erzherzogin Maria Christierna Gemahlin des siebenbürgischen Fürsten Sigismund Báthori. 1595–1618. In: Deutsche Fundgruben der Geschichte Siebenbürgens. Band 1, 1839, , S. 151–160.
İstinadlar